PSJ-nin hücumçusu Kilian Mbappe 3 həftə oyundan kənar qalacaq.
Bildirilib ki, buna səbəb Fransa çempionatının XXI turu çərçivəsində baş tutan matçda oyunçunun zədələnməsi olub.
25 yaşlı futbolçu 3 həftə oynaya bilməyəcək.
Qeyd edək ki, K. Mbappe DÇ-2022-nin ən yaxşı bombardiri (8 qol) olub.
Eldar şam ağacının quruma səbəbi iqlimin dəyişkən keçməsidir.
Onun sözlərinə görə, Abşeron yarımadasında, Mərkəzi Aran rayonlarında, Sabirabad, Şirvan, Yevlax, Gəncə ərazilərində kütləvi şəkildə Eldar şam ağacında quruması müşahidə edilib:
"Havanın quru keçməsi, qrunt sularının səviyyədən aşağı olması ağacların qurumasına gətirib çıxarıb. Sonra ağaclarda qabıq böcəkləri yarandı. Bu da çox sayda ağacın məhv olmasına səbəb oldu".
Kriştiano Ronaldonun sabiq komanda yoldaşı Ueston Makkeni onunla bağlı xatirəni bölüşüb.
"Onu massaj edirdilər, mən isə həmin vaxt ordan keçirdim. Baxıb dedim ki, "Aman Allah, sənin ayaqların nə eybəcər görünür". Ronaldo mənə cavab verdi ki, "dostum, bu ayaqların bir milyard avro qiyməti var".
Azərbaycan ilə dost və tərəfdaş Rumıniya arasında münasibətlərin əsası hələ orta əsrlərdə qoyulub.Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.
Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən 70-dən çox yanacaqdoldurma məntəqəsi açmışdır.
Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri baş tutmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti KlausYohannis mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.
Dövlət başçısı bildirib ki, "Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir".
Azərbaycanın ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi idi. Görüş zamanı bu mövzuya da toxunan dövlət başçımız bildirmişdir: "Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir".
Prezident İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır.
Aysel Mənsimova - politoloq
Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşləri və səsləndirilən birgə bəyanatlar iki dost və tərəfdaş ölkə arasında gələcək əlaqələrin daha da inkişafı və möhkəmlənməsinə zəmin yaradıb.
Görüşlərdən sonra Rumıniyanın rəsmi nümayəndələri qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında və inkişafında mühüm xidmətləri vardır. Azərbaycanın inkişafa yönələn siyasətində qazandığı uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Azərbaycan həmçinin Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub, bunun sayəsində Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib.
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.
Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti olan SOCAR Rumıniyada fəaliyyət göstərir, onun Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Həmçinin Rumıniyanın imkanlarından istifadə edilərək. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və paralel olaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilib.
Azərbaycan ildən-ilə xaricə qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu artımın bariz göstəricisidir. Son illərdə ölkəmizdə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb. Bu layihə çox strateji və böyük sərmayə tələb edən layihə olmaqla yanaşı həm də bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Bu layihənin uğurla həyata keçirilməsi işlərində bir sıra ölkələr kimi Rumıniya da maraqlıdır. İldən ilə Azərbaycan və Rumıniya arasında əməkdaşlıq potensialı get-gedə artır, bu isə regionun və Avropa İttifaqının daha sıx əməkdaşlığı üçün çox vacib amillərdən biridir.
Metin Hüseynov - politoloq
Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə təkbətək və həmçinin geniş tərkibdə görüşü olub. Daha sonra hər iki ölkənin rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.
Ötən illər ərzində hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib.
İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar vardır və bu imkanlardan geniş çəkildə istifadə edilərək iqtisadi mənfəət əldə edilməsi nəzərdə tutulub. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcəkdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ötən gün türkiyəli müğənni, rejissor Mahsun Kırmızıgülün "Prestij meselesi" filminin təqdimatı baş tutub.
Dəniz açıqlamasında tədbirə qatıla bilmədiyi üçün çox üzgün olduğunu bildirib. O, Mahsun Kırmızıgül və filmdə əməyi keçən hər kəsi təbrik edib.
"Prestij meselesi"nin layihə rəhbəri Murat Tokat da məsələ ilə bağlı açıqlama verib: "Tədbirə bir saat qalmış mesaj göndərdi. Oğlu çox xəstədir, sistem vurublar. Özünə də, həyat yoldaşına da sistem vurulub. Bu səbəbdən qala gecəsində iştirak edə bilməyəcəyini dedi".
Qeyd edək ki, 1992-1993-cü illəri əhatə edən film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun "Prestij müzik" şirkətini qurduğu dövrdən bəhs edir. Bu şirkətlə sənət fəaliyyətinə başlayan Mahsun Kırmızıgül, Haluk Levent və Özcan Denizin gənclik illəri ekran işində əks olunub.
Tacikistan vətəndaşı Dubay hava limanında Duty Free Millennium Millionaire lotereyasında bir milyon dollar udub.
Agentliyin məlumatına görə, fevralın 1-də Tacikistan vətəndaşı Dubay Beynəlxalq Hava Limanının 2-ci terminalında oynanılan məşhur ərəb lotereyasının növbəti, 413-cü tirajını qazanıb. Lakin onun özü hələ qələbəsindən xəbərsizdir və təşkilatçılar onu axtarır.
Bildirilir ki, daha bir qalib var, o da hələ meydana çıxmayıb. Bu şri-lankalı Yasas Nalin Patiranadır . O, "BMW R nineT Pure" motosikletini qazanıb.
"Duty Free Millenium Millionaire" 1999-cu ildən fəaliyyət göstərir. İndiyədək dünyanın 49 ölkəsinin nümayəndəsi baş mükafata sahib çıxıb.
"Messi dünya çempionu olanda Ronaldo sözün əsl mənasında dəliyə dönmüşdü".
O, Ronaldonun dünya çempionatının final mərhələsi keçirilən gecə səhərədək yatmadığını qeyd edib:
"Ronaldo həmin vaxt səhərədək yatmadı, "Playstation"da Portuqaliya ilə Argentinaya qarşı oynadı və hər dəfə 5-6 qol vurdu".
TikTokda Bakının 258 nömrəli tam orta məktəbində çəkildiyi iddia olunan videogörüntülər yayılıb. Videonun 10-cu sinif şagirdləri tərəfindən məktəbin binasında lentə alındığı bildirilir.
Görüntülərdən şagirdlərin məktəbə uyğun olmayan davranışlar sərgilədiyi aydın olur. Sosial şəbəkədə 200 mindən çox izlənən video tənqid və müzakirələrə səbəb olub.
"Qafqazinfo" məsələ ilə bağlı 258 nömrəli məktəblə əlaqə saxlayıb. Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, məktəbin X sinif şagirdləri təxminən bir ay bundan öncə dərsdən sonra telefonla bir dəqiqəlik çəkiliş ediblər: "Həmin gün şagirdlər üç fəndən kiçik summativ qiymətləndirmədə iştirak edib. Bundan sonra gərginliyi azaltmaq üçün əyləncəli video çəkmək istədiklərini bildiriblər. Şagirdlər və onların valideynləri ilə söhbət aparılıb, müvafiq tövsiyələr verilib".
Eyni zamanda qeyd edilib ki, videoçəkilişin təşəbbüskarı olan şagird "4" və "5" qiymətlərlə oxuyur. 2022-ci ildə keçirilmiş "Mərkəzi Talant Asiya" musiqi müsabiqəsində Azərbaycanı təmsil edib və finala çıxıb.
"Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır. Qeyd etmək istərdik ki, "Vergi Məcəlləsinə" edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu. Bu məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil".
O bildirib ki, həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur:
"Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür.
1. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.
2. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər.
Bir daha qeyd etmək istərdim, sizin kartınınz sizə faiz gəliri gətirmirsə heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz".
Nuranə
Türkiyənin sevilən və fenomen müğənnisi Demet Akalın uzun müddət sonra Bakıda konsert verəcək.
Qeyd edək ki, konsertin təşkilatçısı prodüser Balkandır.
"Hər zaman yazırlar ki, Kamilə Babayeva artıq çəki alıb. İndi arıqlamışam... Evə hazır pəhriz yeməkləri gətirən şirkətlə danışmışam. 4 kiloqram çəki atmışam. düzdür, çox deyil, amma bədənimdə yığılma var".
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Kamilə Babayeva deyib. Aparıcı arıqlamaq üçün ciddi pəhrizə başladığını söyləyib.
K.Babayeva yeni layihə istəməsi arzusunu da etiraf edib:
"Çox maraqlı layihələr istəyirəm. Adama elə gəlir ki, müəyyən vaxtdan sonra tükənərsən, istəməzsən. Yox, əksinə, nəsə yeni bir şey etmək istəyirsən. Amma darıxdırıcı nəsə istəmirəm. Ağlımda hazırda heç nə yoxdur. İnanıram ki, maraqlı nəsə olacaq".
"Ən çox baxdığınız veriliş hansıdır" sualına aparıcı belə cavab verib:
"Kimisə qırmağı, birinin adını çəkim, biri qalsın istəmirəm. İstəyirəm ki, içi mən qarışıq bütün aparıcılar keyfiyyətli işlə tamaşaçı qarşısına keçsin. Televiziya vaxtı keçir. Hansısa məclisə gedirsən, deyirlər, televizora baxmırıq. Amma 10 dəqiqə sonra baxırsan danışırlar, məlumatlıdırlar. "Baxmıram" deyənlər də baxır. Amma baxıb zövq almaq, qürur duymaq lazımdır. Elə bir zamanın tez bir zamanda gəlməyini arzulayıram".
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) konsert verməyə hazırlaşır.
O bildirib ki, martda planlaşdırılan gecə üçün hazırlıqlara başlayıb:
"Martın 11-də "Elektra Events Hall"da baş tutacaq solo konsertimdə sevənlərimi gözləyirəm. 6 il sonra səhnəyə böyük komandadının müşayiəti ilə çıxacağam. Çox həyəcanlıyam".
PRoMete bildirib ki, gecədə bir çox tanınmış sənət adamı da onu tək qoymayacaqlar. Biletlər "iTicket.az" saytında və şəhərin bütün kassalarında satışdadır.
Qeyd edək ki, PRoMete H.O.S.T Alliance-nin yaradıcılarından biri və HOST prodakşının təsisçilərindəndir. Hazırda "mikpro" yayım şirkətinin həmtəsisçisidir. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. 2012-ci ildə H.O.S.T qrupu fəaliyyətini dayandırdıqdan sonra, PRoMete solo fəaliyyətini rep ifaçısı kimi davam etdirir.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları - Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar.
İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib.
Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib. Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.
Qeyd edilib ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd "Makarov" markalı tapança aşkar olunaraq götürülüb.
Müğənni Ebru Gündeş ötən aylarda ayrıldığı özündən 22 yaş kiçik, iraqlı sevgilisi Raşşan Koşnavla barışıb.
OLAY yazır ki, oktyabr ayında yollarını ayıran cütlük yenidən bir araya gəlib. Onlar birlikdə Dubayda görüntüləniblər.
Deyilənlərə görə, onların ayrılıq səbəbi bildirildiyi kimi, Ebrunun gərgin iş rejimi deyilmiş. İş adamının ailəsi Gündeşlə evlənmək istəyən oğullarına etiraz ediblər. Bu da cütlük arasında narazılığa səbəb olub.
Virusun biri bitir, digəri başlayır. Mövsümi qriplər, koronavirus və ona bənzər respirator viruslar uşaqlar arasında daha çox yayılıb. Bəs immuniteti qaldırmaq üçün nə edə bilərik? İnsanlar arasında zəncəfil-limon-bal qarışımı məşhurdur, lakin burada dozanı aşmamaq gərərkdir. Görkəmli şairimiz Nizami Gəncəvinin dediyi kimi, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd erir su da.
O vurğulayıb ki, mədəsində xora olan insanlarda həddən artıq limon və bal qanaxmaya səbəb ola bilər.
Zəncəfilin miqdarı 20 qramı aşmamalıdır. Zənəfilin şirəsi (yaxud tozu), cökə balı və 0,5 çay qaşığı limon suyu ilə qarışdırıb gün ərzində bir dəfə içilə bilər. Mədə problemi, qıcqırma, turşuluq varsa, yeməkdən iki saat sonra qəbul edilməlidir.
Həkim digər bir resepti də izləyicilərlə paylaşıb. Onun sözlərinə görə, sarıkök, zəncəfil, zəfəranın hərəsindən bir çimdik götürüb, 100 ml ilıq suda həll edərək gündə bir dəfə içmək faydalıdır. Bu, qanı durulaşdıracaq, immuniteti artıracaq, qan dövranını yaxşılaşdıracaq, baş-əzələ ağrılarını aradan qaldıracaq.
Natəvan Baxşiyeva
Dünyaca məşhur müğənni Adel bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşının şəkli ilə gələn pərəstişkarına görə "Caesar Palace"da konsertini yarımçıq kəsib.
"Zalda telefonun üz qabığında arvadının şəkli olan bir kişini gördüm. Və bu zaman anladım ki, arvadı indi onun yanında deyil. Bu mənə çox təsir etdi. İtkiniz üçün çox təəssüf edirəm. Üzr istəyirəm ki, mənə göstərdiyinizi dərhal başa düşmədim" - deyə Adel bildirib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:
1-ci dərəcəli "Rəşadət" ordeni ilə
Tağıyev Vasif Natiq oğlu
"Vətən uğrunda" medalı ilə
Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)
İmanov Mahir Kamil oğlu.
"Elə bir şəraitə yaranmışdı ki, gediş haqqının artırılması vacib idi. Çünki sərnişindaşımada yaxud da metroda maya dəyərinə görə hesablandıqda bir adamın daşınması xərci nisbətən 30 qəpikdən yuxarı səviyyədə idi. Ona görə gediş haqqının artırılması müəyyən qədər həmin o sahələrə təsir edəcək. Amma onu deyə bilərəm ki, inqilabi dəyişikliklər baş verməyəcək. Çünki bunlar bir nəqliyyatdan asılı deyil".
O bildirib ki, ictimai nəqliyyatda qiymət artımı sərnişindaşımada keyfiyyətə müəyyən qədər təsir edəcək:
"Nəqliyyatın sərnişin xidmətinin keyfiyyət göstəriciləri var. Bura 4 əsas göstərici daxildir. Birincisi, nəqliyyat vasitələrinin tutumu, yəni dolma əmsalı. Nəqliyyat vasitələrinin dolma əmsalı marşrutda olan nəqliyyat vasitələrinin sayından asılıdır. Əgər o, çox deyilsə, tutum məsəl üçün səhər-axşam pik vaxtlarda çox olur. Yəni insanlar bu vaxt çox əziyyət çəkirlər. İkinci göstərici müntəzəmlikdir, yəni marşrutlararası intervaldır. Müntəzəmlik, yəni bir dayanacaqdan eyni marşrutlu avtobusların bir-biri arasındakı vaxtdır. Müntəzəmlik pozulmamalıdır. Bu müntəzəmliyin pozulmaması üçün tıxacların aradan qaldırılması lazımdır.
Avtobus marşrutları üçün əlavə zolaq var. Bu zolaqların olması vacibdir. Tıxac olsa, deməli, müntəzəmlik pozulur. Müntəzəmlik məsələsi bəzən avtobuslardan asılı deyil. Bu nöqteyi-nəzərdən bu, kompleks məsələdir. İndi gediş haqqı 40 qəpik oldu və həmin dəqiqə yollar açılmadı, tıxaclar dəyişmədi, avtobus zolaqları tamamilə axıra qədər çəkilmədi deyə deyimlər var. Üçüncü məqam isə keyfiyyət məsələsində bir sərnişinin təyinat yerinə, yəni səhər evdən işə, işdən evə yaxud digər yerlərə getmə müddətidir. Ona görə göstərici deyirəm ki, çünki qiymət artan kimi bunlar düzələcəyi çətin məsələdir. Nəhayət 4-cüsü təhlükəsizliyin təmin olunmasıdır. Çünki insanlar bəzi vaxtlarda avtobuslarda başqa yerdə zədələnirlər, travma alırlar və s. Bu da keyfiyyətin əsas göstəricilərindən biridir. İndi bizdə avtobuslarda o qədər çox təhlükə yoxdur.
Deməli avtobusun tutumundan istifadəsi, müntəzəmlik, insanların nəqliyyata sərf etdiyi vaxt və təhlükəsizlik məsələləri bir yerdə hərəsinin ayrıca əmsalları var. Qiymət artırılanda da bunların hər birinə ayrıca baxılmalıdır. Bunların hamısını düzəltmək üçün bu qiymət artımına görə mümkün deyil. Yalnız bu qiymət artımı avtobusların müəyyən qədər dəyişməsinə, parklarda müəyyən qədər xərclərin ödənilməsinə, sürücülərin maaşlarına və s. kömək edər. Amma buna kompleks yanaşılmalıdır. Mənim fikrimcə, bu qiymət artımı müəyyən qədər təsir edəcək. Amma böyük formada təsiri olmayacaq. Çünki müntəzəmliyi düzəltmək üçün tıxaclar aradan qaldırılmalıdır, həmin zolaqlar axıra qədər çəkilməlidir.
Bunun çox az faizi aradan qalxacaq. Tam düzəlməyəcək. Lakin indiki vəziyyətdə daha da geri gedirdi. Əgər qiymət artmasaydı, bu vəziyyət daha da pisləşəcəkdi. Bu nöqteyi-nəzərdən qiymətlərin artırılması vacib idi. Amma məsuliyyəti böyük olmalıdır. Nəqliyyat müəssisələrinin və bu işlə məşğul olanların məsuliyyəti böyük olmalıdır. Çünki gediş haqqı artdı və vətəndaşlar da gözləyir ki, qiymət artanda keyfiyyət artmalıdır, müəyyən qədər yaxşılaşma getməldir. Ona görə indi insanların tələbatı daha çox olacaq ki, ictimai nəqliyyatda 33 faiz qiymət artım oldusa, sizdə öz üzərinizə düşən vəzifəni yerinə yetirin. İndi onlar da müəyyən qədər bunu yerinə yetiricəklər.
Hazırda obyektiv səbəbləri olan məsələlər var. Yəni bəzi məsələlər nəqliyyatçıların işindən asılı deyil. Ona görə də bu, kompleks məsələdir. Bunları araşdırmaq və elmi cəhətdən analiz etmək lazımdır. Harada çətinliklər, nisbətən çatışmayan cəhətlər varsa onları düzəltmək lazımdır. Nəqliyyat sahəsində sabit və dəyişən xərclər deyilən anlayış var. Yəni biri var ki, ümumi əməkhaqqı, avtobusların alınması və s. Bir də var ki, sürücülərin əməkhaqqısı, yanacaq, istismar xərcləri, şinlərdir. Bunların hamısını ödəyəcəklər. Amma keyfiyyətli daşıma və sərnişinlərə keyfiyyətli xidmət üçün dediyim 4 göstərici dəyişdirilməlidir. Harada çatışmayan cəhətlər varsa bunlar bilinməlidir. Qiymət artısa və dediyim keyfiyyət məsələsi üçün də nəqliyyat işçiləri güclü çalışmalıdırlar".
Ekspert bildirib ki, metroda hər bir nəfərin gedişi üçün verilən ödənişin məbləği daha çoxdur:
Qeyd edək ki, bu gündən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir. Yeni tariflərə əsasən, metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olub.
Sosial şəbəkə hesablarından etdiyi paylaşımlarla böyük diqqət çəkən, xarici görünüşü qədər adı da fərqli və qeyri-adi olan Çelsi Baxşıyeva Milli.Az-a niyə açıq-saçıq, yarıçılpaq halda görüntülərini sosial mediada paylaşması barədə danışıb:
"Bunu etməyim müxtəlif səbəblərə əsaslanır, etdiklərimi müasirliklə əlaqələndirsələr də, açıq-saçıqlığımın səbəbi mənə görə özümü nümayiş etdirib, kişiləri qıcıqlandırmaqdan həzz almağımdır.
Buna təbii xarici görünüşə sahib olmağım əl verir. Onlar baxır və ciblərinə nəzərən əldə etmək çabasına düşürlər, düşünürlər ki, müəyyən məbləğ ilə bunu bacaracaqlar. İstəkləri həyata keçməyincə mənə qarşı kinlənirlər və mən bundan həzz alıram, xoşuma gəlir, bir sözlə məzə tuturam.
Sosial şəbəkədə mesaj yazanların sayı-hesabı yoxdur. Böyük əksəriyyəti eyni şeyi yazır - müəyyən məbləğ qarşılığında görüşməyimi istəyirlər. Rədd cavabı alanda isə acizləşirlər, məni "əxlaqsız" deyə adlandırırlar, əxlaq məfhumunu qadının 2 ayaqları arasında axtarırlar tamam axtarsınlar".