Eldar Həsənov məhkəmədə huşunu itirdi - "Mən o qədər də zalım adam deyiləm..."


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun işi üzrə növbəti proses başlayıb. 

Prosesdə çıxış edən müdafiə tərəfi Eldar Həsənovun səhhətinin pis olduğunu və məhkəmənin təxirə salınmasını istəsə də, hakim Əfqan Hacıyev bununla razılaşmayıb.

Prosesin ilk dəqiqələrindəcə Eldar Həsənov huşunu itirib. Təcili Tibbi Yardım Xidmətinin həkimləri məhkəmənin dəhlizində Eldar Həsənova süni oksigen verərək, sistem köçürüb.

Foyedə xərəkdə uzadılan Eldar Həsənova yaxınlaşan hakim Əfqan Hacıyev “Mən o qədər də zalım adam deyiləm” deyə üzrxahlıq edib. (gununsesi.info)

Mənbə:
0
65
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar