Azərbaycan Ermənistanı beynəlxalq məhəməyə verəcək -NAZİRLİKDƏN AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva insan haqlarının pozulması ilə əlaqədar olaraq Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəklərini açıqladı.

Kanal.az haberler.com-a istinadən bildirir ki, Leyla Abdullayeva yazılı açıqlamasında Azərbaycanın 2021 -ci ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsinə Ermənistana qarşı qaldırdığı iddiaya əlavə olaraq Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilməsindən sonra azərbaycanlılara qarşı ciddi insan hüquqları pozuntularının toplandığını və sənədləşdirildiyini bildirən Abdullayeva, azərbaycanlıların etnik mənsubiyyətinə görə məcburi köçkünlük, işgəncə, öldürülməsi və pis rəftar hallarının da daxil olduğunu qeyd etdi.


Mənbə:
0
96
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar