Goranboyda vətəndaş dövlət başçısına müraciət ünvanladı - Quşçular kənd sakininin su problemi öz həllini tapdı

Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatinin yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən, yerlərdə vətəndaşların ehtiyacı olan su problemlərinin həlli davam etdirilir. Goranboy rayon Quşçular kənd sakini Əli Quliyevin Dövlət başçısına ünvanladığı məktub da bu baxımdan öz həllini tapıb.

Goranboy rayonunun Quşcular kənd sakini, Qarabağ əlili Əli Quliyevin Dövlət başçısına ünvanladığı şikayət məktubu öz həllini tapıb. Belə ki, kənd sakini 4 hektar yarım pay torpağını suvarmaq üçün su ilə təmin olunmayıb və əkdiyi yoncanı suvara bilməyib. Nəticədə məhsulunun tələf olması problemi ilə üz-üzə qalıb. Məsələnin həlli üçün yerli qurumlara müraciət etsə də, su problemi öz həllini tapmayıb. Sonda Əli Quliyev Dövlət başçısına müraciət edib.

Əli Quliyev - Quşçular kənd sakini

Şikayətim ondan ibarət idi ki, mənim əkinim fevral ayından bəri sulanmırdı. Pandemiya, bu xəstəliklə də əlaqədar başçımız özü də xəstələndi. Camaatın toplaşmaması üçün qəbul da olmadı, mən şikayətimi başçıya edə bilmədim. Ona görə də mən məcbur oldum aidiyyəti orqanlara, hətta prezidentimizə şikayət məktubu yazdım.

Bundan sonra vətəndaşın şikayətinə baxılıb, və problemi yerində həll olunub.

Əli Quliyev - Quşçular kənd sakini

Çox sağ olsunlar ki, operativ şəkildə mənim şikayətimə baxıldı. Və su verildi. İndi mən də heyvan saxlayıram, təsərrüfat, yonca əkmişəm, Allahın köməkliyi ilə qışı çıxardacağıq.

Məsələnin həllində bilavasitə iştirakı olan Goranboy rayon Quşçuylar kənd İcra Nümayəndəsi Seymur Namazov bildirdi ki, hazırda burada 24 ailənin istifadəsində 38 hektar pay torpaqları var ki, onun da suvarma probleminin həlli üçün kənd camaatının 2 artezian quyusuna ehtiyacı var. Hələlik isə Əli Quliyevin məsələsi öz həllini tapıb.

Seymur Namazov- Goranboy rayon Quşçular kəndinin icra nümayəndəsi

Əli dayının 5 hektar, 4 hektar yarımı sulamaq üçün köməklik göstərilməli idi, yubandı, indi bir az məhsulu batdı, ziyannığı oldu, Əli dayı da müraciət elədi cənab prezidentimizə, lazım olan orqanlara. 01-01 Sağ olsunlar, reaksiya verildi, sulandı, bu günkü gün hər şey qaydasındadır.

Əli Quliyev müraciətinə operativ baxıldığı üçün Dövlət başçısına minnətdarlığını bildirdi.

Əli Quliyev - Quşçular kənd sakini

Prezidentimizə təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm, mənim şikayətimə baxdığı üçün əziyyət çəkib gəldiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm.

atv.az

Mənbə:
0
1111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar