| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Özbəkistanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri SAM-ın qonağı olacaq

2010-10-27 17:43:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir.  

Göstərilən layihə çərçivəsində 29 oktyabr 2010-cu il tarixində saat 11.00-da Strateji Araşdırmalar Mərkəzi "Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda müzakirəli görüş təşkil edəcək. Mərkəzin konfrans zalında təşkil olunacaq tədbirdə əsas məruzəçi qismində Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmətulla İrqaşev çıxış edəcək.

XİN–in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda, Səfir Azərbaycan-Özbəkistan münasibətləri, iki ölkə arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışacaq, iştirakçıların suallarını cavablandıracaq.

Tədbir Rus dilində keçiriləcək.



 

: 46