Şəkidə çörək sexinin müdirini cərəyan vuraraq öldürüb

Şəkidə çörək sexinin müdiri faciəli şəkildə ölüb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Cəyirli kəndi ərazisində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Ramin Asim oğlu Talıbovu özünə məxsus çörək sexində elektrik cərəyanı vurub. R. Talıbov aldığı elektroşok xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə:
0
1023
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar