| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Dr. Vüsal Qasımlının "Geoiqtisadiyyat" kitabının təqdimatı keçirilmişdir

2015-05-12 14:26:27

12 may 2015-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Dr. Vüsal Qasımlının "Geoiqtisadiyyat" kitabının təqdimatı keçirilmişdir.  


Tədbiri ADİU-nun rektoru, professor Ədalət Muradov və SAM-ın direktoru Dr. Fərhad Məmmədov açılış nitqləri ilə başlamışlar. 


Daha sonra ATİB-in sədri Camal Yanğın, ADİU-nun prorektoru Əvəz Bayramov, kafedra müdirləri Tofiq Quliyev, Əli Hacıyev, Mirələm Həsənli, Anar Rzayev və başqa qonaqlar kitab haqda fikirlərini bildirmişlər.  


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Dr.Vüsal Qasımlının müəllif olduğu "Geoiqtisadiyyat" kitabı ingilis dilində nəşr olunmuşdur. Müəllif ilk dəfə olaraq geoiqtisadiyyatı müstəqil elm sahəsi kimi təqdim etməklə, onun tərifini və əsas istiqamətlərini müəyyənləşdirə bilmişdir. Kitab 11 fəsildən ibarət olub dünya maliyyə arxitekturası, geoiqtisadi rekalibrasiya, qlobal enerji xəritələnməsi, innovativ inkişaf, su problemləri və s. kimi məsələlərə həsr olunmuşdur.  


"Geoiqtisadiyyat" kitabı dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Kitab haqqında rəy yazan London Kral Məktəbinin professoru Friedbert Pflüger V.Qasımlının özünəməxsus şəkildə geoiqtisadiyyat konsepsiyasını yaratdığını vurğulamışdır. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun tədqiqat rəhbəri Dr.Jeh isə "Geoiqtisadiyyat" kitabını "yeni klassika" adlandırmışdır. Braziliyanın Jetulio Varqas Fondunun prezidenti Prof.Dr.Leal və Hyustondakı Rays Universitetinin iqtisadiyyat üzrə professoru Ted Temzelides də "Geoiqtisadiyyat" kitabını qloballaşma dövründə strateqlər üçün "yol xəritəsi" olaraq səciyyələndirmişlər.


Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndələri Prezident yanında İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov "Geoiqtisadiyyat" kitabını dərin məzmunlu və dünya səviyyəli elmi əsər kimi tövsiyyə etmişdirlər.


"Geoiqtisadiyyat" kitabının həm də Türkiyənin Anadolu Universiteti tərəfindən təkrar çapı planlaşdırırılır.

Vüsal Qasımlının "Geoiqtisadiyyat" kitabının təqdimatı keçirilmişdir


 

: 2957