Avropa Sağlamlıq Birliyinin araşdırmaçıları bütün Avtropa boyu xalça və kavrolitlərdə toplanan toksiki maddələrə diqqət çəkərək, həkimləri və əhalini xəbərdar ediblər.

"Medicina" məlumatına görə, alimlər xalçalarda 59 ciddi maddəni aşkarlayıb ki, bunlara yüksək kanserogen və ağır metallar daxildir. Hansı ki, bu maddələrinsan orqanizminə keçərək onkoloji, endokrinoloji problemlər yaradır. Toksiki maddələrin tənəffüslə və dəri ilə qana keçməsi xüsusən hamilə qadınlar, körpələr və xəstə adamlar üçün təhlükəlidir.

Ağır metallar – civə, qurğuşun, kadmiy müasir xalçaların hazırlanması zamanı onlara vurulan boyanın tərkibində olur. Bu maddələr sintetik parça, xalça və ayaqaltıların tərkibində katalizatorlar kimi yer alıb. Bunlardan əlavə xalçaları təhlükəli edən daha bir səbəb onların tərkibinə vurulan suya, qoxuya qarşı və yanmaya davamlı olması üçün vurulan kimyəvi maddələrdir.

Çox toksiki maddələr 5-10 ildən sonra sağlamlıqda öz təsirini göstərir. Bu müddət ərzində onlar orqanizmdə yavaş-yavaş toplanır. Xalçaların tərkibində olan 59 toksiki maddədən 10-u rəsmi olaraq "yüksək dərəcədə təhlükəlilik” kimi qeydə alınıb, 4-ü isə formal olaraq sənayedə qadağan olunub. Amma hələ də bu maddələr istehsalda istifadə edilir.

Tədqiqatın müəllifləri öz məruzələrində Avropa səhiyyə komissiyasını bu məsələdə günahkar bilir.

" Bİz açıq-aydın görürük ki, Avropa komissiyası sağlamlıq üçün potensial təsirləri nəzərə almayıb və öhdəliyini lazımınca yerinə yetirməyib. Bu səhvi düzəltmək olar, istehlakçıların və vətəndaşların sağlamlığına zərər vurmayan material və maddələrin istifadəsi istiqamətində əlavə resurslar axtarılmalıdır. Avropada toksinsiz iqtisadiyyat qurulması üçün vacib sayılacaq bu addım bir çox xroniki xəstəliklərin və onkologiyanın inkişafının qarşısını alacaq. Bizim araşdırmamızın nəticəsini və məsləhətlərimizi təcrübədə tətbiq etməklə, cəmiyyətin ən zəif üzvləri olan hamilə qadınlar və uşaqları təhlükədən qorumaq olar- deyə Alyansın rəhbəri Genon Censen bildirib”

Dünyaca ünlü modelyer Pako Raban cümə günü Fransada vəfat edib.

"Medicina" xəbər verir ki, o, 89 yaşında ölüb.

Məlumatına görə, modelyer Fransanın qərbindəki Finistere departamentində dünyasını dəyişib.

Pako Raban populyar ətir və geyim brendinə öz adını vermişdi.

Ağdaş rayonunda körpə uşaq yuyucu vasitəni içərək zəhərlənib.

"Medicina" xəbər verir ki, hadisə fevralın 2-də rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2020-ci il təvəllüdlü N.Şirinzadə evdə olan zaman nəzarətsiz qalıb. Bu zaman körpə yuyucu vasitəni içib.

Daha sonra o, zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində N.Şirinzadənin həyatını xilas etmək mümkün olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri yaradılıb.

"Medicina" xəbər verir ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov yeni şöbələrin açılışında iştirak ediblər.

Açılışdan əvvəl Taleh Qaraşov, Zaur Əliyev, Vüqar Qurbanov və qurumların nümayəndələri ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqindən sonra görülən işlər barədə məlumat verən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev bildirib ki, bir sıra struktur dəyişiklikləri aparılan işlərin əsasını təşkil edib: “2022-ci ildə Lənkəran Müalicə-Diaqnostika Mərkəzi xəstəxanaya birləşdirilib. Əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək üçün bir sıra şöbələr yaradılıb ki, onlardan ən əsasını da hazırda istifadəyə verdiyimiz İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri təşkil edir”.

Direktorun sözlərinə görə, İnvaziv kardiologiya şöbəsi yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub: “Burada 1 cərrahi otaq, 1 texniki otaq, 6 çarpayılıq reanimasiya otağı, sterilizasiya və digər köməkçi sahələr fəaliyyət göstərir. Cərrahi və reanimasiya otaqları müasir havalandırma və istilik sistemləri ilə təmin edilib. Şöbədə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlar (rəqəmsal angioqrafiya aparatı), süni tənəffüz aparatı, defibilyator, EXO cihazları mövcuddur”.

Direktor Ürək-damar cərrahiyyəsi şöbəsinin isə 19 palatadan, 2 əməliyyat blokundan, 6 nəfərlik reanimasiya otağından ibarət olduğunu diqqətə çatdırıb.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, əhalinin operativ və keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında yaradılan yeni şöbələrin mühüm rolu olacaqdır: “Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. Bu səbəbdən də Agentlik xəstəxanalarda kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi tədbirlərini prioritetləşdirib. Təsadüfi deyil ki, açılışına qatıldığımız bu şöbələr də Agentliyin dəstəyi ilə yaradılıb. Bu günədək TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında ürək-damar cərrahiyyəsi icra olunmurdu. İlk dəfədir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında bu əməliyyatların icrası mümkün olacaq. Cənub bölgəsinin sakinlərinin rayon xəstəxanasında icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi ilə bağlı dəyəri yüksək əməliyyatlarla təmin olunması, onların sağlamlıqla bağlı problemlərinin vaxtında qarşısının alınmasına xidmət edəcək. Qeyd edim ki, 2021 və 2022-ci illər ərzində icbari tibbi sığorta çərçivəsində ürək-damar sistemində aparılan əməliyyat və prosedurların sayı 36 000-dən çox olmuşdur”.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, əvvəllər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək-damar cərrahiyyəsi üçün vətəndaşlara müqaviləli tibb müəssisələrinə göndəriş verilirdi: “Artıq xəstəxanada yaradılan hər iki şöbədə ürək-damar xəstəliklərinin müalicəsi, məsələn, aorto-koronar şuntlama əməliyyatı, anadangəlmə ürək qüsurlarının müalicəsi üçün aparılan əməliyyatlar mümkün olacaq. Qeyd edim ki, burada Türkiyədə, İtaliyada, Gürcüstanda və digər xarici ölkələrdə fəaliyyət göstərmiş, eləcə də ixtisasartırma kurslarında iştirak etmiş, paytaxtda müxtəlif özəl tibb müəssisələrində çalışmış uzman kardioloq və ürək-damar cərrahı vətəndaşlara xidmət edəcəklər. Bu bizə dövlət tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməyə və tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə imkan yaradacaq”.

Zaqatalada məscidin imamı qəfil dünyasını dəyişib.

"Medicina" xəbər verir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb.

Onun ürək tutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində almışdı.

Postflebitik sindrom – dərin venaların trombu zamanı 50% xəstələrin üzləşdiyi əlamətlərdir. Bu zaman çox ayaq üstə qaldıqda və gəzdikdə ağrı, problem yaşanır.

Bakupost.az xəbər verir ki, çox hallarda tromboz nəzərə çarpmır və tromb öz-özünə əriyib gedir. Lakin bəzi tromblar damarda ilişir, uzun müddət qalır, bərkiyir.

Kardioloq Oleq Varfolomeyev venalarda trombun dəhşətli fəsadlarından danışıb.

“Ən geniş yayılmış fəsad ağciyər emboliyasıdır, bu zaman tromb ağciyərlərə gedən damarı tutur.

Xəstələr trombdan öncəki ayda bu əlamətləri hiss edir: bud, diz arxası, baldırda və çanaqda ağrı, şişkinlik, göyərmələr və s.

Adətən problemlər tromb yaranandan 6 ay, 1il sonra başlayır.

Venoz çatışmazlıq olan insanlar postflebetik sindromdadır.

Ayaqlardakı venalar kiçik klapanlara malikdir, burden qan geri ürəyə gedir.

Tromboz zamanı bu klapanlardan bir neçəsi zədələnir. Zəifləmiş klapanlar hermetic olmur və qan daha çox aşağı hissədə, ayaqlarda toplanıb durğunluq yaradır.

Postrombotik sindrom həm kişi, həm qadınlarda istənilən yaşda ola bilər. Ayaqlarında xroniki ağrı, şişkinlik, varikoz olanlar risk altındadır. Ona görə ən kiçik əlamətlər zamanı fleboloqda yoxlanmaq lazımdır".

Aygün Musayeva

Kardiopreparatlar və təzyiq dərmanları qəbul edən insanların içki içməsi əks təsirlər verir.

Bakupost.az xəbər verir ki, kardioloq Olqa Stoyko ürək-damar xəstələrinə xəbərdarlıq edib.

“Kardiopreparatlar o dərmanlardır ki, bir gün belə qəbulunu dayandırmaq olmaq. Hətta 1-2 dəfə fasilə verdikdə belə, təhlükəli vəziyyətlər yarada bilər.

Belə pasiyentlər alkoqollu içkiləri qəbul etməməli və ya çox az miqdarda içməlidir.

Çünki alkoqol kardiopreparatlar içənlərdə ürək, böyrək və qaraciyərlə bağlı əks təsirlər verir.

Xəstədə pankreatit, mədənin xorası, böyrək çatışmazlığı yarana bilər. Eləcə də bu dərmanlar içilən gün alkoqol mədə-bağırsaq qanaxması verə bilər.

Ürək dərmanları içilən saatlarda içki təzyiqi kəskin qaldırır. Bu zaman insult, aritmiya, infarkt, ürək dayanması riski artır.

Bütün bunlar xəstələr üçün həyati riskli amillərdir.

Biz adətən belə xəstələrə ən çoxu bir qədəh şərab içməyə icazə verərik. Bu gün içki var, dərmanı sabah içərəm kimi özbaşına qərarlar geridönməz fəsadlara gətirib çıxarır. Bu zaman həkimi və ya dərmanı günahlandırmaq olmaz”.

Aygün Musayeva

Türkiyəli daxili xəstəliklər və kardiologiya mütəxəssisi sağlam qidalanma ilə bağlı tövsiyələr verən Canan Karatay, xaşın tərkibinin kollagenlə zəngin olduğunu deyib.Onun sözlərinə görə, kəllə-paça yeyən insanların botoksa ehtiyacı yoxdur.

"Çoxlu xaş yeyin, çünki o, ən dəyərli qidadır. Xaş xolesterini yüksəltdiyi üçün illərlə yeyilməməsi məsləhət görüldü. Amma gördüyünüz kimi xəstəliklər yenə də var və artır. Xaşın tərkibi vücudun ehtiyacı olan təbii proteinlə zəngindir, həm də təbii kollagendir. Qadınlar gedib botoks etdirirlər. Kəllə-paça yeyən insanların botoksa ihtiyacı qalmır".

Nəzərinizə çatdırırıq ki, kollagen - insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağlaşdırıcı zülaldır.

Kollagen həmçinin dərimizdə də çox miqdarda olub, onun möhləmliyi və elastikliyini təmin edir. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itiri, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur.

Aygün M

Qış mövsümündə virus xəstəlikləri tüğyan edir. Adətən qışın sonunda daha da kəskinləşir. Bunu da həkimlər bu dövrdə orqanizmdə vitaminlərin, mikroelementlərin və immun sistemin müdafiəsinin zəifləməsi ilə əlaqələndirirlər.

Bundan başqa tez-tez kəskin respirator virus infeksiyaları (KRVİ) ilə xəstələnmə virusa qarşı davamlı immunitetin yaranmamağı və virusların alt qruplarının çox olmasıdır. Günümüzdə İnfluenza (qrip) genis yayılıb. Qrip özünü yüksək qızdırma, halsızliq, əzələ ağrıları, iştahasızlq, boğaz ağrısı, öskürək və s. ilə biruzə verir.

Adətən İnfluenzada qızdırma 5 gün davam edir və sonra normaya düşür. İnfluenza özü də KRVİ xəstəliklərinə aiddir. Əsasən simptomatik müalicə aparılır. Xroniki xəstəliyi olanlarda, yaşlılarda və körpələrdə baş verəcək ağırlaşmaların qarşısını almaq və pasiyentlərin daha tez iş və dərsə davam etmələri üçün ilk günlərdən müvafiq müalicə təyin etmək məqsədə uyğundur. Virus infeksiyalarına antibiotiklər təsir etmir. KRVİ başlayan kimi Biotənzimləyici Gripp-Heel + Engystol tabletlərinin və Euphorbiumu compositumburun spreyinin təyini xəstənin tez sağalmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edir.

Gripp-Heel və Engystol:

Yüksək qızdırma, halsızlıq, əzələ ağrıları, iştahasızlıq, boğaz ağrısını azaldır.

Virusun replikasiyasını dayandırır

İkincili infeksiyanın yoluxmasının qarşısını alır

Və təkrar yoluxmaların qarşısını alır.

Hazırda uşaqlar və böyüklər arasında virus infeksiyasından sonra gec keçən, uzanan öskürəklər rast gəlir. . Əslində öskürək tənəffüs yollarının təmizləmə mexanizmidir. Öskürəklətənəffüs yolları toplanan selikdən özünü təmizləyir. Virus səbəbindən yaranan öskürəklərdə antibiotik istifadəsi məsləhət görülmür. Virus infeksiyaları zamanı öskürək 2 həftə müddətindədavam edə bilər. Uşaqlarda öskürəyi qıcıqlandırıcı səbəblərdən ən çox rast gələni burundan axan selikdir.

Uşaq yatarkən burun seliyinin burun-udlağa axması öskürəyi kəskinləşdirir. KRVİ zamanı öskürək olanda buruna Euphorbium compositum püskürtmək vəziyyəti yüngülləşdirib, öskürəyin aradan qalxmasına kömək edəcək. Bundan başqa Euphorbium compositum burun, burunətrafı ciblər, yevstax borusunda iltihabı götürür, virusun replikasiyasını dayandırır, burun tənəffüsünü yaxşılaşdırır, burnun selikli qişasını bərpa edir, asqırma və burunaxmanı aradan qaldırır.

KRVİ -nın ilk günündən Almaniya istehsalı olan Gripp-Heel + Engystol +Euphorbium compositum preparatından istifadə etməklə, simptomları aradan qaldırmaq, ağırlaşmaların və yenidən yoluxmanın qarşısını almaq olar.

İmmunoloq və teleaparıcı Andrey Prodeus böyüklərdə və uşaqlarda güclü immunitetin formalaşmasına səbəb olan üç əsas qaydanı açıqlayıb.

"Medicina" xəbər verir ki, mütəxəssisin tövsiyələri yutubda "Doctor" kanalında yayımlanıb. Həkim düzgün yuxu rejimini bu qaydalardan biri adlandırıb.

"Əslində, yaxşı immunitet nə qədər və necə yatmağımızdan, nə vaxt yatmağımızdan, nə vaxt qalxmağımızdan asılıdır. Təxminən saat 23:00-dan 3:00-a qədər immun hüceyrələri və sümük iliyi yeni hüceyrələr yaradır, digərləri isə enerji toplayır.

Güclü immunitetin ikinci sirri sağlam qidalanmadır. İmmun hüceyrələr D vitamini olmadan işləyə bilməz, odur ki, bu elementlə zəngin qidaların pəhrizə daxil edilməsini tövsiyə edirəm. Bundan əlavə, dəmir çatışmazlığı immunitetə zərər verə bilər.

Üçüncü qayda əlbəttə ki, artıq çəkinin qarşısının alınmasıdır. Niyə? Çünki piy və artıq çəki hüceyrələrimizi məcazi mənada obez edir, həm də tənbəlləşdirir”, - immunoloq izah edib.

O, yekunda bildirib ki, artıq çəkili insanlarda immun hüceyrələrin sayı qorunub saxlanılır, lakin onların işinin effektivliyi azalır.

Qrip və kovid zamanı xəstənin hamama girməsi, duş qəbul etməsi yolverilməzdir.

"Medicina" xəbər verir ki, immunoloq Vladimir Bolibok xəstə insanın isti hamamda çimməsinin fəsadını açıqlayıb.

İsti hamam, su qan dövranına zərbə vurur və xəstəliyin daha ağır gedişinə səbəb olur.Laxtalanmaspirt içdikdən sonra bir neçə gün davam edə bilər. Xüusən kişilərin araq içib, giya tərləmək və tez sağalmaq üçün saunaya girməsi ürək infarktı ilə nəticələnə bilər.

"İnsanın qızdırması varsa, heç bir halda hamama, saunaya getməməli, isti vanna qəbul etməməlidir. Bu zaman bədən daha çox yüklənir. Həddindən artıq isinməyə başlayarsa, vəziyyəti daha da pisləşəcək

Bəzi hallarda insanlar hərarətə asanlıqla dözür və dərmana ehtiyac duymurlar. Amma 39 dərəcə qızdırmaya dözmək lazım deyil".

Aygün Musayeva

Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Onun qaraciyər və böyrəklərində problem olduğu bildirilir.

"Medicina" xəbər verir ki,ATV-də yayımlanan "A-dan Z-yə" verilişi Dostəliyevanın xəstəxanadan görüntülərini yayımlayıb.

Nazpəri Dostəliyeva bacısını xəstəxanada ziyarət edib.

“Obsesif düşüncələr (obsesyonlar) insanın iradəsinə zidd olaraq idarə olunmadan şüuru zəbt edən görüntülər və ya çağırışlardır. Onlardan qurtulmaq cəhdləri narahatlıq alovlarına səbəb olur, ağır narahatlıq yaradır. Bir insan daimi qorxu və pis düşüncələr yaşayır.”

"Medicina"xəbər verir ki, bu sözləri psixoloq Anastasiya Nataleviç obsesif mənfi düşüncələrlə mübarizə aparmağın yollarını şərh edərkən bildirib.

O qeyd edib ki, obsesif düşüncələrə bir çox xəstəliklərdə rast gəlinir: nevroz, depressiya, obsesif-kompulsif pozğunluq və hətta şizofreniya.

Psixoloq deyib ki, insan belə fikirlərin görünüşünə təsir edə bilməz, onlar istək əleyhinə yaranır və insanın adi düşüncələri ilə bağlı deyil. Obsesif düşüncə sindromunu iradə səyi ilə aradan qaldırmaq mümkün deyil. Eyni zamanda, bir qayda olaraq, şüurun aydınlığı və öz vəziyyətinin tənqidi qavrayışı qorunur. İnsan obsesif düşüncələrin nə demək olduğunu başa düşür, başında yaranan görüntülərin bütün irrasionallığını başa düşür. Lakin onların görünüşünü dayandırmaq cəhdləri və onlarla əlaqəli məcburedici hərəkətlər adətən uğursuz olur və daha böyük təcrübələrə səbəb olur.

İnsanın özündə bu vəziyyəti aradan qaldırmaq üçün psixoloq bir neçə üsul tövsiyə edib. Bu fikirlərin bir-birinin ardınca axdığını, bir-birini dəyişdirdiyini və heç nə baş vermədiyini seyr edərək, özünüzü çayın sahilində təsəvvür edərək meditasiya edə bilərsiniz. Siz "kvadratda nəfəs alma" texnikasından istifadə edə bilərsiniz - dörd bərabər hesab üçün: nəfəs alın, fasilə verin, nəfəs alın, fasilə verin.

“Başqa bir seçim: rahat oturun, ayaqlarınızı yerə qoyun, gördüyünüz beş şeyin, eşitdiyiniz beş səsin, toxuna biləcəyiniz beş şeyin adını çəkin. Bundan əlavə, siz bu düşüncələrə səbəb olan və ya onlardan əvvəl gələn hadisələrə və ya hisslərə diqqət yetirməyə və onları çəkməyə cəhd edə bilərsiniz”, - deyə Nataleviç tövsiyə edib.

Son olaraq bildirib ki, hər bir halda mütəxəssislə həmsöhbət olmaq daha yaxşıdır. O, bu problemin mənşəyini və onu necə həll edəcəyinizi anlamağa kömək edəcək./publika.az/

Trakya Universitetinin professoru Sərvət Altay ürək xəstələrinin soyuq havalarda qidalanmasına və həyat tərzinə diqqət etmələrini bildirib.

"Medicina" xəbər verir ki,soyuq havanın insan orqanizminə mənfi təsir etdiyini deyən professor xüsusilə ürək xəstələrinin sinə nahiyəsini isti tutaraq çölə çıxmalarını tövsiyə edib.

“Soyuq havada bayıra çıxanda damarlarda daralma müşahidə olunur. Bu, ürək damarlarına da aiddir. Belə vəziyyət həm ürəyin oksigenlə təminatını pozur, həm də onun enerji ehtiyacını artırır. Buna görə də qış aylarında ürək xəstələrində sinə ağrısı və infarkt riski artır. Odur ki, ürək xəstələri soyuq havalarda xüsusilə diqqətli olmalıdırlar”, – mütəxəssis bildirib.

Xüsusilə səhər və axşam saatlarında şaxtanın təsirli olduğu vaxtlarda çox çölə çıxmamalıdırlar. Evin bir otağı çox isti, digər otaq isə çox soyuq olduqda infarkt riski arta bilər. Ona görə də otaqların bərabər qızdırılması məsləhətdir.

Qışda enerji ehtiyacının və qidalanma tezliyinin artdığını deyən S.Altay həm enerji ehtiyacını ödəyəcək, həm də ürək xəstələrinə zərər verməyəcək qidaların istehlak edilməsini zəruri sayıb. Qeyd edib ki, qışda balıq istehlakı çox faydalıdır. Əlavə edib ki, şəkəri yüksək və lifi az olan qidalardan çəkinin. Qidalanma xüsusiyyətləri yüksək olan paxlalılara üstünlük verilməlidir. Bundan əlavə, tərəvəzlər istehlak edilməlidir. Qırmızı ət istehlakını azaltmalı və qızardılmış qidalardan uzaq durmalısınız./aztibb.az/

Həkim uşaqlarda geri dönüşü olmayan qocalıq xəstəliyindən danışıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkim Leonid Doronin bu xəstələyin 18 yaşdan kiçik uşaqlara da təsir etdiyini bildirib:

““Demens” adlı bu xəstəlik sadəcə yaşlılarda deyil, 18 yaşdan kiçik uşaqlara da təsir edə bilir”.

Həkimin sözlərinə görə, bir çox insanlar demensiyanı yaşla əlaqələndirirlər, çünki bu xəstəlikdən ən çox əziyyət çəkən yaşlılardır. Amma uşaqlara təsir edən xəstəliyin nadir bir forması var. Belə ki, xəstə uşaq disorientasiya olunur, emosiyaları, fiziki və zehni fəaliyyətini idarə edə bilmir.

Beynəlxalq Alzheimer Təşkilatının məlumatına görə, təxminən 70 növ genetik anormallıq uşaqlarda demensiyanın inkişafına səbəb olur.

Xəstəlik neyronal seroid lipofusinoz (NCL) adlanan nadir genetik xəstəliklər qrupu ilə başlayır. Onlar mərkəzi sinir sistemində şiddətli neyrodegenerasiyaya səbəb olur və neyronlara güclü zərbə vururlar.

Həkim qeyd edib ki, uşaqlara təsir edən demensiyanın hələ də müalicəsi yoxdur.

Rusiyada koronavirusun “Omikron” ştamının “Kraken” subvariantına ikinci yoluxma qeydə alınıb.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu variantın ölkədə geniş yayılma ehtimalı azdır.

Qeyd edək ki, “Kraken” subvariantına Rusiyada ilk yoluxma yanvarın 12-də qeydə alınıb. Dünyada bu varianta ilk dəfə Rusiyada rast gəlinib.

Şəkidə 14 aylıq körpə vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.

Amerikalı mütəxəssislər göz damcıları ilə bağlı araşdırma aparıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə göz damcılarının istifadəsi davamlı infeksiyanın inkişafına səbəb ola bilər.

ABŞ-ın 11 ştatında göz damcılarını mütəmadi olaraq istifadə edən 50 nəfərin əksəriyyətinin gözündə infeksiya aşkarlanıb.

Araşdırma nəticəsində infeksiyaya yoluxanlardan birinin öldüyü, üç nəfərin isə görmə qabiliyyətini itirdiyi məlum olub.

Bəzilərində isə tənəffüs yolu və sidik yollarının infeksiyaları müşahidə edilib.

Qeyd edək ki, mütəxəssislər damcıların istehsal prosesi zamanı çirklənə biləcəyini ehtimal edir.

Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simptomlar olmadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək xəstəliyin müalicəsini tezləşdirir.

“Medicina” xəbər verir ki, bu barədə pulmonoloq Oleq Abakumov bildirib.

“İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır. Xəstəliyin ilk yüngül əlamətləri az hiss olunan kimi bu dərmanı içmək lazımdır.

Əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan içsəniz, qızdırma çox yüksəlməyəcək, öskürək artmayacaq, burun-boğaz axmayacaq, virus orqanizm daxilində artıb, toksin ifraz etməyəcək, yəni bədən halsız düşməyəcək.

Bunun üçün Oseltamivir adlı preparat effektivdir.

Əgər quru qızdırmalı öskürək varsa, deməli, bakterial yox, virus xəstəliyidir. O zamanbu dərmanı içmək olar.

Eləcə də soyuqdəymə və qrip zamanı evdə qalıb, bol maye içmək lazımdır. İnsan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə, mineral balansını təmin etmək üçün bol su içmək lazımdır”.

Aygün Musayeva

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

"Medicina" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 739 nəfər müalicə olunaraq sağalıb, hazırda 187 aktiv xəstə var. Bu günə qədər 10 092 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 834, bu günə qədər isə ümumilikdə 7 491 233 test icra olunub

Hazırda bir çox insanlar beynində, başında sanki küy, səs olduğundan şikayətlənir.

Otolarinqoloq Vladimir Zayçev qulaqlarda cingilti və səs-küyün mümkün səbəblərini sadalayıb.

"Medicina" xəbər verir ki,bunların arasında birinci yeri stress, yüklənmə və beyin xəstəlikləri tutur.

Həkim qeyd edib ki, qulaqlarda tez-tez səs-küyün eşidilməsi qan təzyiqinin kəskin artması və ya əksinə, düşməsi ilə izah olunur.

Mütəxəssis əlavə edib ki, bu əlamətlər güclü əsəb və psixoloji gərginlik, stress, həddən çox işləməklə də əlaqədar ola bilər.

Bundan əlavə, beyin xəstəlikləri, o cümlədən beyin xərçəngi diaqnozu qoyulan xəstələrdə də yaranır.