Lənkəranda şəhid ailələri ziyarət olunub - - (AZpress.AZ –A.Babayev +FOTO=25)

Lənkəranda şəhid ailələri ziyarət olunub - - (AZpress.AZ –A.Babayev +FOTO=25)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonundakı Osakücə kənd məscidi dini icmasının layihəsi əsasında Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarətlər davam etdirilir.

Azpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Lənkəran rayonunun Gəgiran kəndindəki şəhidlər Rasim Mirzəyev, Qalib Nurizadə, Baloğlan Əhədli, Cil kəndində Heydər Qənbərzadə, Araz Həbibov, Velədi kəndində Samir Quliyevin ailəsi ilə görüş keçirilib, onlara Qurani-Kərim və müxtəlif hədiyyələr təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub.
Keçirilən görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Gəgiran kənd tam orta məktəbinin direktoru Ziyafəddin Cavadov, Cil kənd məscidi dini icmasının sədri Əliəşrəf Əliyev, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Gəgiran kənd məscidi dini icmasının sədri Nəsir Rəcəbov və Velədi kənd məscidi dini icmasının sədri Ramin Mehrəliyev iştirak ediblər.

Mənbə:
0
134
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar