• Şikayət et

Gəldi, “Neftçi”də “100” vurdu

Voyislav Stankoviç “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçinin yubileyi Premyer Liqanın 8-ci turunda gerçəkləşib.

“Qarabağ”la səfərdəki Azərbaycan derbisi Stankoviç üçün 100-cü matçla əlamətdar olub. O, bu görüşlərdə 6 qola imza atıb.

35 yaşlı müdafiəçi həm də Premyer Liqada 75-ci dəfə “ağ-qaralar”ın formasını geyinib. O, 5 qolunu çempionatda vurub. Stankoviç avrokuboklarda 18, ölkə kubokunda 7 (1 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.

Voyislav 2019-cu ilin yayından “ağ qaralar”ın heyətində çıxış edir.

Mənbə:
0
128
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar