"Aeroflot" aviaşirkəti Moskva-Bakı-Moskva uçuşlarının sayını artırır - YENİ REYS

"Aeroflot" Hava Yolları martın 9-dan etibarən Moskva-Bakı-Moskva istiqamətində daha 2 xüsusi reys yerinə yetirəcək.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, 1855 saylı xüsusi reyslər çərşənbə axşamı və cümə axşamı günləri baş tutacaq. Uçuşlar Boeing 777 tipli təyyarələrlə həyata keçiriləcək.

Qeyd edək ki, beləcə, "Aeroflot" aviaşirkətinin yerinə yetirdiyi uçuşların sayı altıya yüksəlib. Onlardan dördü xüsusi, ikisi isə müntəzəm reyslərdir.

Nəzərinizə çatdıraq ki, xüsusi reyslərə yalnız spesifik sənədləri olan Azərbaycan vətəndaşları buraxılır.

 

Mənbə:
0
1135
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar