DƏRDLİLƏRİN HƏMDƏMİ...-Vüqar Əhməd

DƏRDLİLƏRİN HƏMDƏMİ...

 

Gözəl ziyalımız, yazar,mayor qardaşım

H.Elşada ithaf...

 

Sevinən görəndə sən də sevindin,

Lal fəryad görəndə danışdın, dindin,

Ağlayan gözlərdən göz yaşı sildin,

Dərdliyə həmdəmsən,dərdsizdən uzaq.

 

Bütün insanlara xoş gün dilədin,

" Can" - eşitməsən də, fəqət " can" dedin,

Harda soydaş gördün, onu " mən" bildin,

Bütün çarəsizlər qəlbində qonaq.

 

Kin- küdurət səndən uzaqdır, şükür,

Gözlər şəhidlərə göz yaşı tökür,

Gözlərin  Şuşaya sanki yol çəkir,

Göz  yaşı görməsin nə göz, nə yanaq.

 

Bağlısan dövlətə, millətə, elə,

Şöhrətin düşübdür dillərdən- dilə,

Qələmin bənzəyir ətirli gülə,

Arzumdur, qalasan daim bu sayaq.

 

Adın Elşad, el şad olur sözündən,

Nur tokülür sifətindən, gözündən,

Muğayat ol qardaş, özün- özündən,

Vüqar Əhməd sənə əbədi dayaq.

Vüqar Əhməd

29.08.2021

Mənbə:
0
635
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar