• Şikayət et

HADİSƏ - İran komandası Azərbaycanla oyuna gəlmədi

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti rəqibinə texniki məğlubiyyət verilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir. Görüş baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma avqustun 12-də Mərakeşlə qarşılaşacaq.

Mənbə:
0
312
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar