Allah qoru vətəni -VÜQAR ƏHMƏD

Allah qoru Vətəni!

Bakı Məkkəm, Mədinəm,

Abşeron da dəfinəm,

Tarixi min qərinə,

Allah qoru Vətəni,

Dağıt, dumanı, çəni.

Bayrağım canamazım,

Şuşada qıl namazı,

Isa bulağında mən-

alıram dəstəmazı.

Allah qoru Vətəni.

Qonşunun üzü bəyan,

Nə abır var,nə həyan,

Türkiyəm mənə həyan,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

BİR MİLLƏT, İKİ DÖVLƏT,

Bu birlik zəngin sərvət,

Pakistana var hörmət,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

İrəvan hədəfimiz,

Göyçədir sədəfimiz,

Zəngəzur kələfimiz,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

​ Üzə gülənimiz çox,

Arxadan atırlar ox,

Hər qonşuya güvənc yox,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

Küsüb bizdən Xocalı,

Xankəndi də yaralı,

Xarıbülbül qaralıb,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

Haylar qulum, kənizim,

Bu dünyada var izim,

Salam deyir Təbrizim,

Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

İgiddir ərlərimiz,

İlhamdır sərkərdəmiz,

Duada əllərimiz:

- Allah qoru Vətəni,

Dağıt dumanı, çəni.

​Vüqar Əhməd

15.08.2021

Mənbə:
0
607
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar