Bu il Azərbaycan banklarının kredit portfeli kəskin artıb – Mərkəzi Bank

Bank sisteminin kredit portfeli avqust ayında 1.6%, ümumilikdə 8 ayda isə 7.4% artıb. 

 Bu barədə Valyuta.az-a Mərkəzi Bankdan məlumat verilib. 

İstehlak kreditləri 12.9%, ipoteka kreditləri 12.2% artıb.

AMB bəyan edir ki, de-dollarlaşma meyilləri davam edir. Avqustda dollarlaşma fiziki şəxslərin depozitləri üzrə 44.7%-ə, kredit portfeli üzrə isə 26.8%-ə enib.

Qeyd edək ki, kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilmir. İnflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir.

Ömər Vəzirli

Mənbə:
0
571
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar