Gözaltı torbaları evdə də yox edə bilərsiniz

Gözaltı torbalar hər bir insanı narahat edən problemdir. Yaranmasına bir çox amillər səbəb olur. Ən çox isə yuxusuzluq gözaltı torbaları yaradır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yorğun olmaq, çox kofeyin tərkibli qidalar yemək gözalti torbalar yaradır.

Bəzi hallarda isə gözaltı torbaların, qaralığın səbəbi irsi olur. Səhhətinizdə hansısa bir problem buna gətirib çıxarar.

Gözünüzün altına sərin kompres edin. Təmiz bir parçanı soyuq su ilə isladıb, göz altında saxlayın.

Yatmazdan əvvəl maye qəbul etməyin. Qidanızdakı duzu azaldın.

Siqaret çəkməyin, yetəri qədər yatın. Gün ərzində 7-9 saat yatmağa üstünlük verin.

Başınızın altına çox hündür və çox alçaq olmayan yastıq qoyun. Alçaq yastıqdan uzaq olun. Bu bədəninizdəki mayenin göz ətrafında yığılmasına gətirib çıxaracaq.

Allergiyanızı artıracaq vasitələrdən uzaq olun. Saç boyaları, sabunlar, kosmetik vasitələrinizdə sizə allergiya verən kimyəvi maddələrin olmamasına baxın.

Çayı dəmləyib, gözünüzün altına kompres qoyun. çalışın kimyəvi qatqısı az olan çaydan istifadə edəsiniz. Çay paketini buzluqda dondurub istifadə etsəniz daha yaxşı olar.

Xiyarı soyuducuda saxlayıb onunla da gözaltına maska edə bilərsiniz. Xiyar dilimini gözünüzün altına qoyub 20-30 dəqiqə saxlayın.

Hər gecə yatmazdan əvvəl üzünüzü yuyun. Heç vaxt makiyajla yatmayın. C vitamini qəbulunu artırın. Portağal, qırmızı bibər, kələm, brokolli, çiyələk tərkibində C vitamini olan qidalardır.

Dəmir əskikliyi də gözətrafı torbalara, qaralmalara səbəb olur. Dəniz məhsulları, qırmızı ət, lobya, ispanaq, quru üzüm, ərik qurusu, taxıl bitkilər yeyin.

Mənbə:
0
435
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar