Bakı-Moskva-Bakı istiqamətində uçan sərnişinlərin nəzərinə - QAYDALAR

Azərbaycan Hava Yolları Bakı-Moskva-Bakı aviareysinə aviabilet əldə etmək istəyən sərnişinlər üçün qaydaları açıqlayıb.

Turizmplus.az aviaşirkətə istinadən xəbər verir ki, qaydalara əsasən, Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-russia

- Rusiya Federasiyası ərazisinə daxil olmasına icazə verilən şəxslərin kateqoriyasının siyahısı ilə burada tanış olmaq olar - https://www.mid.ru/informacia-dla-rossijskih-i-inostrannyh-grazdan-v-svazi-s-koronavirusnoj-infekciej/-/asset_publisher/UUDFpNltySPE/content/id/4157104 (rus dilində)

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics ;

Moskva-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır.

- Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-azerbaijan ;

- Koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.azal.az/az/information/covid-russia . Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı yenilənəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamətin sərnişinləri:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;

- pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: https://youtu.be/-s-0s4o1L2M

https://www.azal.az/az/information/covid-russia

 

 

Mənbə:
0
1080
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar