| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Yaxın Şərqdə dəyişən güc balansı” mövzusunda dəyirmi masa

2011-04-16 10:26:00

15 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) STRATFOR Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki Corc Fridman və "Rusiya Qlobal Siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanovun iştirakı ilə "Yaxın Şərqdə dəyişən güc balansı” mövzusunda dəyirmi masa keçirilmişdir. Görüşdə hökumət rəsmiləri, regional və beynəlxalq məsələlər üzrə ekspertlər, SAM-ın əməkdaşları və müxtəlif universitetlərdən olan müəllim və tələbələr iştirak etmişdir.

SAM-ın direktor müavini Gülşən Paşayeva tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı və məruzəçiləri onlara təqdim etdi. O, yaxın Şərqdəki hazırkı vəziyyəti ətraflı şəkildə təsvir edərək dəyirmi masanın əhəmiyyətini vurğuladı. Gülşən Paşayeva daha sonra sözü əsas məruzəçilərə verdi.

Dəyirmi masanın ilk məruzəçisi Corc Fridman vurğuladı ki, Yaxın Şərq və Şimali Afrikada siyasi stabilliyin pozulması regionda qüvvələr balansının köklü şəkildə dəyişməkdə olduğunu göstərir. STRATFOR-un rəhbəri xüsusi olaraq qeyd etdi ki, ABŞ-ın regiondakı rolu zəifləməkdədir. Məruzəçi "Yaxın Şərqdə strateji baxımdan ən əhəmiyyətli ölkə olan” İraqdakı hazırkı vəziyyəti xatırladaraq qeyd etdi ki, Vaşinqton bu ölkədə ABŞ meylli hökumət qurmaq cəhdləri uğursuzluqla nəticələnmişdir. Corc Fridmanın fikrincə, hazırda İran, Türkiyə və Səudiyyə Ərəbistanı kimi güclər ABŞ-ın regiondakı rolunun zəifləməsi nəticəsində yaranan "vakuumu” doldurmağa çalışır.

Fyodor Lukyanov nitqini başlayarkən qeyd etdi ki, o öz həmkarından fərqli olaraq super gücü təmsil etmir. Məruzəçi Yaxın Şərqdəki və xüsusən da Liviya böhranındakı Rusiyanın roluna toxunaraq qeyd etdi ki, prezident Dmitri Medvedyev və Baş nazir Vladimir Putin arasında xarici siyasətə yanaşmada fərqli mövqe mövcuddur. Lukyanovun fikrincə Baş nazir Rusiyanın qlobal məsələlərdə aktiv rol oynamasının tərəfdarıdır, amma Dmitri Medvedyev Rusiyanın bu sahədə məhdud çərçivədə fəaliyyət göstərməli olduğunu düşünür və Rusiyanı qlobal deyil, regional güc hesab edir. Bu cür fərqli yanaşmaya baxmayaraq ölkə Liviya böhranına müdaxiləyə bitərəf mövqe nümayiş etdirdi. Məruzəçi bu mövqeni Rusiyanın Liviyada heç bir ciddi marağının olmaması ilə izah etdi.

Tədbirdə Yaxın Şərqdəki hazırkı vəziyyətdən əlavə, regiondakı demokratikləşmə və dövlət quruculuğu prosesi və stabilliyinin təmin olunmasında ABŞ-ın rolu da müzakirə olundu.


 

: 798