| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Xəzər regionunda iqtisadi əməkdaşlıq və tranzit marşrutları” mövzusunda dəyirmi masa keçiriləcək

2013-04-10 14:29:48

11 aprel 2013-cü il Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə "Xəzər regionunda iqtisadi əməkdaşlıq və tranzit marşrutları” mövzusunda dəyirmi masa keçiriləcək.

Moderatorluğunu  Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun edəcəyi görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun "Xəzər dənizinin Azərbaycan üçün əhəmiyyəti və regional əməkdaşlığın milli perspektivləri” mövzusunda, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Bulat Sultanovun "Qazaxıstan və Xəzər regionunda təhlükəsizliyə potensial təhdidlər” mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Azad Qəribovun "Xəzər dəhlizi: Şərq və Qərb arasında ticarət və enerji ixracı üçün artan əhəmiyyəti” mövzusunda, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktor müavini Leyla Muzaparovanın "Xəzər regionunda iqtisadi əməkdaşlığın inkişafı: Qazaxıstanın baxışı” mövzusunda çıxışları nəzərdə tutulub.


 

: 26