Elbrusa qalxan alpinist həlak oldu

Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən çətin vəziyyətlə üzləş 19 nəfərdən ibarət alpinist qrupunun 1 üzvü həlak olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

5400 metr yüksəklikdə olan alpinistlər rabitə əlaqəsinə çıxaraq kömək istəyiblər. Yüksəklikdə küləyin sürəti 40 m/s olub. Temperatur -20 dərəcəyə düşüb.

Dərhal xilasedici qrupu əraziyə cəlb edilib. Axtarış zamanı tapılan 4 nəfərdən birinin öldüyü bildirilib.

İlkin məlumata görə, qrup üzvlərindən bir nəfər ayağından zədə alıb.

Mənbə:
0
1338
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar