Qazax rayon Ürkməzli kənd sakinlərindən birinə məxsus evdə yanğın hadisəsi baş verib.
Trend-in məlumatına görə, həmin vaxt sərhəd döyüş məntəqəsinə su aparan Qazax əlahiddə sərhəd diviziyasına məxsus su maşını yanğın baş verən ərazidən keçərkən sakinlər suyun həmin əraziyə cəlb edilməsini xahiş ediblər.
Sərhədçilərimiz biganə qalmayaraq yanğının söndürülməsi üçün suyu vaxtında çatdırıblar və sakinlərin köməyi ilə yanğın söndürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə son bir ayda 50 minə yaxın e-arayış verilib.
Nazirlikdən Day.Az-а verilən məlumata görə, onlardan böyük hissəsini müavinət və təqaüd, pensiya təminatı, əlillik və iş yerinə, məşğulluğa dair arayışlar təşkil edib.
Son 5 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində Nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib.
Nazirliyin e-arayış xidmətləri vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.
Tanınmış prodüser Anar Mədətova ağır itki üz verib.
Day.Az azxəbər-ə istinadla bildirir ki, prodüserin anası professor Mahirə Mədətova bu gün dünyasını dəyişib.
Qeyd edək ki, vəfat edən şəxs həmçinin tanınmış futbolçu Mahir Mədətovun nənəsidir.
Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə ehtiyac yoxdur.
Trend xəbər verir ki, bunu cümə günü Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tranzitlə bağlı məsələlər həll olunub və Azərbaycan qazının Türkiyədən Balkan ölkələrinə nəqlinə hazırlıq gedir.
"Biz əlavə və ya yeni müqavilələr bağlamağa ehtiyac görmürük. Qaz tədarükü ilə bağlı müqavilələrimiz əvvəllər bağlanıb. Lakin Avropada enerji böhranı zamanı biz gördük ki, bu gün əlavə Azərbaycan qazına tələbat var. Bildiyiniz kimi, bu gün Azərbaycan təbii qazının Aİ-yə satışı ilə bağlı məsələlər öz həllini tapıb", - deyə Şahbazov əlavə edib.
Qeyd edək ki, bu gün Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına həsr olunmuş tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclasından sonra həmsədrlər Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun və Enerji məsələləri üzrə Avropa Komissarı Kadri Simsonun mətbuat üçün bəyanat yayıblar.
Bu barədə Day.Az-а Energetika Nazirliyindən məlumat veriblər.
Bəyanatda deyilir:
"Fevral ayının 3-də Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurasının 1-ci iclasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Tərəfdaşlıq uzunmüddətli enerji təhlükəsizliyi, dayanıqlılıq, təchizatın diversifikasiyası və yaşıl enerjiyə keçid gündəliyi üzrə əməkdaşlığın genişləndirilməsi kimi ümumi məqsədlərə xidmət edir.
İclasın həmsədrləri Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarını və onun Azərbaycan Respublikasından Avropaya etibarlı, rəqabətqabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini bildiriblər.
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun uğurla istismara verilməsi Avropada tədarükün diversifikasiyasını daha da dəstəkləyəcək mühüm hadisələrdən biridir. Həmsədrlər Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəklədiklərini bildirərək, bununla yeni enerji bazarları üçün potensial təchizat mənbəyinin yaranacağını bildiriblər. Həmçinin, tədarük zəncirlərində metan emissiyalarının azaldılması üçün zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.
İlk dəfə olaraq keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin iclası tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlərə yaşıl gündəlik üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparılması üçün gözəl fürsət yaradır. Bu platforma yaşıl enerji üzrə beynəlxalq əlaqələrin yaradılmasına və Azərbaycanın Avropa bazarları üçün yaşıl enerjinin təchizatçısına çevrilməsinə töhfə verəcək.
2022-ci il 18 iyul tarixində Bakı şəhərində imzalanmış "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" mövcud əməkdaşlığın genişləndirilməsi ilə yanaşı enerji keçidi, bərpa olunan enerji, enerji səmərəliliyi, bərpa olunan hidrogen sahələrində tərəfdaşlığın davamlı inkişafı üçün yeni imkanlar açacaq. Ötən ilin dekabr ayının 17-də Buxarest şəhərində imzalanmış "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in də böyük əhəmiyyətini qeyd edirik.
Həmsədrlər enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə mühüm töhfələr verən səmərəli dialoqun davam etdirilməsi əzmində olduqlarını vurğulayıblar".
Rumıniya Cənub Qaz Dəhlizinin gələcək inkişafında etibarlı tərəfdaşa çevriləcək.
Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxış edən Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku deyib.
"Rumıniyanın rəhbərlik səviyyəsində bu tədbirdə iştirakı ölkənin Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəklədiyini təsdiqləyir. Hazırda innovasiyalar və açıq dialoqa əsaslanmaqla bu kimi mühüm qaz nəqli infrastrukturunun inkişafı Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinin möhkəmlənməsində böyük əhəmiyyət kəsb edir. Bu vəziyyətdə Rumıniya Cənub Qaz Dəhlizinin gələcək inkişafında etibarlı tərəfdaşa çevriləcək", - o deyib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
Bu irimiqyaslı layihə enerji marşrutlarının və mənbələrinin diversifikasiyasına yönəlməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır. Layihənin dəyəri 45 milyard dollar proqnozlaşdırıldığı halda 33 milyard dollar təşkil edib.
Mən təbii qazın tədarükünü 40 faiz artırdığına görə Azərbaycan hökumətinə minnətdaram.
Trend xəbər verir ki, bunu cümə günü Avropa İttifaqının enerji komissarı Kadri Simson Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından qeyri-sabit olub.
"Lakin biz toplaşdıq, yollar axtarmağa başladıq və Azərbaycan bu məsələdə bizə çox kömək etdi. Mən Azərbaycan hökumətinə minnətdaram ki, təklifi 40 faiz artırdı. Təbii ki, başa düşürük ki, bütün bu işlər vaxt aparır, lakin Azərbaycan bu işləri tez həll etdi", o əlavə edib.
Qeyd edək ki, bu gün Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına həsr olunmuş tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.
Aİ Cənub Qaz Dəhlizinə investisiyalar cəlb etməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu cümə günü Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Azərbaycan 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə tədarüklərin həcmini 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Biz bu dəhlizə investisiya cəlb etməyi planlaşdırırıq və texniki baxımdan bu, çox səy tələb etmir, çünki artıq boru kəməri var , - deyə o əlavə edib.
Türkiyədə qaz qovşağı layihəsinin həyata keçirilməsi problem yaratmayacaq.
Trend xəbər verir ki, bunu cümə günü Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IX iclasının yekunlarına dair mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.
O qeyd edib ki, Azərbaycan Türkiyəyə ənənəvi qaz tədarükçüsüdür.
Xəbər yenilənəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qaliblərindən olan Hüseyn Mahmudov ilə görüşüb.
KOBİA-dan Day.Az-а bildirilib ki, görüşdə "Yüksəliş" müsabiqəsinin qalibini təbrik edən Orxan Məmmədov, gələcək fəaliyyətində ona uğurlar arzulayıb, mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olduğunu, onların mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini, proqram çərçivəsində qazandıqları təcrübənin çalışacaqları sahələrdə işin səmərəli təşkilində əhəmiyyətli olacağını vurğulayıb. KOBİA-nın İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və potensialını üzə çıxarmasına kömək edəcəyini bildirib.
2021-ci ildə layihənin idarəçi rəhbərlərindən biri olaraq 1-ci "Yüksəliş" müsabiqəsinin qalibi ilə də Mentorluq proqramında iştirak etdiyini xatırladan O.Məmmədov ötən müddət ərzində müsabiqə qalibi ilə effektiv idarəçilik, böhran menecmenti və digər istiqamətlərdə əməkdaşlıq edildiyini, onun müxtəlif görüş və tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi ilə də səmərəli əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.
Görüşdə müsabiqə qalibi Hüseyn Mahmudov 2-ci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində yeni bacarıqlara yiyələnmək istədiyini, KOBİA-nın İdarə Heyətinin sədrinin təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Növbəti, sayca 3-cü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
ACWA Power Azərbaycanda 1 GVt gücündə külək elektrik stansiyası tikəcək.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsindəEnergetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında "Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi", "Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib: "Bu gündən "ACWA Power" şirkəti ilə tərəfdaşlığımız ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir. Bu layihələr Azərbaycanın "yaşıl artım" ölkəsi və "yaşıl enerji" təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir. "ACWA Power" ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir".
Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırıb. Bu sərhəd-keçid məntəqəsi
Trend-in açıq mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan tərəfindən sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi İran şirkətinə həvalə olunub.
Belə ki, İranın "Tana Energy Management" şirkəti Ermənistan hökuməti tərəfindən keçirilən tenderin qalibi elan edilib. Artıq Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə adıçəkilən İran şirkəti arasında müqavilə imzalanıb. Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Yəni Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 18,5 milyon avro vəsait birbaşa olaraq İran şirkətinə verilir.
"Ermənistan-İran qardaşlığı"nın nəticəsi olaraq ayrılan 18,5 milyon avro vəsait qərbin sanksiyalar tətbiq etdiyi İran şirkətinə verilir. Aİ İran şirkətinin icra edəcəyi layihəni maliyyələşdirir.
Aydındır ki, maliyyə vəsaiti Ermənistan tərəfinə ayrılıb. Bununla belə, vəsaitin necə xərclənməsi, habelə təyinatı və kimə veriləcəyi layihəni maliyyələşdirən tərəflərlə razılaşdırılıb.
İndi isə Ermənistanın İranla olan qardaşlıq münasibətlərinə görə Aİ-nin vəsaitini İrana verməklə həm də onun sanksiyalardan yayınmasına köməklik göstərir.
Aİ ayrılan vəsaitin düzgün istifadə olunmadığını görə geni araşdırma aparmalı və bu vəsaitin İran şirkətinə necə verildiyini aydınlaşdılrmalıdır.
Əks halda belə anlaşılır ki, Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların heç bir anlamı yoxdur və Aİ özü Ermənistana görə bu sanksiyalara məhəl qoymur.
Ermənistan hökumətinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr ayları arasında Ermənistanla İran arasında ticarət dövriyyəsi 44% artaraq 638,4 milyon dollara çatıb. Halbuki 2022-ci ilin yanvar-sentyabr ayları arasında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 363.2 milyon dollar olub.
Yəni regionda İranla ən çox iqtisadi əməkdaşlıq edən, ticarət dövriyyəsinə malik ölkə də Ermənistandır. İndi isə Ermənistan elə qərbin pulları ilə də İranla əməkdaşlıq edir. Aİ isə bu məsələdən ya xəbərsiz qalıb, ya da kimlərsə bunu görməzdən gəlir.
Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır.
Trend-in məlumatına görə bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld sosial media hesabında deyib.
"Britaniya Azərbaycanın enerji sahəsində əsas tərəfdaşlardan biridir. Rusiaya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təminatında Azərbaycanın, həmçinin, Cənub Qaz Dəhlizinin əhəmiyyətli rolu var", - deyə o bildirilib.
Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilib.
Serbiya yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında deyib.
"Serbiya enerji təhlükəsizliyini və iqtisadi inkişafı dəstəkləyən bu böyük zəncirin bir hissəsi olmağa çalışır. Ölkə Cənub Qaz Dəhlizinə qoşulmaqla öz təchizat marşrutlarını diversifikasiya edir", - o deyib.
Nazirin sözlərinə görə, Azərbaycan Serbiyanın illik qaz ehtiyacının üçdə birini təmin etməklə diversifikasiya siyasəti baxımından əsas tərəfdaşlardan birinə çevrilə bilər.
"Tədarük şərtləri Serbiya istiqamətində 1,8 milyard kubmetr ötürücülük qabiliyyətinə malik qaz interkonnektorunun inşası ilə paralel şəkildə aparılır. İnterkonnektorun inşasını bu ilin payızınadək tamamlamağı planlayırıq. Yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü almağı proqnozlaşdırırıq, lakin bu, həm də əlaqədar bütün tərəflər arasında danışıqların sürətindən asılıdır və biz maksimal effektivliyə nail olacağımıza çox ümid edirik", - o qeyd edib.
Fevralın 1-də Bolqarıstan interkonnektorun tikintisinin başlandığını açıqlayıb. Serbiya bu interkonnektor vasitəsilə Azərbaycan qazını əldə edəcək. Bolqarıstanda Novi-İskardan keçərək Serbiyada Niş şəhərinə qədər uzanan boru kəmərinin istismara verilməsi planlaşdırılır. Bolqarıstan 2023-cü ilin oktyabr ayının sonunadək öz ərazisində 62 km uzunluqda interkonnektorun inşasını tamamlamağı planlaşdırır, Serbiya ərazisindən keçəcək interkonnektorun da payızadək hazır olacağı gözlənilir.
Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
Bu irimiqyaslı layihə enerji marşrutlarının və mənbələrinin diversifikasiyasına yönəlməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır. Layihənin dəyəri 45 milyard dollar proqnozlaşdırıldığı halda 33 milyard dollar təşkil edib. CQD layihəsinin kapital xərclərini 8-10 il ərzində gəlirləri hesabına tamamilə qarşılayacağı gözlənilir.
Azərbaycandan Avropaya yaşıl enerji təchizatı layihəsi çərçivəsində işçi qrupu yaradılıb.
Trend xəbər verir ki, bunu cümə günü Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Xəbər yenilənəcək
Energetika Nazirliyi və ACWA Power ümumi gücü 2,5 QVt olan külək enerjisi və enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıb.
Bu barədə Day.Az-а Energetika Nazirliyindən məlumat verilib.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsindəEnergetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında "Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi", "Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib: "Bu gündən "ACWA Power" şirkəti ilə tərəfdaşlığımız ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir. Bu layihələr Azərbaycanın "yaşıl artım" ölkəsi və "yaşıl enerji" təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir. "ACWA Power" ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir."
"ACWA Power" şirkətinin sədri Mohammad Abunayyan bildirib: "Azərbaycan müdrik və uzaqgörən rəhbərlik altında daha təmiz, daha davamlı gələcəyə doğru irəlilləyir. Biz "ACWA Power" şirkəti olaraq azərbaycanlı tərəfdaşlarımızla olan münasibətlərimizi yüksək qiymətləndiririk və bu gün yeni sazişlərin imzalanması ilə ölkənin enerji transformasiyasının sürətləndirilməsində rolumuzu genişləndirməkdən məmnunuq."
Qeyd edək ki, hazırda "ACWA Power" şirkəti ilə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşası üzrə əməkdaşlıq edilir.
Soğanın Azərbaycandan ixrac edilməsinə məhdudiyyət qoyulub.
Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.
Qeyd edilib ki, baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilib.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, 2022-ci ilin dekabr ayı və cari ilin yanvar ayında soğanın qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə ən maksimum həddə (0,70 AZN/kq) yüksəlib.
İon-Adriatik boru kəməri (IAP) layihəsinin reallaşdırılması təkcə Monteneqroya deyil, bütün dünyaya fayda gətirəcək.
Onun sözlərinə görə, Monteneqro qonşu ölkələrin enerji sistemlərinə qoşulmaq istiqamətində çalışır.
"Yaşıl enerjinin nəqli ilə bağlı Sazişə və Avropa İttifaqının enerji siyasətinə əsasən biz yaşıl enerjiyə keçid, dekarbonizasiya, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılmasına sadiqik. Biz yeni obyektlər inşa etmək hesabına enerji şəbəkələrimizi inkişaf etdirməyi planlaşdırırıq", - Ervin İbrahimoviç əlavə edib.
Nəzərdə tutulan İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.
516 km uzunluğa malik boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada bitəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz olacaq.
TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb
TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.
Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti artıb.
"Azərbaycanda təbii qaz hasilatının artırılması Macarıstan və Mərkəzi Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynaya bilər. Lakin bunun üçün Avropa İttifaqının da dəstəyi ilə infrastrukturun inkişafı tələb olunur. Avropa dövlətləri bu istiqamətdə işləri davam etdirir. Biz macarlar Azərbaycan qazının ən qısa zamanda Macarıstanın enerji təhlükəsizliyinə töhfə verəcəyinə ümid edirik",- deyə nazir qeyd edib.
Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.
Ağır xəsarət alan M.Allahverdiyev xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.
"Azadlıq" radiosunun məlumatına görə, saxlanılan Samir Qarayev Nizami RPİ-nin 24-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.
Səhiyyə Nazirliyində Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri, professor Gürkan Uncunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Day.Az-a verilən məlumata görə, qonaqlarla Nazirlikdə görüşdən məmnunluğunu bildirən Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də ölkələrimiz arasında əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırdı: "Səhiyyə nazirlikləri arasında rəsmi münasibətlərin qurulması müasir Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərinə təsadüf edir. Əməkdaşlığın hüquqi bazası 1994-cü ildə 9 fevralda nazirliklər arasında imzalanmış "Səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu" ilə formalaşıb. Əməkdaşlıq əlaqələri sonradan daha üst səviyyəyə qaldırılaraq "Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" çərçivəsində davam etdirilib".
Öz çıxışında nazir vurğuladı ki, Azərbaycanda uşaqların sağlamlığı prioritet məsələdir: "Ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində ardıcıl və davamlı tədbirlər görülür. 2006-cı ildən başlayaraq indiyədək ana və uşaqlarının sağlamlığı səhiyyənin prioritet məsələlərindən birinə çevrilib. Həmin vaxtdan indiyədək bir-birinin ardınca bu sahədə bir neçə Dövlət Proqramı və qanunvericilik aktları qəbul edilib".
Azərbaycan səhiyyə naziri, həmçinin ötən ilin oktyabr ayında İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresini xatırladıb: "Konqres çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri ilə bəzi mühüm məsələləri müzakirə etdik. Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti bir neçəmühüm təkliflər irəli sürüb. Bunlardan biri də "TDT ölkələrinin Vahid tibb təhsili standartlarının yaradılması" və bu təkliflər Təşkilata üzv ölkələrin səhiyyə nazirləri tərəfindən müsbət qiymətləndirilib".
Çıxışının sonunda Teymur Musayev Səhiyyə Nazirliyinin Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyası ilə əməkdaşlığının yeni müstəviyə qaldırılmasında maraqlı olduğunu qeyd edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən professor Gürkan Uncu Bakıda təşkil olunan "Azərbaycan-Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Konqresi"nin gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirələr apardılar.