Hoteldə dostunu ziyarət etmək istəyən şəxs mühafizəçi ilə əlbəyaxa - VİDEO

İstanbulun Kağıthane məhəlləsində yerləşən hotellərin birində mühafizəçi ilə qonaq arasında əlbəyaxa dava olub.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, hotelə gələn şəxs dostunu ziyarət etmək istədiyini deyib.

Mühafizəçi isə onun mütləq qeydiyyatdan keçməli olduğunu söyləyib, əks təqdirdə onun hotelin daxilinə buraxılmayacağı barədə xəbərdarlıq edib.

Nəticədə tərəflər arasındakı mübahisə dava ilə bitib.


BiG.Az
Mənbə:
0
80
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar