| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Xəzər dənizi şahmat taxtası: geosiyasi, geostrateji və geoiqtisadi təhlil

2014-09-23 13:02:44

İtaliyanın Milan şəhərində “Egea” nəşriyyatı tərəfindən “Xəzər dənizi şahmat taxtası: geosiyasi, geostrateji və geoiqtisadi təhlil” adlı kitab nəşr edilmişdir. Xəzər regionunda gedən əsas geosiyasi və geoiqtiadi proseslər, Xəzəryanı dövlətlərin regional siyasəti və böyük güclərin regiona dair baxışlarından bəhs edən kitab  Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (İSPİ) birgə tədqiqat layihəsinin nəticəsi kimi nəşr edilmişdir. Kitabın yazılmasında hər iki mərkəzin tədqiqatçıları ilə yanaşı Xəzəryanı ölkələri təmsil edən tanınmış ekspertlər iştirak etmişdir. Kitaba SAM-ın direktoru Fərhad Məmmədov və İSPİ-nin direktoru və vitse-prezidenti Paolo Maqri tərəfindən ön söz yazılmışdır. “Xəzər dənizi şahmat taxtası” kitabının elmi redaktorları Azad Qəribov (SAM) və Karlo Frappidir (İSPİ).

İndiyədək bu istiqamətdə aparılmış ən ətraflı dolğun tədqiqat işi olan kitab mürəkkəb regiondaxili münasibətləri və regionun dünya ilə əlaqlərini ətraflı şəkildə tədqiq etməklə Xəzər regionunun müasir beynəlxalq münasibətlər sistemindəki yerini aydınlaşdırmağa və onun avtanom sub-sistem kimi əsas daxili xüsusiyyətlərini açmağa cəhd göstərir. Kitabın birinci hissəsi bütün region dövlətlərinin maraqlarına toxunan və həlli üçün ümumregional əməkdaşlıq tələb edən transmilli məsələlərdən bəhs edir. Bu hissədə Xəzərin hüquqi statusu, dənizin hərbiləşdirilməsi və regional silahlanma yarışı, enerji infrastrukturunun mühafizəsi və ona qarşı mümkün təhdidlər, eləcə də dənizdəki mövcud ekoloji durum və bu sahədəki dövlətlərarası əməkdaşlıq kimi məsələlər ətraflı şəkildə təhlil edilir. Kitabın ikinci hissəsi Xəzəryanı dövlətlərin regional siyasətindən bəhs edir. Bu hissədə beş Xəzəryanı dövlət – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın Xəzər regionu və bilavasitə Xəzər dənizindəki maraqları və regional iqtisadi-siyasi strategiyalarının əsas xüsusiyyətlərindən danışılır. Kitabın sonuncu hissəsi əsas qlobal güclərin və böyük dövlətlərin Xəzər regionuna dair siyasətinə həsr edilmişdir. Burada ABŞ, Avropa Birliyi, Türkiyə və Çin kimi Xəzər regionunda ciddi maraqları olan dövlətlərin regionla əlaqələri təhlil edilir.


The Caspian Sea Chessboard.pdf



 

: 2262