ABŞ Rusiyadakı seçkiləri qeyri-azad və ədalətsiz qiymətləndirdi

ABŞ Rusiyadakı seçkiləri “qeyri-azad və ədalətsiz” qiymətləndirdi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays sentyabrın 17-19-da Rusiya Dumasına keçirilmiş seçkiləri tənqid edən bəyanatla çıxış edib.

Dövlət Departamentindən daxil olan xəbərə görə, seçkilər “azad və ədalətli qaydalara uyğun olmayan” şəraitdə keçirilib.

Bəyanatda Rusiya dövlətinin “ekstremist qurumlar”, “xarici agentlər” və “arzuedilməz təşkilatlar”la bağlı qanunlarının siyasi plüralizmi məhdudlaşdırdığı və Rusiya xalqının öz mülki və siyasi hüquqlarından istifadəsini əngəllədiyi bildirilir.

Dövlət Departamentindən onu da qeyd edirlər ki, Rusiya dövlətinin öncədən tətbiq etdiyi məhdudiyyətlər üzündən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Parlament Assambleysası müşahidə apara bilməyib.

“Bu əməllər Rusiyanın beynəlxalq öhdəliklərinə ziddir” deyə bəyanatda qeyd edilir.

Bəyanatda Rusiyaya beynəlxalq öhdəlikləri xatırladılır və onlara hörmət etməsinə çağırış edilir. Qeyd olunur ki, ölkə vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və müstəqil mediaya basqılara son qoymalıdır.

Sonda qeyd edilir ki, ABŞ Ukraynanın suveren ərazisində Rusiyanın seçki keçirməsini də qəbuledilməz hesab edir.

Əlavə edək ki, söhbət Rusiyanın ilhaq etdiyi Ukrayna torpağı olan Krımdan gedir.Bayraqdar.info

LİNK t.co/vJCkXq7C4j

Mənbə:
0
45
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar