Azərbaycan "Mədəniyyətlər bağı–2021" festivalında təmsil edilib - FOTO

Litvanın Kaunas şəhərində keçirilən "Mədəniyyətlər bağı–2021" beynəlxalq festivalında Azərbaycanlı gənclər fəal iştirak edib. Tədbirdə ölkəmizi Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) təmsil edib.

Litvada yaşayan müxtəlif xalqların mədəniyyətlərinin nümayiş etdirildiyi tədbirdə Azərbaycan mədəniyyəti və musiqisinin təqdimatı təşkilatçılar və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gənclərimiz Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verib, bütün dünyada məşhur olan "Sarı Gəlin", "Naz eləmə" və sair kimi milli musiqi və rəqslərimizi təqdim ediblər. Gənclərimiz digər xalqların nümayəndələrini də birgə rəqsə dəvət edərək, Azərbaycanın xalqlararası dostluq və həmrəylik ənənələrinə, mədəniyyətlərarası dialoqa böyük önəm verdiyini göstəriblər.

Tədbirdə gənclərimizin iştirakının təmin olunmasında Baltikyanı Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə əlaqələndiricisi Nərmin Əliyevanın xüsusi əməyi olub. Milli rəqslərin hazırlanmasında və təşkilati məsələlərin həllində onunla birlikdə bu ölkədə yaşayan tələbə və gənclərimiz yaxından iştirak ediblər.

Festivalın yekununda AYOL Azərbaycan mədəniyyətinin Litvada təbliğində fəal iştirakına və xalqlar arasındakı dostluğun daha da möhkəmlənməsində töhfələrinə görə Kaunas şəhərinin Mədəniyyət Mərkəzi tərəfindən mükafata layiq görülüb.

Mənbə:
0
54
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar