Azərbaycanda çörək əvvəlki qiymətinə qaytarıldı

Azərbaycanda çörəyin qiymətini artıran şirkətlər sabahdan köhnə qiymətə qayıdacaqlar.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a "Nömrə 1” çörək firmasının satış müdiri Rahim Nizaməddinov məlumat verib.

O bildirib ki, çörəyin satış qiyməti aşağı salınıb.

"Bəzi çörəklərimiz 5, bəziləri isə 10 qəpik bahalaşmışdı. İndi biz onların qiymətini əvvəlki vəziyyətə qaytardıq”, - o bildirib.

Qeyd edək ki, son günlər ölkədə bəzi firmalar tərəfindən çörəyin qiyməti növündən asılı olaraq 5-10 qəpik artırılıb. Çörəyin qiymətində artım edən digər şirkətlər də sabahdan satışı əvvəlki qiymətlərlə həyata keçiriləcək.
Mənbə:
0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar