Masallıda bıçaqlanma hadisəsi - Qayın kürəkənini qətlə yetirib

Masallının Ərkivan qəsəbəsində qətl törədilib.

Qəsəbənin 22 yaşlı sakini Kənan Bəyoğlanlı şəxsi münasibətlər zəminində 32 yaşlı kürəkəni Malik Şiriyevi bıçaqlayaraq öldürüb. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib, Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə:
0
1161
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar