Rusiyanın Baş naziri Mixail Mişustinin analıq pulları ilə bağlı verdiyi sərəncam bu ölkədə repetitorluğun daha da vüsət alacağına şərait yaradacaq. Belə ki, uşaqların təlim-tərbiyəsi üçün nəzərdə tutulan analıq pulundan repetitorların xidmətlərini maliyyələşdirmək məqsədilə istifadə etmək mümkün olacaq. Mişustinin bu sərəncamını gənc nəslin təhsilində mühüm addım kimi qiymətləndirirlər. Belə ki, bu vaxta qədər Rusiyada yalnız maddi vəziyyəti yaxşı olan ailələr repetitor xidmətindən istifadə edir və övladlarının daha nüfuzlu ali məktəblərdə oxumalarına nail olurdular. Qeyd olunan sərəncama əsasən, aztəminatlı ailələrə də imkan verəcək ki, öz uşaqlarına repetiop tuta bilsinlər. Amma bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək üçün müəyyən qanunvericilik bazası hazırlamaq lazımdır ki, valideynlər repetitor xidmətini ödəmək üçün analıq pulunu götürüb başqa məqsədlər üçün istifadə etməsinlər.

Keçmiş Sover İttifaqının digər ölkələrində olduğu kimi, Rusiyada da repetitorluq xidmətinin çiçəklənməsi SSRİ-nin süqutundan sonrakı illərə təsadüf edir. Amma indiyədək də bu xidmətin mövcud olmadığını da iddia etmək olmaz. Birdəfəlik İmtahan Sisteminin tətbiq edilməsi ilə repetitorluq daha da inkişaf edərək indiki geniş səviyyəyə gəlib çatmışdır. Rusiya vergi və təhsil orqanları uzun müddət bu təhsil formasına qarşı mübarizə aparsalar da, onun aradan qaldırılmasına nail ola bilməmişlər. Sonda ona münasibət dəyişdi və hazırda bu məktəbdənkənar təhsilin leqallaşdırılması istiqamətində işlər aparılır. Rusiya hakimiyyət dairələri repetitorluğa hüquqi don geyindirməklə əhalinin nəzərəçarpacaq qisminin maddi vəziyyətinin düzəldilməsini də hədəfləyirlər. Repetitorluğa yaşıl işıq yandırmaqla əhalinin təhsil səviyyəsinin yüksəlməsinə də nail olunacağını düşünürlər. Bununla yanaşı hakimiyyət orqanları repetitorlar vasitəsilə büdcənin doldurulması məsələsini də yaddan çıxarmaq istəmirlər. Belə ki, bundan sonra özəl tədrislə məşğul olan müəllim-repetitorlar vergi orqanlarından lisenziya aldıqdan sonra bu işlə leqal şəkildə məşğul ola biləcəklər.

Klassik təhsil formasının tərəfdarı olan mütəxəssislər isə repetitorluğun leqallaşdırılmasının movcud təhsil sisteminin zəiflədilməsinə gətirib çıxaracağını iddia edir və onun əleyhinə çıxırlar.

Qeyd olunmalıdır ki, Azərbaycanda da repetitorluqla bağlı məsələlər hələ də müzakirə mövzusudur və ona qarşı münasibət birmənalı deyil. Bu barədə dövlət tərəfindən müvafiq addımların atılacağı gözləniləndi.

UNEC Elmi Şurasının qərarına əsasən, Minor proqramının qaydalarına dəyişiklik olunub.

AzEdu.az xəbər verir ki, yeni qaydalara əsasən, Minor proqramına sənəd qəbulu ildə 2 dəfə aparılacaq.

1-7 fevral

30 iyun -15 avqust

Proqrama qoşulmaq üçün müraciət şərti:

Bakalavr tələbəsi olmalı;

Akademik borc olmamalı;

ÜOMG 65-də yuxarı olmalı.

İxtisaslar: UNEC-də tədrisi həyata keçirilən 5 ixtisas qrupu üzrə 22 ixtisas.

Tədris dili: azərbaycan, rus, ingilis, türk.

Proqramın modeli: Tələbə eyni ixtisas qrupundan olan Minor ixtisası üzrə 4 fənn, fərqli ixtisas qruplarından olan Minor ixtisası üzrə 5 fənn dinləyə bilir.

Proqramı bitirən tələbənin əldə etdiyi sənədlər:

Sertifikat

Akademik transkript

Proqrama qoşulmaq üçün qeydiyyat linki: https://forms.gle/s92DpYGVWxCJMaGQA

Əlaqə:

(+99412) 492 66 55; (055) 886 63 10.
UNEC, İki diplom və ixtisas üzrə əlavə təhsil bölməsi
Email: udidminor@gmail.com
Ünvan: UNEC, 1-ci tədris binası, otaq 127

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirlib ki, 2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilib.

Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.

AMEA-nın Naxçıvan Bölməsində 2022-ci ildə elmi-tədqiqat işləri plana uyğun olaraq, 6 istiqamətdə 6 problemi əhatə edən 7 mövzuya daxil оlan 36 işin 93 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub, 87 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 6 mühüm elmi nəticə əldə olunub.

AzEdu.az xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin fevralın 3-də keçirilən iclasında bölmənin sədri akademik İsmayıl Hacıyev söyləyib. Akademik bildirib ki, bölmədə əsasən Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi, o cümlədən təbii sərvətlərinin, ekocoğrafi şəraitinin, pоtensial enerji mənbələrinin, səma cisimlərinin, flоra, fauna, tоrpaq örtüyünün, iqtisadi inkişafının öyrənilməsi istiqamətində araşdırmalar aparılıb. 15 adda dərman bitkiləri qarışığı, gülab, çaytikanı yağı, alma sirkəsi, meyvə məhsulları, zəfəran qurusu, Şorsu palçığı və quru qalığı, gildən məişətdə işlədilən toz və propolis məhlulu istehsal olunub.

Hesabat ilində bölmə əməkdaşlarının 12 monoqrafiyası (2-si xaricdə), 24 kitabı, 2 metodik vəsaiti, 402 məqaləsi (66-sı xaricdə), 183 konfrans materialı (73-ü xaricdə), 3 tezisi olmaqla 626 elmi əsəri çap olunub, 1 buklet və bir xəritə tərtib edilib. Məqalələrin 40-ı impakt faktorlu jurnallarda olmaqla, 14-ü “Web of Science”, “Scopus” və s. elmi bazalarının siyahısına daxildir. Əməkdaşların əsərlərinə 969 istinad qeydə alınıb.

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin İngilis dili kafedrasında elmi-metodiki seminar keçirilib.

AzEdu.az xəbər verir ki, “Tələbələrin danışıq bacarığını necə inkişaf etdirməli” mövzusuna həsr olunan seminarda dərs prosesində tələbələri motivasiya əsasında danışmağa təşviq etməyin yolları, eyni zamanda tələbələrin dərsə diqqətinin artırılmasında interaktiv oyun, dialoq və debatların təşkilinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb.

İngilis dili kafedrasının müdiri, dos. Nərminə Əliyeva mövzu ilə bağlı müxtəlif məsələlərə toxunub, iştirakçılarla interaktiv metoddan yararlanaraq qarşıya çıxan problemləri aradan qaldırmağın yollarını izah edib.

Pedaqoji fakültənin dekanı, dos. Elşad Abdullayev, dekan müavini Kənan Bəşirov, Riyaziyyat kafedrasının müdiri, prof. Rakif Əfəndiyev, həmçinin İngilis dili kafedrasının müəllimlərinin qatıldığı seminarda tələbələrin nitq qabiliyyətlərinin axıcılığının inkişaf etdirilməsinə nail olmağın metodları ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə müxtəlif bacarıqların inkişafı istiqamətində fəaliyyətləri özündə əks etdirən videoçarxlar nümayiş olunub.

Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarının kompüter əsasında keçirməyi planlaşdırıldığını deyib. Eyni zamanda, bu sistemi yavaş-yavaş digər imtahanlara da aid etmək istədiklərini qeyd edib. Onun sözlərinə görə, bu proses 5 il ərzində tamamlanacaq. İmtahanların kompüterlə keçirilməsinin nə kimi nəticələri ola bilər?

Mövzu ilə bağlı professor, təhsil eksperti Şahlar Əsgərov AzEdu.az-a açıqlamasında kompüter qiymətləndirilməsini qüsurlu adlandırıb və bu qərarla razılaşmadığını bildirib:

"Sual olunur, təhsilin inkişafını ləngidən böyük qüsur nədir?

Bu həyati əhəmiyyətli suala aydın cavab vermək üçün gündəlik həyatdan bir misal çəkim: fərz edin ki, ağrıyırsınız və həkimə getmisiniz. Həkim sizin temperaturunuzu, təzyiqinizi ölçür, ciyərlərinizi yoxlayır, dilinizə-gözünüzə baxır və dərman yazır. Dərmanın faydası olmur. Başqa həkimə gedirsiniz. Bu həkim də birinci həkimin etdiyini edir və üstəlik UZİ–dən keçməyi məsləhət bilir. UZİ-nin nəticələri ilə həkim tanış olur və sizə fərqli dərman yazır. Nəticədə siz özünüzü yaxşı hiss edirsiniz.

Bəs birinci və ikinci həkimin fərqi nədir?

Birinci həkim bədənin sağlam orqanlarını yoxlayıb, faydasız dərman yazdı. İkinci həkim isə xəstə orqanın müalicəsi üçün dərman yazdı. Nəticəsi yaxşı oldu. Fərq bu qədər!!!

Təhsildə fəaliyyət birinci həkimin fəaliyyətinə bənzəyir. Düzgün cavablara görə qiymət yazılır. Qiymətləndirmədə səhv cavablar nəzərə alınmır!

Bu qüsuru aradan qaldırmaq üçün düz cavablarla bərabər, səhv cavabları da nəzərə almaq lazımdır. Klassik (üzbəüz) imtahan daha obyektivdir, çünki müəllim tələbənin həm düz, həm də səhv cavablarını nəzərə alaraq qiymət yazır.

Təhsil və tibb arasında paralellik ilk dəfə PİSA direktoru Andreas Şleyxer tərəfindən aparılıb. Şleyxer göstərib ki, tibbdə xəstələrə fərdi müalicə təyin edilir. Ancaq təhsildə bütün şagirdləri eyni üsulla öyrətməyə, eyni yolla “müalicə etməyə” çalışırlar.

Yuxarıdakı sualın cavabına gəldikdə isə kompüter qiymətləndirməsi qüsurludur. Belə ki, qiymətləndirilmədə düzgün cavablardan istifadə edilir, səhv cavablar nəzərə alınmır, ancaq operativdir, ucuzdur. Bəzi yerlərdə istifadə etməyə dəyər.

Deməli. fəaliyyəti ciddi və obyektiv qiymətləndirmək üçün, düz cavablarla bərabər, səhv cavablar da nəzərə alınmalıdır”.

Təqaüd yaşına çatmış müəllimlər bəzən peşə fəaliyyətlərini sonlandırdıqları üçün özlərini cəmiyyətə yararsız hiss edir və təhsildən uzaqlaşırlar. Bu, onların əksəriyyətinin bədbinləşməsinə, hətta xəstələnməsinə səbəb olur.

AzEdu.az-a açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev sözügedən mövzunun əsas səbəblərindən danışıb:

“Müəyyən bir rejimdə işləmiş müəllimlərin birdən-birə iş fəaliyyətlərinin sonlanması onların psixologiyasına mənfi təsir göstərir. Belə ki, vərdiş etmədikləri işsiz, fəaliyyətsiz qalmaqlarından dolayı yaranan boşluğu doldurmaq onlar üçün çətin olur. Ömürlərinin çox hissəsini təlim-tərbiyə prosesinə vermiş bu insanlarda bundan sonra “gərəksizlik emosiyası” yaranır.

Həmin insanlara elə şərait yaratmaq lazımdır ki, onlar hansı yaşda və ya cəmiyyətdə hansı statusda olmalarına rəğmən, təhsilə daima lazımlı olduqlarını anlasınlar. Amma necə? Əlbəttə ki, bunun üçün müxtəlif metodlarla bu insanları könüllü işlərə cəlb etməklə onlarda yaranmış bədbinlik hisslərini aradan qaldırmaq mümkündür. Təqaüd yaşına çatmış müəllimlər öz biliklərini, təcrübələrini gənc nəsilə ötürməlidirlər. Müxtəlif seminarlar keçirmək, burada həmin müəllimlərin iştirakını təmin etmək, tədris etdikləri fənlərin metodikası ilə bağlı kitabların yazılmasına cəlb etməklə onları bu durumdan çıxarmaq mümkündür”- deyə, o fikrini tamamlayıb.

Prezident yanında Ali Attestasiya Komissiyası yanvar ayı üçün elmi dərəcələr, elmi adlar verilməsi, nostrifikasiya və təkrar attestasiya haqqında hesabatını dərc edib. Təqdim olunan məlumata əsasən, 2023-cü ilin ilk ayında 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru elmi dərəcələri verilib, 10 nəfər dosent, 1 nəfər professor adına layiq görülüb. Eyni zamanda, 19 nəfər fəlsəfə doktoru almaq üçün sənədlərini təqdim etmiş şəxsə imtina edilib. Elmlər Doktoru elmi dərəcəsi almaq istəyənlərdən isə imtina alan olmayıb. Dosent elmi dərəcəsinə iddiaçı olan 7 nəfərə, professor elmi adına iddiaçı olan 1 şəxsə imtina verilib.

AzEdu.az xəbər verir ki, Prezident yanında Ali Attestasiya Komissiyasının mütəmadi olaraq hər ay elmi dərəcə, elmi ad almaq üçün iddiaçı olanlar haqqında bu cür məlumatları geniş oxucu kütləsi və maraqlananlar üçün təqdim etməsi təqdirəlayiq haldır. Çünki burada elmi adların verilməsi sahəsində gedən prosesləri izləmək mümkün olur. Amma bu siyahı və hesabatların təqdim olunması ilə yanaşı bir sıra izahatlara da ciddi ehtiyac var. Ali Attestasiya Komissiyasının mütəxəssislər qaranlıq qalan məsələlər aydınlıq gətirsələr daha faydalı olardı. Məsələn, elmi ad və ya dərəcə almaq istəyənləri maraqlandıran əsas suallar iddiaçılara imtina edilməsi ilə bağlı olur. Hansı hallarda iddiaçıya imtina verilə bilər? Bir dəfə imtina almış şəxs yenidən müraciət etmək üçün hansı proseduralardan keçməlidir? Humanitar sahə üzrə nə üçün reytinq dərəcəsinə malik olan jurnallar Azərbaycanda yoxdur

Eyni zamanda, ötən illərlə müqayisədə elmi dərəcələr və adlar verilməsi sahəsində vəziyyət necədir? Tendensiya azalmağa, yaxud inkişaf etməyə doğru gedir? Azalmanın qarşısını necə almaq olar? Digər ölkələrin müvafiq qurumları ilə bu sahədə əməkdaşlığın vəziyyət nə yerdədir? Nə üçün xarici ölkələrin ali təhsil müəssisələrində elmi ad və dərəcə alan vətəndaşlarımızın sayı olduqca azdı?

Düşünürəm ki, yuxarıda sadalananlar elm sahəsində çalışanları maraqlandıran suallardan çox cüzi bir hissəsidir. Prezident yanında Ali Attestasiya Komissiyası hesabatla yanaşı hər ay bir dəfə açıq qap günləri keçirib ortaya çıxan sualları cavablandırsa, daha məqsədəuyğun olmazdımı?

30 yanvar tarixində ARTİ-də ümumi təhsil müəssisələrinin coğrafiya fənni üzrə kurikulum mütəxəssislərinin və müəllimlərin iştirakı ilə təkmilləşdirilməkdə olan coğrafiya fənn kurikulumunun müzakirəsi baş tutub.

AzEdu.az xəbər verir ki, təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov müxtəlif fənlər üzrə kurikulumların təkmilləşdirilməsi prosesi haqqında ümumi məlumat verib. Kurikulum işçi qrupunun üzvü Famil Ələkbərov isə coğrafiya fənni üzrə məzmunun təkmilləşdirilməsini zəruri edən əsas amillər barədə auditoriyanı məlumatlandırıb və müzakirə açıq elan olunub. Müzakirədə türkiyəli konsultant Sərvət Karabağ da onlayn iştirak edərək görülən işlərə münasibət bildirib və bəzi sualları cavablandırıb. Sonda müzakirə iştirakçılarının rəy və təklifləri dinlənilib və müvafiq qeydlər götürülüb.

Qeyd edək ki, təkmilləşdirmədə coğrafiya fənn kurikulumunun coğrafi əsaslı hazırlanması, məzmunun dəyər və davranışa çevrilməsinin hədəflənməsi, həmçinin məzmunun beynəlxalq kurikulumlara uyğunlaşdırılması və məzmun xətlərində edilən yeniliklər müəllimlər tərəfindən rəğbətlə qarşılanıb.

“Azercell Telekom” MMC Gənclər günündə Beynəlxalq İnformatika Olimpiadasının qalibləri, layihə rəhbəri və müəllimləri ilə görüş keçirib. Tədbirdə Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova, Tərəfdaşlarla münasibət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkil olunması sektorunun müdiri Fuad Qarayev, ARTİ-nin əməkdaşları iştirak ediblər. Görüşdə məktəblilər sertifikat və dəyərli hədiyyələrlə təltif ediliblər.

AzEdu.az xəbər verir ki, artıq 4 ildir ki, Beynəlxalq İnformatika Olimipiadası başda olmaqla informatika üzrə müxtəlifmiqyaslı beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” və ARTİ arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Avropa Qızlar İnformatika Olimpiadası, Asian Pasifik İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautikov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək, 2 qızıl, 12 gümüş və 34 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər.

Məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi təşkil olunur. Artıq 2 ildir ki, təşkil olunan müsabiqədə 1000-ə yaxın şagird iştirak edib və müsabiqə öz bəhrəsini verməkdədir. Belə ki, müsabiqədən seçilərək dərslərə dəvət olunan şagirdlər beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək medal qazanıblar.

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

AzEdu.az xəbər verir ki, liqanın 8-ci turunda AzTU komandası Bakı Mühəndislik Universitetinin (BMU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 95:53 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=CnrIZHowbNo&t=3s

“Müəllimlərin işə qəbulu üzrə kurslar ali təhsil müəssisələrinə etimadsızlıq yaradır”

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Onun fikrincə, müəllimlərin işə qəbulu üzrə hazırlıq kursları mövcud olmamalıdır:

“Pedaqoji sahədə kadr hazırlayan bütün ali təhsil müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi kreditlər əsasında fənləri tədris edir. Bu fənlərin tədrisi müvafiq proqramla həyata keçirilir. Müəllimlərin işə qəbul imtahanına ali məktəblərdə keçirilən proqramlardan bəhs edən mövzular salınmır. Ortada gəzən “sehrli bir kitab” var və çalışırlar ki, sualların bir neçəsini burdan götürsünlər, sonra da reklam etsinlər ki, MİQ imtahanının sualları buradan seçilir. Belə bir biznes şəbəkəsi qurulub”.

Ekspert, sözü gedən problemin aradan qaldırılma yollarından söz açıb:

“Bu problemi aradan qaldırmaq üçün müəllimlərin işə qəbulu müsabiqəsinin proqramının suallarını ali məktəbdə pedaqoji sahədə təhsil alanların keçdikləri proqramla uyğunlaşdırmalıdırlar. Bu zaman müəllimlər ali məktəbdə öyrəndikləri dərslər əsasında imtahan verə bilərlər.

Ümumiyyətlə MİQ hazırlıq kurslarının mövcud olması özü bir problemdir. Əgər gənc dörd il pedaqoji sahədə təhsil alırsa və müəllim olmağa hazırlaşırsa, lakin müəllimlərin işə qəbul müsabiqəsinə onun dörd ildə keçdiyi proqramdan heç biri salınmırsa, problemi burada axtarmaq lazımdır. Müəllimlərin işə qəbulu üzrə kursların mövcudluğu ali təhsil müəssisələrinə etimadsızlıq mühiti yaradır. Belə görünür ki, bizim ali məktəblərimiz əmək bazarına kadr hazırlaya bilmir. Reallıqda MİQ imtahanlarında ali təhsil müəssisələrində keçirilən proqram əsasında suallar tərtib olunmur”.

Azərbaycanda fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

AzEdu.az xəbər verir ki , sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqlar, cihazlar, qurğular və digər vasitələr gömrük rüsumundan azad ediləcək. Dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq. Qanunun nəyə xidmət edəcəyi, əsas məqsəd və vəzifələrinin nə olacağı maraq doğurur. Dəyişikliklər həm təhsilin cəmiyyətdəki nüfuzundan, həm də təhsil sahibkarlığından təsirsiz ötüşməyəcək. Məsələ ilə bağlı əsas məqamlar nələrdir, bu siyahıda hansı avadanlıqların olması gözlənilir?

Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, dəyişiklikdə əsas hədəf və məqsəd vəsaitə qənaət edilməsidir:

“Yeni qəbul edilmiş dəyişikliklərdə bir sıra mühüm məqamlar müşahidə edirik. Bir müddət əvvəl ən müasir avadanlıqlarla təchiz olunmuş DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı oldu. Bu gün Azərbaycanda yeni məktəblər inşa olunur, STEAM mərkəzləri yaradılır. Həmin mərkəzlərə də yeni avadanlıqlar və texnikaların alınması nəzərdə tutulur. Bu isə kifayət qədər vəsait tələb edir. Bu da öz növbəsində qanunda öz əksini tapdı ki, təhsil və tədris məqsədilə gətirilən müəyyən avadanlıqların gömrük rüsumundan azad olunması məsələsi gündəmdə olsun. Qanun yeni yaradılan müəssisələrin maliyyələşdirilməsinə yönələn vəsaitə qənaət məqsədilə qəbul olunub. Burada söhbət universitetlərdə, məktəblərdə, təhsil müəssisələrimizdə, həm də müəyyən laboratoriyalar, istehsal müəssisələrində istifadə olunan texnika və avadanlıqlardan gedir”.

C.Məmmədov onu da qeyd edib ki, Azərbaycandakı orta və ali məktəblər arasında həm dövlət, həm də özəl müəssisələrin hər birində ümumi qaydanın tətbiq olunması nəzərdə tutulur.

Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarının kompüter əsasında keçirməyi planlaşdırıldığını deyib. Eyni zamanda, bu sistemi yavaş-yavaş digər imtahanlara da aid etmək istədiklərini qeyd edib. Onun sözlərinə görə, bu proses 5 il ərzində tamamlanacaq. İmtahanların kompüterlə keçirilməsinin nə kimi nəticələri ola bilər?

Mövzu ilə bağlı professor, təhsil eksperti Şahlar Əsgərov AzEdu.az-a açıqlamasında kompüter qiymətləndirilməsini qüsurlu adlandırıb və bu qərarla razılaşmadığını bildirib:

“Sual olunur, təhsilin inkişafını ləngidən böyük qüsur nədir?

Bu həyati əhəmiyyətli suala aydın cavab vermək üçün gündəlik həyatdan bir misal çəkim: fərz edin ki, ağrıyırsınız və həkimə getmisiniz. Həkim sizin temperaturunuzu, təzyiqinizi ölçür, ciyərlərinizi yoxlayır, dilinizə-gözünüzə baxır və dərman yazır. Dərmanın faydası olmur. Başqa həkimə gedirsiniz. Bu həkim də birinci həkimin etdiyini edir və üstəlik UZİ–dən keçməyi məsləhət bilir. UZİ-nin nəticələri ilə həkim tanış olur və sizə fərqli dərman yazır. Nəticədə siz özünüzü yaxşı hiss edirsiniz.

Bəs birinci və ikinci həkimin fərqi nədir?

Birinci həkim bədənin sağlam orqanlarını yoxlayıb, faydasız dərman yazdı. İkinci həkim isə xəstə orqanın müalicəsi üçün dərman yazdı. Nəticəsi yaxşı oldu. Fərq bu qədər!!!

Təhsildə fəaliyyət birinci həkimin fəaliyyətinə bənzəyir. Düzgün cavablara görə qiymət yazılır. Qiymətləndirmədə səhv cavablar nəzərə alınmır!

Bu qüsuru aradan qaldırmaq üçün düz cavablarla bərabər, səhv cavabları da nəzərə almaq lazımdır. Klassik (üzbəüz) imtahan daha obyektivdir, çünki müəllim tələbənin həm düz, həm də səhv cavablarını nəzərə alaraq qiymət yazır.

Təhsil və tibb arasında paralellik ilk dəfə PİSA direktoru Andreas Şleyxer tərəfindən aparılıb. Şleyxer göstərib ki, tibbdə xəstələrə fərdi müalicə təyin edilir. Ancaq təhsildə bütün şagirdləri eyni üsulla öyrətməyə, eyni yolla “müalicə etməyə” çalışırlar.

Yuxarıdakı sualın cavabına gəldikdə isə kompüter qiymətləndirməsi qüsurludur. Belə ki, qiymətləndirilmədə düzgün cavablardan istifadə edilir, səhv cavablar nəzərə alınmır, ancaq operativdir, ucuzdur. Bəzi yerlərdə istifadə etməyə dəyər.

Deməli. fəaliyyəti ciddi və obyektiv qiymətləndirmək üçün, düz cavablarla bərabər, səhv cavablar da nəzərə alınmalıdır”.

“Müəllimlərin işə qəbulu üzrə kurslar ali təhsil müəssisələrinə etimadsızlıq yaradır”

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Onun fikrincə, müəllimlərin işə qəbulu üzrə hazırlıq kursları mövcud olmamalıdır:

“Pedaqoji sahədə kadr hazırlayan bütün ali təhsil müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi kreditlər əsasında fənləri tədris edir. Bu fənlərin tədrisi müvafiq proqramla həyata keçirilir. Müəllimlərin işə qəbul imtahanına ali məktəblərdə keçirilən proqramlardan bəhs edən mövzular salınmır. Ortada gəzən “sehrli bir kitab” var və çalışırlar ki, sualların bir neçəsini burdan götürsünlər, sonra da reklam etsinlər ki, MİQ imtahanının sualları buradan seçilir. Belə bir biznes şəbəkəsi qurulub”.

Ekspert, sözü gedən problemin aradan qaldırılma yollarından söz açıb:

“Bu problemi aradan qaldırmaq üçün müəllimlərin işə qəbulu müsabiqəsinin proqramının suallarını ali məktəbdə pedaqoji sahədə təhsil alanların keçdikləri proqramla uyğunlaşdırmalıdırlar. Bu zaman müəllimlər ali məktəbdə öyrəndikləri dərslər əsasında imtahan verə bilərlər.

Ümumiyyətlə MİQ hazırlıq kurslarının mövcud olması özü bir problemdir. Əgər gənc dörd il pedaqoji sahədə təhsil alırsa və müəllim olmağa hazırlaşırsa, lakin müəllimlərin işə qəbul müsabiqəsinə onun dörd ildə keçdiyi proqramdan heç biri salınmırsa, problemi burada axtarmaq lazımdır. Müəllimlərin işə qəbulu üzrə kursların mövcudluğu ali təhsil müəssisələrinə etimadsızlıq mühiti yaradır. Belə görünür ki, bizim ali məktəblərimiz əmək bazarına kadr hazırlaya bilmir. Reallıqda MİQ imtahanlarında ali təhsil müəssisələrində keçirilən proqram əsasında suallar tərtib olunmur”.

Türkiyənin Çorum şəhəri ilə qardaşlaşmış Füzuli şəhərinin bərpası ilə bağlı birgə layihələrdə Azərbaycan Texniki Universiteti (AzTU) və Hitit Universiteti iştirak edəcək.

AzEdu.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə AzTU-nun rektoru Vilayət Vəliyevin Türkiyənin Hitit Universitetinin rektoru Ali Osman Öztürk ilə görüşündə danışılıb.

Görüşdə birgə tədris və tədqiqat fəaliyyətinin həyata keçirilməsi və s. məsələlər müzakirə olunub.

UNEC-in pedaqoji kadr potensialının gücləndirilməsi məqsədilə müəllimlər üçün V Təlim proqramına start verilir.

AzEdu.az xəbər verir ki, fevralın 10-da başlayacaq təlimlər müasir proqramların tələblərinə əsaslanaraq, yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Təlimlər UNEC tərəfindən dəvət edilən Türkiyənin reytinqli universitetlərinin tədqiqatçı-alimləri, aparıcı mütəxəssisləri ilə yanaşı, yerli təlimçilər tərəfindən də aparılacaq. 25 fənn üzrə keçiriləcək təlimlərdə digər universitetlərin müəllimləri də iştirak edə bilərlər.

Xatırladaq ki, bundan öncə də universitetdə UNEC müəllimləri üçün ödənişsiz əsaslarla 166 fənn üzrə 4 təlim proqramı keçirilib.

Bəzi fənlər üzrə təlim proqramı aşağıdakı kimidir:

“Zaman sıralarının təhlili” –Ankara Universiteti, Prof. Dr. Atilla Gökçe – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn UNEC-də keçiriləcək);

“Dövlətin gəlir və xərclərinin idarə edilməsi” – təlimçi UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosenti, Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov – (proqram 30 saat olmaqla, oflayn keçiriləcək);

“Müəssisə üçün mobil əlavələrin işlənilməsi” – təlimçi Qazi Universiteti, Dos.Dr.Hüseyin Çakır – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn keçiriləcək);

“Polimer mühəndisliyi” –Qazi Universiteti, Prof.Dr.Ulvi Şeker – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn keçiriləcək);

“Güc elektronika və elektrik intiqalı” – təlimçi Qazi Universiteti, Prof. Dr.Necmi Altın – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn UNEC-də keçiriləcək);

“Tədqiqat və layihə bacarıqları” –Qazi Universiteti, Prof.Dr. Hanifi Çinici – (proqram 20 saat üzrə onlayn keçiriləcək);

“Materialların təkrar emalı” –Yıldız Texniki Universiteti, Prof.Dr. Nilgün Kuşkonmaz – (proqram 30 saat olmaqla 20 saat onlayn, 10 saat oflayn keçiriləcək);

“Sosial işin qiymətləndirilməsi” –Hacettepe Universiteti, Prof.Dr.Yasemin Özkan – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn keçiriləcək);

“Ekoloji biotexnologiya” –Artvin Çoruh Universiteti, Doç.Dr.Ayla Bilgin – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn keçiriləcək).

Maraqlananlar təlimlər barədə ətraflı məlumatı sardarova_sevda@unec.edu.az elektron ünvanına müraciət etməklə və ya (050) 729 19 15 mobil nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

“Müəllimlərin işə qəbulu üzrə kurslar ali təhsil müəssisələrinə etimadsızlıq yaradır”

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Onun fikrincə, müəllimlərin işə qəbulu üzrə hazırlıq kursları mövcud olmamalıdır:

“Pedaqoji sahədə kadr hazırlayan bütün ali təhsil müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi kreditlər əsasında fənləri tədris edir. Bu fənlərin tədrisi müvafiq proqramla həyata keçirilir. Müəllimlərin işə qəbul imtahanına ali məktəblərdə keçirilən proqramlardan bəhs edən mövzular salınmır. Ortada gəzən “sehrli bir kitab” var və çalışırlar ki, sualların bir neçəsini burdan götürsünlər, sonra da reklam etsinlər ki, MİQ imtahanının sualları buradan seçilir. Belə bir biznes şəbəkəsi qurulub”.

Ekspert, sözü gedən problemin aradan qaldırılma yollarından söz açıb:

“Bu problemi aradan qaldırmaq üçün müəllimlərin işə qəbulu müsabiqəsinin proqramının suallarını ali məktəbdə pedaqoji sahədə təhsil alanların keçdikləri proqramla uyğunlaşdırmalıdırlar. Bu zaman müəllimlər ali məktəbdə öyrəndikləri dərslər əsasında imtahan verə bilərlər.

Ümumiyyətlə MİQ hazırlıq kurslarının mövcud olması özü bir problemdir. Əgər gənc dörd il pedaqoji sahədə təhsil alırsa və müəllim olmağa hazırlaşırsa, lakin müəllimlərin işə qəbul müsabiqəsinə onun dörd ildə keçdiyi proqramdan heç biri salınmırsa, problemi burada axtarmaq lazımdır. Müəllimlərin işə qəbulu üzrə kursların mövcudluğu ali təhsil müəssisələrinə etimadsızlıq mühiti yaradır. Belə görünür ki, bizim ali məktəblərimiz əmək bazarına kadr hazırlaya bilmir. Reallıqda MİQ imtahanlarında ali təhsil müəssisələrində keçirilən proqram əsasında suallar tərtib olunmur”.

Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 912 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

AzEdu.az xəbər verir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 156 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 360 vətəndaş müraciət edib.

İlin ilk ayında BŞTİ-yə 1 890 sənəd (vətəndaşlar tərəfindən 556 ərizə, Elm və Təhsil Nazirliyindən 223, digər qurumlardan 241, məktəblərdən 479 məktub və 391 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin ay ərzində 506 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və işə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.