Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 828 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 792 nəfər müalicə olunaraq sağalıb, 10 095 nəfər vəfat edib, aktiv xəstə sayı 177 nəfərdir. Ölkədə son sutka ərzində 1485, hazırkı dövrədək isə 7 494 700 test aparılıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Türk Hava Yolları (THY) fevralın 5-i və 6-da İstanbul Hava Limanından uçuşu nəzərdə tutulan ümumilikdə 238 reysi ləğv edib.
1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd olunub ki, bu tarixlərdə güclü qar yağması gözlənilir.
Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edilib.
Bu barədə 1news.az TASS-a istinadən xəbər verir.
Xatırladaq ki, Ukrayna ərazisində hava xəbərdarlığı sonucu dəfə cümə günü səhər elan edilmişdi.
“Microsoft” şirkətinin yaradıcısı Bill Geyts amerikalı iş adamı İlon Maskın etdiyi kimi Marsa uçuş layihəsinin inkişafına indi sərmayə qoymağı məqsədəuyğun hesab etmir. 1news.az Report-a istinadla xəbər verir ki, bu barədə amerikalı milyarder BBC-yə danışıb. O qeyd edib ki, Yer kürəsində prioritet diqqət tələb edən həll olunmamış problemlər var və Marsa uçmaq yetərincə baha başa gəlir: “Siz [bu pulla] qızılcaya qarşı peyvənd alıb həyatlar xilas edə bilərsiniz”, - B. Geyts vurğulayıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Eyni zamanda, o, Maskın bir gün “böyük xeyriyyəçi” olacağını bildirib. 
Xatırladaq ki, daha öncə İlon Mask bəşəriyyətin bu onilliyin sonuna qədər ilk dəfə Marsa ayaq basacağını deyib. Bundan əlavə, o, indiki şəraitdə insanların Marsa göndərilməsinin 1 trilyon dollara başa gələcəyini irəli sürüb.
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Eldar Raxmatulinin üzərindən və yaşadığı evdən 4 kiloqram 65 qram marixuana, 1 kiloqram 25 qram heroin və 403 qram psixotrop maddə metamfetamin aşkar edilib. İdarə əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Sənan Əzimovdan isə 490 qram marixuana və 1 ədəd “TOZ-8” modelli müvafiq sənədləri olmayan odlu yivli silah aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. <iframe allow="accelerometer;" autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen="" frame height="315" src="https://www.youtube.com/embed/WAeo6-skW6c" title="YouTube" video player" width="560"> <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
ABŞ maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson İstanbulda səfərdə olarkən Türkiyə banklarına Rusiya ilə ticarət əməkdaşlığının inkişafı səbəbindən sanksiyaların tətbiqi riski barədə xəbərdarlıq edib. 1news.az xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib. “Son bir ildə ikinci dərəcəli türk ixracatının və ya Rusiyaya təkrar ixracın artması Türkiyənin özəl sektorunu nüfuz və sanksiya risklərinə qarşı xüsusilə həssas edir”, - bəyanatın mətnində deyilir. Sanksiya risklərini azaltmaq üçün Nelson maliyyə qurumlarını Rusiya hüquqi və fiziki şəxsləri ilə əməliyyatların intensiv yoxlanılmasını həyata keçirməyə çağırıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Türkiyəli tanınmış aşpaz Nüsrət Gökçenin Dubaydakı restoranında qonaq olan qadının “İnterpol” tərəfindən axtarışda olduğu üzə çıxıb. 1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Anqolanın sabiq Prezidenti Xose Eduardo dos Santosun qızı 49 yaşlı İzabel dos Santosdan gedir. Hər yerdə axtarılmasına baxmayaraq, lüks məkanlarda görüntülər paylaşan qadın 5 milyon dollarlıq çirkli pulların yuyulmasında və dələduzluqda ittiham olunur. Adıçəkilən qadının Nüsrətin restoranındakı görüntülərini onun dostu instaqram hesabında paylaşıb. Görüntülərdən aydın olur ki, İzabel dos Santosa şəxsən Nüsrətin özü qulluq edib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Qeyd olunur ki, 2017-ci ilə qədər Anqolanı 38 il idarə edən sabiq Prezident Xose Eduardo dos Santosun qızı Afrikanın ən zəngin qadınıdır. 
“İnterpol”un məlumatına görə, İzabel adətən Portuqaliya, İngiltərə və Birləşmiş Ərəb Əmirliklərində qalır. Ona qarşı irəli sürülən ittihamlara görə siyasi işgəncələrə məruz qaldığını deyən İzabel özünü təqsirli bilməyib. Nüsrətin İzabelin “İnterpol” tərəfindən axtarılması ilə bağlı məlumatı olub-olmadığı məlum deyil.
2022-ci ildə Ermənistanda törədilən cinayətlərin ümumi sayı əvvəlki ilə nisbətən 24,4% artıb. 1news.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu məlumatlar Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən dərc edilib. Qeydə alınmış 37 612 faktdan 56,6%-i ağır olmayan, 27,6%-i isə orta ağır cinayətlərdir. Bundan əlavə, qəsdən sağlamlığa ciddi zərər vurma, xuliqanlıq, soyğunçuluq, fırıldaqçılıq, kompüter texnologiyasından istifadə edərək oğurluq hallarının artması qeydə alınıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Rusiya-Ukrayna müharibəsi başlayandan Avropada təxminən 4 milyon 823 min ukraynalı qaçqın qeydiyyatdadır.
1news.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.
Hazırda müvəqqəti müdafiə statusuna malik qaçqınların ən çoxu Polşadadır - 1 milyon 563 min. Qaçqınların sayına görə Almaniya ikinci yerdə (881 min), Çexiya isə üçüncü yerdədir (485 min).
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoliy Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilib.
1news.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, sabah Milli Məclisin deputatı Anatoliy Rafailovun 70 yaşı tamam olur.
İranda azərbaycanlı musiqiçi Məsumə Bənagər həbs olunub.
1news.az İran mediasına istinadən xəbər verir ki, buna səbəb Bənagərin rejim qüvvələri tərəfindən qətlə yetirilən Cavad Heydərin anım mərasiminə qatılması olub.
Qeyd edək ki, Məsumə Bənagər həm də uşaq musiqi müəllimi olaraq fəaliyyət göstərib.
Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində 7 yeniyetmə tapdıqları piyadaəleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. 1news.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının başçısı Oleq Sinequbov teleqramda bildirib. Onun sözlərinə görə, faciə fevralın 3-də yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) radələrində baş verib. 14-17 yaşlı üç oğlan və dörd qız piyadaəleyhinə minanın fraqmentini aşkarlayıb. Yeniyetmələrdən biri onu qaldıraraq başqa tərəfə atdıqdan sonra mina detonasiyaya uğrayıb. Partlayış sonucunda yeniyetmələr qəlpə yaraları alıblar. Onların vəziyyəti qənaətbəxşdir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Kanada Nikolay Baskov, Mixail Boyarski, Oleq Qazmanov və bir neçə rus ifaçılara qarşı sanksiyalar tətbiq edib. 1news.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyinin məlumatına görə, onlar sanksiya siyahısına “Rusiya təbliğatı ilə” bağlı olduqlarına görə daxil ediliblər. Müğənni Polina Qaqarina, Nadejda Babkina və İrina Alleqrovaya da sanksiya tətbiq edilib. Siyahılara “Rossiya Seqodnya” media qrupu, “RİA Novosti” agentliyi və “iş adamı Yevgeni Priqojinlə əlaqəli” bəzi təşkilatlar da daxil olunub. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Qeyd edək ki, ümumilikdə, genişləndirilmiş siyahıya 38 ad və 16 hüquqi şəxs daxildir
Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilmişdir.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu gün Xocalı rayonunun Çanaqçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan 1news.az-a bildirilib ki, “Gədəbəy Sular” MMC-yə məxsus “Hyundai” markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakla bağlı araşdırma aparılır.
Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. 
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.
DİN-dən 1news.az-a verilən məlumata görə, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Səyahətçilər bu gün Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət edəcəklər. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir. Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub. Beynəlxalq səyahətçilər qrupunda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir. 
Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.
Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür. 1news.az xəbər verir ki, Kaliforniya Universitetinin məşhur professorunun bu gün 102 yaşı tamam olur. Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. O, 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Lütfi Zadə 2017-ci il sentyabrın 6-da vəfat edib. Onun cənazəsi ABŞ-dən Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb. 1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyi tərəfindən yenidən yoxlamalar keçirilir. Nazirlikdə ötən il dekabrın 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, Bakıya gətirilib, Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz”lə oyun üçün Gəncəyə səfərə yollanıb.  1news.az xəbər verir ki, Ağdam klubunu yerli azarkeşlər xoş qarşılayıb. Onlar futbolçularla və məşqçi heyəti ilə görüşüb. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə etdiyi raket hücumu nəticəsində atasını və anasını itirən balaca Nilayla da görüşüb. Qeyd edək ki, erməni vandalizmi nəticəsində balaca Nilay təkcə valideynlərini deyil, nənəsini də itirib. Həmin vaxt Nilayın heç iki yaşı yox idi. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub. Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir. Qafqazinfo <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">