CİNAYƏT İŞİ
Qısa arayış...
1998-ci il aprel ayında Bakı şəhəri S.Əsgərova küçəsi, 117 ünvanında yerləşən Bakı Balıq Hisləmə zavodunun 2 saylı sexində qətl hadisəsi olub. Zavodun hazır məhsullar anbarında olan soyuducuda ayaqları qapı tərəfə, başı əks istiqamətdə, qara rəngli polietilen torbada kişi meyiti aşkar edilib. Meyitə baxış zamanı məlum olub ki, qətlə yetirilən şəxs Masallı rayonunda anadan olan 1953-cü il təvəllüdlü Mübariz Rəsulovdur.
Faktla bağlı həmin il avqust ayında Nəsimi rayon Prokurorluğunda şübhəli şəxs Elnur Abbasov barəsində köhnə Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 109-cu (zorlama) maddəsi və hazırda qüvvədə olan 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi açılıb. Ancaq E. Abbasov gizləndiyi üçün onu istintaqa təhvil vermək mümkün olmayıb.
2022-ci il fevralın 25-də Baş Prokurorluğun yaydığı məlumata görə, 2019-cu il fevralın 12-də Şirvan şəhər Polis Şöbəsindən daxil olan məktubdan görünüb ki, Rusiyanın Voloqda vilayəti üzrə İslah koloniyasında Yaşar Yaqubovdan izahat alınıb. İzahatda həmin şəxs başqa adla cəza çəkdiyini göstərib. Əsl ad-soyadı Elnur Abbasovdur. 1979-cu ildə Şirvan şəhərində anadan olub. 1998-ci ildə Bakıda qətl törədib. 2-3 ay Azərbaycanda gizlənib. Şirvanda bərbərxanada olanda 1983-cü il təvəllüdlü Yaqubov Yaşar Yaqubcan oğlunun adına doğum haqqında şəhadətnamə tapıb və sərhədi keçərək, Rusiya ərazisində yaşayıb. Həmin il cinayət işi üzrə icraat təzələnib. Məlum olub ki, 2017-ci ildə Elnur Abbasov Sankt-Peterburq şəhəri, Petroqrad rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə RF CM-nin 162-ci (quldurluq) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.
İstintaq fotosu
2022-ci il fevralın 24-də Elnur Abbasov Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, aprelin 22-də Elnur Abbasov qeyri-rəsmi mühafizəçi işlədiyi Balıq Hisləmə zavodunun 2 saylı sexində usta Mübariz Rəsulova, iş yerinə yüngül həyat tərzi keçirən qadınlar gətirdiyi üçün ona iradını bildirib. Aralarında yaranmış sözlü mübahisə əlbəyaxa davaya keçib. Mübariz Rəsulov masanın üzərindən götürdüyü bıçaqla Elnura yüngül dərəcəli xəsarət yetirdikdə, Elnur Abbasov otaqdan çıxıb, digər otağa qaçıb və ordan kustar üsulla hazırlanmış bıçağı götürüb. Arxasınca gələn Mübariz Rəsulovun qarın nahiyəsinə çoxsaylı zərbələr vuraraq, onu yerə yıxıb. Ardınca, yerdə uzanıqlı vəziyyətdə olan Rəsulovun döş və qarnına zərbələr endirib. Elnur Abbasov əlindəki bıçaq yerə düşəndə, Mübariz Rəsulovun əlindəki bıçağı götürərək, onun başına və üzünə xəsarətlər yetirib. Bu hərəkəti ilə zərərçəkmişi qəsdən, xüsusi amansızlıqla öldürüb. Daha sonra törətdiyi cinayətin izini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək, meyitini torbaya yerləşdirib və sexdəki soyuducuya qoyaraq, gizlədib.
Hadisə olan zavod
İş üzrə dindirilmiş Elnur Abbasov bildirib ki, 1998-ci ilin fevral ayında tanışı Anar Əliyevin vasitəsi ilə onun dayısı Mübariz Rəsulovun işlədiyi Balıq Hisləmə zavodunda mühafizəçi kimi çalışmağa başlayıb. Onun konkret iş saatı olmayıb, gün ərzində sexdə olub, gecə də orda otaqda qalıb:
“Mübariz Rəsulov yeyib içən, zarafatcıl insan idi. Aprelin 22-i səhər saat 11 radələrində darvazanı açanda Mübarizlə 30-35 yaşlı qadın sexə daxil olaraq, otağa keçdilər. 1 saatdan sonra Mübariz otaqdan çıxanda, ona hər dəfə zavoda bir qızla gəldiyini, ətrafda yaşayış evləri olduğunu və camaatın narazılıq etdiyini dedim. Mənim və sakinlərin ünvanına nalayiq ifadələr işlədəndə, mən də onu söydüm. Rəsulov üzərimə gələndə, cəld sağ əlimlə üzünə yumruqla vurdum. Mübariz otaqdakı bıçaq götürüb yuxarıdan aşağı zərbə vurmaq istəyəndə əlimi qabağa verdim və sol qolumdan xəsarət aldım. Otaqdan çıxıb qaçdım. Əlüzyuyanın yanında, balıq soymaq üçün istifadə olunan bıçağı götürdüm. Arxasınca əlində bıçaqla gələn Mübarizə tərəf çevrildim. Qarınına bir neçə dəfə zərbə vurdum. Onunla yanaşı yıxılaraq, zərbələr vurmaqda davam etdim. Yerdə süpürləşəndə Mübariz əlindəki bıçaqla sağ döş nahiyəmə xəsarət yetirdi. Mübarizin bıçaq olan əlindən tutdum, öz bıçağımla başına və boynuna çoxsaylı zərbələr endirdim”.
Hadisə olan ərazi
Hər ikisinin əlində olan bıçaqlar yerə düşüb. Mübarizin bıçağı Elnura yaxın olduğu üçün götürüb ona axırıncı zərbələri vurub:
“Qanın içində olan Mübarizin artıq öldüyünü gördüm. Sexdən əski parçaları tapıb yaramı sarıdım. Mübarizin meyitini torbaya salıb böyük soyuducuya qoydum və qapını bağladım. Mübarizlə gələn Mətanət adlı qadın uşaqlarının olmasını söyləyərək, onu öldürməməyimi xahiş etdi. Həmin qadını öldürmək fikrim yox idi. Ona heç kimə heç nə deməməsini tapşırdım. Sonra Mətanət sexdən çıxıb getdi. Qan olan yerləri yudum. Paltarımı dəyişdim, qanlı paltarlarımı zibil yeşiyinə atdım. Bıçaqları əlüzyuyanın yanına qoydum”.
Mübariz Rəsulovun meyiti
Gecə saat 1 radələrində zavodun zəngi çalınıb. Qapını açanda Anar Gözəlovun gəldiyini görüb. Anar arada gecələr gəlib, onunla qalıb:
“Ona Mübarizi öldürməyimi danışaraq, meyitini zavoddan çıxarmaqda köməklik göstərməsini istədim. Amma Anar bundan imtina edərək, qorxusundan çıxıb getdi. Səhər saat 7 radələrində paltarlarımı yığıb, zavoddan çıxanda iş yoldaşım Mövlan Ağayev gəldi. Əli-Bayramlı şəhərinə yollandım. Ailə üzvlərimə adam öldürməyimlə bağlı heç nə demədim. Bir-iki gündən sonra Bakıya qayıtdım. Mübarizin meyiti hələ tapılmamışdı. Müstəntiqə onun itkin düşməsi ilə bağlı izahat verdim. Tanışlarımdan Anar Gözəlovun tutulduğunu eşidəndə qorxub yenidən Əli-Bayramlıya getdim. Həmin ilin iyun ayında orda xatırlamadığım kişi salonunda ad-soyadı Yaşar Yaqubova aid doğum haqqında şəhadətnamə tapdım. Qatarla Moskva şəhərinə getdi, orda Yaşar adlı şəxsin sənədi ilə yaşamağa başladım. Yaşar Yaqubovu heç vaxt görməmişəm”.
Elnur Abbasov əlavə edib ki, aprelin 22-də Mübariz Rəsulovun arvadı iş yerinə zəng edib, yoldaşını soruşub. O da Mübarizin zavoda gəlib-getdiyini deyib. Çünki Rəsulov həmin vaxt başqa otaqda qadınla olub və evdən zəng gəlsə, onun işdə olmadığını söyləməsini tapşırıb. Anar Gözəlov meyiti görməyib. Elnur ona təklif edib ki, benzin alıb cəsədi yandırsınlar. Lakin Anar onunla razılaşmayıb. E. Abbasov törətdiyi əməldən peşimandır.
İstintaq fotosu
Zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Rəsulova ifadəsində göstərib ki, 1990-cı ildə Mübariz Rəsulovla ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib:
“Ərim Bakı Balıq Hisləmə Zavodunda usta işləyirdi. 1998-ci il aprelin 22-də Mübariz saat 16 radələrində işə getdi. Həmin gündən də evə qayıtmadı. 2 dəfə iş yerinə zəng edəndə Elnur adlı mühafizəçi Mübarizin sexdə olmadığını bildirdi. Səhərisi gün zavoda zəng edəndə Mövlan adlı mühafizəçi yoldaşımın işə gəlmədiyini dedi. Aprelin 26-da Mübarizin bıçaq xəsarətləri olan meyiti işlədiyi sexin soyuducusunda aşkar edilib. Onun qətlinə görə tutulan Anar Gözəlov bir müddətdən sonra azad edilib. Mübariz hadisədən 10 gün əvvəl mal almaq üçün evdən 4000 dollar pul götürmüşdü. Evdən çıxan gün üzərində nə gədər pul olmasını dəqiq bilmirəm. Lakin barmağında qızıl üzüyü var idi. Ərimi Elnur Abbasov tək öldürməyib”.
Şahid Mətanət Səfərova ifadələsində göstərib ki, Mübariz Rəsulovla 1998-ci ilin aprel ayında tanış olub:
“Aprelin 22-də axşam şəhərdə görüşüb onun iş yerinə getdik. Otaqların birində onunla intim əlaqədə oldum. Çölə çıxıb yerdə qan ləkələrini görüb bərk qorxdum. Əlində bıçaq olan Elnur adlı mühafizəçi məni öldürəcəyini bildirəndə, uşaqlarımın şəklini göstərib, ona yalvardım. Həmin şəxsin mənə təqdim olunan Elnur Abbasov olmasını əminliklə söyləyə bilmirəm. Hadisədən uzun müddət keçdiyindən məni hədələyən şəxsin əlamətlərini xatırlamıram. Həmin gün Mübariz Rəsulovdan başqa heç kimlə cinsi əlaqədə olmamışam. Elnurun Mübarizi bıçaqla vurmasını görməmişəm”.
Mübarizin meyiti
Şahid Anar Gözəlov bildirib ki, dostu Anar Əliyevin köməkliyi ilə onun dayısı Mübariz Rəsulovun işlədiyi zavodda fəhlə kimi çalışıb:
“O vaxt Bədən Tərbiyə İdman Akademiyasının 2-ci kursunda oxuyurdum. Saat 2-də dərslərim qurtarandan sonra işə gedirdim. Aprelin 22-də Elnur Abbasov Mübariz Rəsulovu öldürdüyünü deyib meyiti gizlətməkdə ona köməklik etməyimi xahiş etdi. Elnura məni bu işə qatmamasını, ən yaxşısı gedib polisə təslim olmasını bildirdim. Meyiti, həmçinin sexdə Mətanət adlı qadını görməmişəm. Qorxduğumdan çıxıb evə getdim. Bu barədə heç kimə heç nə demədim. 4-5 gündən sonra məni 21-ci bölməyə apardılar və orda ifadə verdim ki, guya Mübariz Rəsulovu mən qətlə yetirmişəm. Lakin istintaqda bu sübuta yetirilmədi. Cinayəti bilib gizlətməyimə görə məsuliyyətə cəlb olundum”.
Şahid Mövlan Ağayev bildirib ki, aprelin 24-də Mübariz Rəsulovun Təyyar və Yusif adlı dayıları işlədiyi zavoda gəlib, Mübarizin yoxa çıxdığını deyiblər:
“Bir müddətdən sonra 21-ci bölmənin əməkdaşları gələrək, əraziyə baxış keçirdilər. Qapı açarla bağlı olduğu üçün soyuducunun içinə baxa bilmədilər. Səhərisi gün Elnur Abbasov da yoxa çıxdı. Ayın 26-da polis əməkdaşları yenə də zavoda gələrək, soyuducunu açmaq lazım olduğunu bildirdilər. Köməkləşib, soyuducunun qıfılını kəsəndə, torbanın içində buzlanmış vəziyyətdə Mübarizin meyiti aşkar olundu”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə Elnur Abbasov 13 il müddətinə azadlıqdan məhrum olunub.
Paytaxtın bəzi yollarında tıxac müşahidə olunur, avtobuslar gecikir.
Vahid Dispetçer Xidmətindən Lent.az-a verilən xəbərə görə, Qara Qarayev prospektində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.
Bu səbəbdən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmələr var.
Avstraliyanın Tasmaniya adasında evli cütlük qəbiristanlıqda cinsi əlaqəyə girdiyi və bir sıra digər qanunsuz hərəkətlər etdiyi üçün həbs edilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 57 yaşlı qadın və 54 yaşlı kişi Kressidə şəhərindəki anqlikan qəbiristanlığında çəkdikləri videolar internetdə yayılmağa başlayandan sonra saxlanılıblar. Görüntülərdə cütlüyün 1983-cü ildə dünyasını dəyişən rəssam Devid Hemmond Çepmanın məzarı üstündə cinsi əlaqədə olduğu əks olunub. Videolardan birində cütlük balıqdan da istifadə edib.
Nəticədə polis kişi və qadını vəhşilikdə və qəbiristanlıqda qadağan olunmuş hərəkətlər etməkdə ittiham edib. Onlar məhkəmə qarşısına çıxarılacaqlar.
Bildirilir ki, yerli qanunlara görə bu cür materialların hazırlanması və yayılmasına görə cütlük iki ilədək həbs oluna bilərlər. Bundan əlavə, bu cür materiallara sahib olduqlarına görə onlar bir il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
Ağız quruluğunun səbəbləri insandan insana dəyişə bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şəkərli diabet xəstəliyi və bəzi dərmanlar da ağız quruluğuna səbəb ola bilər.
Ağızda quruluq tez-tez müəyyən dərmanların təsiri nəticəsində yarana bilər. Ağızda quruluğun yaranmasının müxtəlif səbəbləri var:
1. Siqaret və tütün məmulatlarının istifadəsi
2. Alkoqol istehlakı
3. Kimyaterapiya və radioterapiya kimi xərçəng müalicəsi
4. HİV kimi yoluxucu xəstəliklər
5. Diabet
6. Alzheimer və Parkinson kimi xəstəliklər
7. Bədəndə maye itkisi
8. Depressiya
Bəs, ağızda quruluğun yaranmasının əlamətləri nələrdir?
1. Tez-tez susuzluq
2. Dodaqların çatlaması
3. Ağızda yapışqanlıq hissi
4. Dildə qaşınma hissi
5. Çeynəmək, dadmaq və udmaqda çətinlik
6. Nitq problemləri
7. Boğuqluq
Məşhur aktyor Burak Denizlə qısqanclıq səbəbindən ayrılan türkiyəli model Didem Soydan imicini təzələyib.
Lent.az xəbər verir ki, peşəsinə görə tez-tez görünüşündə dəyişiklik edən Didem saçlarını tünd rəngdən yenidən sarı rəngə boyatdırıb.
Model yeni imicini “Instagram” hesabında paylaşıb. Paylaşıma 18 minə yaxın bəyənmə və xeyli şərh gəlib.
Malayziyalı kiberidmançı Yonq Mercury Şi Çji sosial mediada fırıldaqlardan istifadə etməkdə günahlandırılıb.
İnternetdə oyunların birində Mercury kamerasının yerinin kəskin şəkildə dəyişdiyi video fraqment peyda olub.
Əlavə edək ki, Şi Çji Cənub-Şərqi Asiyanın ikinci divizionunda çıxış edən Malayziyanın “Team Flow” klubunda oynayır.
İşdən sonra porno aktyor kimi işləyən polis məmuru işdən azad edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kristian adlı amerikalı polis üç ildir bu işlə məşğuldur. Lakin onun part-time işinin olmasından kiminsə xəbəri olmayıb.
Məlum olub ki, "OnlyFans" platformasında və "Twitter" sosial şəbəkəsində Rico Blaze təxəllüsü ilə açıq-saçıq videolar yayımlayıb.
Bundan başqa, şöbədən verilən məlumata görə, onun işdən çıxarılmasına dair təfərrüatlar açıqlanmayıb.
Mütəxəssislər "Windows 10”u Amerikanın “Microsoft” şirkətinin ən məşhur əməliyyat sistemi adlandırıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ildə buraxılmış "Windows 10"un payı bu ilin yanvarında demək olar 69 faiz təşkil edib.
İkinci yerdə “Windows 11”, üçüncü yerdə isə “Windows 7” qərarlaşıb.
Qeyd edək ki, bir gün əvvəl "Windows 11" fəaliyyətə başlayıb.
Amerikalı məşhur aktyor Silvestr Stallone yeni realiti-şounun iştirakçısı olacaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “The Family Stallone” adlanan şou onun ailəsindən bəhs edəcək. "Paramount+" kinostudiyasında aktyorun özü, həyat yoldaşı Cennifer Flavin Stallone və üç qızı Sofiya, Sistina və Skarlet iştirak edəcək.
Qeyd edək ki, realiti-şou səkkiz seriyadan ibarət olacaq. Layihənin premyerası bu ilin yazına planlaşdırılıb.
İspaniyalı kişi varlanmaq və digər ölkələrdə yaşayış icazəsi almaq üçün bir neçə ay ərzində iki qadınla evlənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi əvvəlcə Kolumbiya əsilli, sonra isə Qvineya sakini ilə evlənib.
Qeyd olunur ki, kişi ortaq məlumat bazası olmayan iki fərqli şadlıq sarayında ailə qurub. Bir il sonra qvineyalı qadının yaşayış icazəsi üçün müraciətinə baxan məmurlar aşkar ediblər ki, ərinin adı əvvəllər birinci arvadının ərizəsində istifadə olunub. Polis ispaniyalını həbs edib. O, ikiarvadlılıq və xarici vətəndaşların hüquqlarını qəsb etməkdə ittiham olunub.
İstintaqın məlumatına görə, kişi qadınlarla münasibət qurmayıb və maddi maraq üçün nikaha razılaşıb. Eyni zamanda, o, keçmişdə də sui-istifadə və cinsi təcavüzə görə mühakimə olunub.
Pedofiliyaya görə cəza çəkən amerikalı müğənni Hari Qlitter azadlığa çıxıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 79 yaşlı musiqiçi səkkiz ildən sonra həbsdən buraxılıb.
Xatırladaq ki, 2015-ci ildə ifaçı üç azyaşlı qıza qarşı zorakılıq hərəkətləri etməkdə ittiham olunub.
Qeyd edək ki, Hari Qlitter heç bir ittiham üzrə özünü təqsirli bilməyib və hökmün elanı zamanı heç bir reaksiya verməyib.
Hər bir dövlət qurumunun görünən üzü, nazirliklə medianı, ictimaiyyəti birləşdirən şəxs mətbuat nümayəndəsidir. Jurnalistlər hansısa məlumatı dəqiqləşdirmək istədikdə ilk müraciət etdikləri ünvan ictimaiyyətlə əlaqələr şöbəsi - mətbuat xidmətləri olur.
Amma bəzən o şöbələrlə, vəzifəli şəxslərlə əlaqə yaratmaq, mətbuat katibləri ilə danışmaq müşkül məsələyə çevrilir. Vəzifəli şəxslə əlaqə yaratmaq mümkün olanda da, gərək buna mətbuat katibi xüsusi razılıq versin. Hətta, bəziləri nazirliyin əməkdaşlarının da danışıb, danışmamasını mətbuat katibləri öz əllərinə almağa çalışırlar.
Bir növ “İcazə mənim əlimdədir, istəsəm verəcəm” deyirlər.
Maraqlıdır, bu nə dərəcədə doğrudur? Mətbuat xidmətinin nəyisə qadağan etmək kimi hüququ varmı?
Məsələ ilə bağlı Lent.az-a münasibət bildirən media eksperti Zeynal Məmmədli qeyd edib ki, vəzifəli şəxsin müsahibə verib verməməsi nazirlik tərəfindən müəyyənləşir, mətbuat nümayəndəsi tərəfindən yox:
“Mətbuat xidməti, ümumiyyətlə, kiməsə icazə verib, ya yasaqlaya bilməz. Mətbuat xidməti nazirliklə ictimaiyyəti maraqlandıran məsələlərə nazirin münasibətini vermək üçündür. Onların qadağa qoymaq hüququ yoxdur.
Amma mətbuat katibi nazirliyin sözcüsü olduğu üçün qurumun adından “bizim danışmağımız” məqbuldur deyəcək. Yəni, ümumi qurumun adından danışmalıdır. Amma müsahibə və ya açıqlama aldığımız şəxs nazirlikdə çalışırsa, buna qurumun icazəsi olmalıdır. Müsahibənin verilməsi nazirlik tərəfindən müəyyənləşə bilər. Mətbuat xidməti tərəfindən yox”.
Xatırladaq ki, həmkarımız sənət adamları ilə müsahibə etmək üçün Mədəniyyət Nazirliyinə müraciət edib. Həmin sənət adamları nazirliyin əməkdaşları olduğu üçün mətbuat xidmətinin sözcüsü buna məhdudiyyət qoyub.
Açıq-saçıq libaslarla, evlənib-boşanma və bahalı ad günü məclisləri ilə, qalmaqallı açıqlamalarla gündəmə gələn məşhur simalar medianın diqqətindən yayınmır. Əsasən, qalmaqallar həftələrlə, bəzən aylarla gündəmdən düşmür. Bəs son iki ildə ən yadda qalan dava-dalaşları kimlər edib?
Lent.az həmin qalmaqalları təqdim edir:
Aparıcı Rövşanə Ağasəfqızı və “SOY” prodakşının rəhbəri Oqtay Əliyev arasında ötən həftə qalmaqal yaşanıb. Onlar “Əqrəb mövsümü” serialına görə mübahisə ediblər. R. Ağasəfqızı serialda istifadə olunan uyğunsuz sözləri, redaktorun işinin yaxşı görmədiyini və televiziyada reytinqə görə keyfiyyəti aşağı olan veriliş və serialların yayımlandığını söyləyib. Oqtay Əliyev ona cavabında “Sənin də həmin verilişlərdən var idi. Sən də o proqramlardan çıxmısan. Əli Mirəliyevə deyirdin ki, “şpaqat” aç”, - deyib.
Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana arasında ötən illərdə dəfələrlə qalmaqal yaşanıb. Canananın üç övladının qəyyumluğu ataya verilib. Canana sonra Apellyasiya Məhkəməsinə müraciət edərək, uşaqlarının qəyyumluğunu geri alıb. Bu qərarla razılaşmayan keçmiş əri Kərim Ali Məhkəməyə müraciət edib. Ancaq Canana Lent.az-a açıqlamasında deyib ki, hazırda övladları nənələri ilə qalır və istədiyi vaxt uşaqlarına baş çəkməyə gedir.
Aktrisa Pərvin Abıyeva aparıcı, tiktoker Azər Zahid ilə ötən il “TikTok” sosial şəbəkəsi və səviyyə üstündə dalaşıb. Azər canlı yayımda onu təhqir edən Pərvinin hesabını bağlatdırıb. Pərvin isə ona cavabında “qələt edir, mənimlə səviyyə söhbəti edir. Onun başı üçün deyil. Mən onu ömür boyu sındırmışam, sındıracam da”, - deyib.
Ötən həftələrin birində ən çox danışılan qalmaqallardan biri də müğənni Tacir Şahmalıoğlunun həmkarı Fədayə Laçının bacısı İlahə Fəda ilə söz savaşına çıxmasıdır. Tacirin onun barəsində “yiyəsizdir, kinq-konqa oxşayır” deyib, onun bu sözlərinə İlahə “Tacir mikrobdur, manısdır. O, yazvadır, yazva! Görür ki, adı it dəftərində də yoxdur! Adam nə qədər yaşına, kişiliyə yaraşmayan hərəkət edər?! İstəyir ki, gündəmə gəlsin, onda da mənim adımı çəkir. Ay bala, sən hara, mən hara?!”, - deyə, cavab verib.
Ötən il rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli arasında şairənin sosial şəbəkədə yazdığı statusa görə qalmaqal yaşanıb. Daha sonra Fatimə “oriental rəqs” söhbətinə görə qarşı tərəfin ünvanına sərt sözlər söyləyib. “Fatimə kimdir ki, düşmənim ola?” – sözlərini deyən N. Səfərli rəqqasəni məhkəməyə verib, ondan 50 min manat tələb edəcəyini söyləyib.
Xalq artisti Rasim Balayev ötən il Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildikdən sonra digər Xalq artisti Əbdül Mahmudovla arası dəyib. Bir-birilərinin ünvanına ağır sözlər səsləndirən incəsənət adamları arasındakı qalmaqal zaman keçdikcə daha da böyüyüb. Bundan sonra R. Balayev keçmiş dostuna “Axmaq, səviyyəsiz”, Əbdül Mahmudov isə aktyor barəsində “Tarixdə xəyanətkar kimi qalacaqsınız” açıqlamasını verib.
“Komedixana” şousundan gedən aktrisa Firuzə Balayeva həmkarları barədə sərt sözlər deyib aktyor Cavidan Novruzu qəzəbləndirmişdi. Belə ki, aktyor həmkarı barəsində sosial şəbəkə hesabında “İnsana deyərlər ki, özündə zərrə qədər ağıl yoxdursa, hansı cəsarətlə ağıllı yerdə, ağıllı adamlarla işləmək tələbini edirsən? İnsanın çörəyi dizinin üstündədirsə, Allah hər zaman belindən vuracaq” – sözlərini yazıb. Aktrisa Lent.az-a açıqlamasında isə ona cavab olaraq “Cavidanla heç bir problemim yoxdur. O, niyə ortalığa düşüb, bilmirəm. Cavidan Novruz kimdir ki, ondan qorxum? Heç kimdir. Mən orada heç kimdən qorxmuram. Nə var, onu danışıram. Cavidan yaxşı kişidirsə, Ənvər Abbasov məni söyəndə, təhqir edəndə onun cavabını orada verərdi. Deyərdi ki, ay kişinin oğlu, o da anadır, kiminsə bacısıdır və s. Niyə onu söyürsən? Belə cavab verərdi də ona”, - söyləyib.
Stilist Anar Ağakişiyev ilə aparıcı Nanə Ağamalıyevanın da arasında ötən il qalmaqal yaşanmışdı. Anar aparıcının ünvanına “Nanə elə bil kanal rəhbərliyidir” və s. kimi cümlələr işlədib. N. Ağamalıyeva onun sözlərinə reaksiya bildirmək istəməsə də, aralarındakı gərginlik kifayət qədər böyüyüb.
Müğənni-aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılova arasında ötən il səsli-küylü qalmaqal yaşanmışdı. Belə ki, Sərxanın Rəqsanənin qızı Aysunun evliliyi barədə səsləndirdiyi fikirlərə müğənni sərt şəkildə reaksiya vermişdi. R. İsmayılova aparıcıya votsap vasitəsilə səslər göndərərək, onun ünvanına qeyri-etik, nalayiq söyüşlər və təhqirlər söyləyib.
Fevralın 2-də Bərdədə yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin 4 üzvü dəfn olunub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, ailə üzvləri - Məhərrəm Baxşəliyev, həyat yoldaşı Xalidə Kərəmova, övladları İlkin Baxşəliyev və Məftunə Baxşəliyeva bu gün torpağa tapşırılıblar.
Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəza dünən Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində, Bərdə rayonu ərazisində baş verib.
Mədəniyyət Nazirliyi bu quruma tabe olan vəzifəli şəxslərə müsahibə verməyi qadağan edib. Ən azından mart ayına qədər. Deyilənə görə, yeni təyin olunan nazirimizin əmridir.
Yəqin istəyirlər bulanıq sular durulsun, ağ sap qara sapdan ayrılsın. Bir tərəfdən anlaşılandır. Cənab nazir işini qaydaya salana qədər əlavə söz-söhbət, baş ağrısı istəmir. Digər tərəfdən anlaşılan deyil. Demokratik bir dövlətdə azad vətəndaşa “susmaq əmri” vermək nə qədər xoş, nə qədər demokratik, nə qədər doğru görünür?
Media vasitəsilə problemlərə ayna tutulursa, cənab nazir bəlkə də xəbərsiz olduğu bəzi qaranlıq məqamlar barədə məlumatlandırılırsa, vaxtında tədbir görər. Bu onun işinə fayda verər. Media bu məsələdə ona kömək eləmiş olur, həm mətbuat rahat şəkildə öz işini görür.
Üstəlik mədəniyyət xadimləri ilə müsahibələrdə məhz problemlərimizdən danışacağıq deyə bir şərt də yoxdur. Yeni çəkilmiş filmlər, tamaşalar, gələcəyə dair planlar və s. barəsində də danışmaq olar. Hətta işimizin etiketi yol verdiyi qədər tanınmış şəxsin şəxsi həyatı, maraq dairəsi barədə özəl suallar da verə bilərik. Buna görə nazirlikdən icazə alınmalıdır?
Bu qayda bir zamanlar mərhum satirik Rüfət Əhmədzadənin “işdə müdir evdəki arvada nəzarətçidir” misralarını yada salır.
Vəzifəli şəxslərin belə ürkək yanaşması bir qədər “qarğa məndə qoz var” demək olur. Qaş qayırarkən niyə göz çıxarırsınız?
Toronto və Padua universitetlərinin alimləri qəhvə istehlakı ilə böyrək xəstəliklərinin inkişafı riski arasında əlaqəni müəyyən ediblər.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, məlum olub ki, bu, müəyyən bir insanın bədənindəki genlərin dəyişməsindən asılıdır.
İşin gedişində 1-ci mərhələdə hipertenziyası olan 1180 iştirakçıda böyrək funksiyasının pozulmasının biomarkerləri araşdırılıb. Müşahidələr 7,5 il ərzində aparılıb. CYP1A2 gen variantı ilə qəhvədən sui-istifadə edənlərdə bu rəqəmlər normadan üç dəfə çox olub. Bu təsir, CYP1A2-nin kofeinin metabolizmasını yavaşlatması ilə izah olunur, buna görə də stimullaşdırıcı orqanizmdən zəif xaric olur və yığılır. Belə könüllülərdə albuminuriyanın inkişafının ümumi ehtimalı yeddi dəfə, hiperfiltrasiya - 2,5 dəfə, hipertoniya - 2,8 dəfə yüksək olub.
Qəbul edilən kofeinin miqdarı da vacibdir. Böyrək xəstəliyi riski olan insanlar gündə üç, ya daha çox fincan qəhvə və ya gündə təxminən 300 milliqram kofein içənlər idi.
"Kardiff"in qapıçısı Lyus Benjamin tezliklə "Mançester Siti"yə keçəcək.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Qeyd olunur ki, bir çox ingilis klubları 17 yaşlı uelsliyə iddialı olsa da, qapıçı “şəhərlilər”in təklifini qəbul edib.
Yeri gəlmişkən, Benjamin Uelsin 17 yaşadək gənclərdən ibarət milli komandasında çıxış edir.
Dünya şöhrətli müğənni Madonnanın 26 yaşlı qızını “Marc Jacob” brendinin Nyu -Yorkda keçirilən moda gecəsinə buraxmayıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, müğənninin qızı Lurdes Leon gecikdiyi üçün qapıdan içəri buraxılmayıb. Lurdes isə gecikmədiyini iddia edib.
Maraqlıdır ki, Lurdes Leon bu brendin geyimlərini reklam edir və 2021-ci ildən bu yana “Marc Jacobs”un rəsmi simasıdır.
Məşhur futbolçu Mahir Emrelinin nənəsi dünyasını dəyişib.
Lent.az xəbər verir ki, prodüser Anar Mədətovun anası Mahirə Mədətova bu saatlarda vəfat edib.
Allah rəhmət eləsin!
Ciddi cinayətlər törədənləri dəli adı ilə qorumağa çalışanlar indiyə kimi çox olub. Hətta bir həftə bundan öncə Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin guya ruhi xəstə olması müəyyən edilib.
Maraqlıdır, belə uydurmalara görə, kimsə məsuliyyət daşıyırmı? Və ya ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?
Məsələ ilə bağlı deputat Fazil Mustafa Lent.az-a açıqlamasında bildirib ki, ruhi xəstə adı altında cinayət məsuliyyətindən boyun qaçırmaq halları ilə tez-tez üzləşmişik.
Onun sözlərinə görə, cinayətkarın ruhi xəstə olması həkim rəyi ilə müəyyən olunur:
“Son illər bu məsələyə ciddi nəzarət edilir. Azərbaycanın İrandakı səfirliyinə hücum edən cinayətkarın məsuliyyətdən boyun qaçırması üçün ruhi xəstə olması ilə bağlı sənəd alması gözlənilən idi. Bu "ruhi xəstə" adını da terrorçuya İranı idarə edən ruhi xəstələr verib. Bəlkə həmin cinayəti törədən şəxsin başına əmmaməni qoyub azadlığa buraxıblar. Bütün bunlar İran sisteminin mahiyyətini göstərir. Onlar dünya üçün ən təhlükəli dövlətlərdən biridir. İran bu cür qatil zehniyyəti ilə çox idarə oluna bilməz. Bu artıq qanuni davranış deyil. Bu, bilavasitə İran dövlətinin özünün uydurduğu ssenarini bağlamaq cəhdidir. Bu cəhd bizim tərəfdən səmimi görünmür. Biz bütün platformalarda İranda bilavasitə rəhbərlik edən şəxslərin cinayətkar olduğunu hər kəsə bildirəcəyik”.
Mədəniyyət Nazirliyimiz korrupsiya “mədəniyyəti”nin çox inkişaf etdiyi qurumlardan biri kimi ad çıxarıb. Uzun müddət aparılan kadr islahatları və dəyişikliklərə baxmayaraq, ard-arda tutulan vəzifəli şəxslər, mənimsəmə faktları barədə zaman-zaman xəbərlər ortaya çıxır. Bu günlərdə müsahibə almaq istədiyim bu quruma tabe olan bir neçə incəsənət xadimi “nazirlikdən müsahibə verməyə icazə yoxdur” cavabı ilə bizi bir xeyli təəccübləndirdi. Mədəniyyətin yuvası niyə bu haldadır? Bu günə qədər olanlar bir kənara qalsın, bundan sonra Mədəniyyət Nazirliyinin fəaliyyətinin sağlamlaşması üçün hansı addımlar atılmalıdır? Bu sualla mədəniyyət xadimlərimizə üz tutduq.
Lent.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudovun fikrincə, biz əslində səbəbi yox, nəticəni düşündüyümüzə görə, iş yarıtmaz səviyyədə olur:
“Xaricdə oxuyub gəlməsi hələ o kadrın yüksək potensialından xəbər vermir. Biz sillə ilə üz qızartmaq istəyirik. Mən konkret olaraq təklif edirəm ki, Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılsın. Prezident hər il 6 milyon manat pul ayırır ki, milli kinomuz yaşasın. O pul gəlib kinostudiyaya çıxmır. Mən bu barədə Maliyyə Nazirliyinə də müraciət etmişdim. Pullar kimin cibinə gedir, maraqlansınlar. 6 milyon az pul deyil, bu pulla ortaya şedevr əsərlər çıxarmaq olar. Korrupsiya faktlarına görə güllələnmə, ölüm cəzası bərpa olunmalıdır. Xalqın mədəniyyətini kor eləmək olmaz. Bu cür insanlar cəzasını almalıdır. Mən yeni nazirimizin bu məsələlərə diqqət edəcəyinə ümid edirəm. İşin başına işi bilən adamları qoymaq lazımdır”.
Xalq artisti İlham Namiq Kamal bu günə qədər nazirliyin fəaliyyətinin yarıtmaz səviyyədə olduğunu söyləyib:
“Uşaq vaxtı elə bilirdim korrupsiya ancaq kənd təsərrüfatı sahəsində olur. Amma bu yaşda gördüm ki, korrupsiya elə Mədəniyyət Nazirliyindən çıxırmış. İllər boyu Mədəniyyət Nazirliyinin əməkdaşı olduğumu deməyə utanmışam. Məhz korrupsiya faktlarına görə. Çox istəyirəm yeni nazirimiz mövcud problemləri aradan qaldırmaq üçün tədbirlər planı hazırlasın. Buna ümid edirəm. Kinomuzu dirçəltmək üçün dövlət səviyyəsində maliyyə ayrılmalı, maliyyəyə nəzarət edilməlidir. Yeni, istedadlı kadrlar cəlb olunmalıdır. Yeni rejissorlar yetişib, amma onların iş görə bilməsi üçün vəsait ayrılmalıdır. Kino zarafat deyil. O bizim təbliğat, maariflənmə maşınımızdır. Diqqətdə saxlamalıyıq”.
Aktyor Kamran Yunis Lent.az-a bildirib ki, bu günə qədər nazirliyin işi ona sadəcə məyusluq verib.
“Hazırda Mədəniyyət Nazirliyinin işi barəsində nəsə demək doğru deyil. Biz kino, teatr xadimlərinə dəyər verildiyini görməmişik, görmürük. Bunu görmək istəyirik. Nazir təzə gəlib. Ondan əvvəl gələn nazirin işini gördük. Mədəniyyət, incəsənət sahəsində çalışan insanların dəyərə ehtiyacı var. Bu barədə düşünülsə, iş aparılsa alqışlayaram. Hələlik uğur diləyirəm. Qiyməti isə bir il sonra verə biləcəyik. Yaşayaq görək”.