Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.
Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" əməliyyatı zonasında məhv ediliblər. Onlara aid xeyli sayda silah-sursat ələ keçirilib.
"Biz terroru kökündən silməyə qətiyyətli və qərarlıyıq", - deyə paylaşımda qeyd edilib.
Qeyd eədk ki, ötən gün Türkiyə ordusu tərəfindən İraqın şimalında daha 2 PKK terrorçusu zərərsizləşdirilmişdi.
Türkiyə ordusu sözügedən istiqamətdə əməliyyatlarını davam etdirir.
Milli.Az
Son günlər Azərbaycan Kinematoqrafçılar İttifaqındakı kütləvi istefalar, eyni zamanda tanınmış aktyor Hikmət Rəhimovun Prezident tərəfindən serialların çəkilişinə ayrılmış 6 milyon manatın mənimsənilməsi barədə səsləndirdiyi ittihamlar geniş müzakirələrə səbəb olub. Aktyor milyonlarla vəsaitin kimlər tərəfindən ələ keçirildiyini açıqlamasa da, onun fikirlərinə sənət yoldaşlarından dəstək gəlib və H.Rəhimovun həqiqəti dilə gətirdiyi bildirilib.
Bəs 6 milyonu kim "yeyib" və niyə bu barədə araşdırma aparılmır?
Milli.Az xəbər verir ki, bu barədə modern.az-a açıqlama verən Xalq artisti, kinorejissor Əbdül Mahmudov sensasion iddialar irəli sürüb:
"Serial məsələsinə aydınlıq gətirim. Hikmət onları bir-birindən ayırmayıb deyə qarışıqlıq yaranıb. Cənab Prezident kinostudiyada çəkilən filmlər üçün pul ayırıb. Televiziyalar hansısa sponsorun, şəxsi əlaqələrin hesabına özləri üçün əttökən, eybəcər, rüsvayedici seriallar çəkirlər. Özlərindən artistlər, mövzular icad edirlər. Əgər söhbət böyük kino mədəniyyətindən gedirsə, onun sahibi Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasıdır. Ora peşəkar mədəniyyət məbədgahıdır".
O, dövlətin ayırdığı pulların kim tərəfindən mənimsənilməsi məsələsinə də toxunub: "Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezident İlham Əliyev sağ olsun ki, müstəqillik dövründə ziyan görən mədəniyyət sahəsinə büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər. Amma bunu etmədilər. Ovaxtkı nazirin itə də borcu var idi. Ölkə başçısının ayırdığı pul Mədəniyyət Nazirliyi tərəfindən yeyildi. O pulun heç bir faizi kinoya sərf olunmadı. Maliyyə naziri çıxışında demişdi ki, kinoya bu qədər pul ayrılır, amma ortalıqda hələ bir şey yoxdur. Mən də məktub vasitəsilə ona bildirmişdim ki, kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox. Bir də ki, nəyə görə maraqlanmırsınız ki, ayrılan pul gəlib kinostudiyaya çatır, yoxsa yox? Çatmır pul. Pul ayrılıbsa, son qəpiyinə qədər kinoya xərclənməlidir. Bütün pulları Mədəniyyət Nazirliyi "hop" deyib yedi, 5-10 qəpik gözdən pərdə asmaq üçün xərclədilər. İndiki ağır dönəmdə dövlət kinonu yaşatmaq üçün pul ayırırsa, bunu mənimsəmək böyük cinayətdir. O pulu yeyənlərə demək istəyirəm ki, burnunuzdan gəlsin".
Tanınmış kinorejissor günlərdir gündəmdən düşməyən Azərbaycan Kinematoqrafçılar İttifaqını və sədr Şəfiqə Məmmədovanı da sərt tənqid edib: "Ölkədə bir ittifaq olmalıdır. Bu nədir axı? İki ittifaq var, hərəsinin öz büdcəsi, amma işə yaramırlar. İttifaqın kinonun inkişafında, fəaliyyətində zərrə qədər faydası yoxdur. Kinoya aid olmayan adamlar yığılıb ora. Onları kinostudiyanın qapısından içəri buraxan yoxdur. Bu nə özbaşınalıqdır? Min oyundan çıxırlar, camaat da elə bilir ki, günahkar kinostudiyadır. Şəfiqə xanım, sənin 80 yaşın var, sən nə işlə məşğul olursan? Sənin bu kinoya nə faydan var? İnsanları bölüblər, yarısı orada, yarısı burada. Hərəsi bir-birini topa tutur".
Şeyx Əbdül onu da qeyd edib ki, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi təşkilat ləğv olunmalıdır: "12 ildir qurultay çağırılmır. Çünki bilir ki, seçilməyəcək, onu atacaqlar bayıra. Bu da (Şəfiqə Məmmədova-red) özündən yalançı iclas keçirir, sədr seçdirir. Mən əlaqəli şəxslərdən, Mədəniyyət Nazirliyindən xahiş edirəm, bizim ittifaq nizamnaməyə əsasən, 5 ildən bir seçilməlidir və artıq 12 ildir seçilmir. Onlar vəzifələrini tutub, kef edirlər. Dövlətin büdcəsindən özləri üçün maaş düzəldib, qohumlarını, rəfiqələrini başlarına yığıblar. Dövlət bu ittifaqa pul ayırmamalıdır. Kinostudiya ehtiyac içində boğulur, ora kömək etmək lazımdır. Ümumiyyətlə, bu ittifaq ləğv olunmalıdır, çünki heç kimə lazım deyil, sadəcə pul yeməklə məşğuldurlar".
Milli.Az
bp bu il "Şahdəniz" qaz-kondensat yatağında daha 3 quyunu istismara verməyi planlaşdırır.
Onun sözlərinə görə, şirkət beşinci, şimal-şərq cinahını da işə salmağı planlaşdırır.
Qeri Cons bu sayədə Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin daha da artacağını hesab edir.
"Quyu proqramımız üzrə işlər də irəliləməkdədir. Planlaşdırılmış 26 quyudan artıq 21-i qazılıb, 19-u isə tamamlanıb − Onlardan dörd cinah üzrə 14-ü artıq istismardadır", - regional prezident qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına görə, 2022-ci ilin yekunlarına əsasən, "Şahdəniz" yatağında 25,2 milyard kubmetr təbii qaz hasil olunub.
"Şahdəniz"in təsdiqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olaraq dəyərləndirilir.
"Şahdəniz" layihəsində iştirak payı aşağıdakı kimidir: bp (operator) - 29,99 faiz, LUKOYL - 19,99 faiz, TPAO - 19 faiz, SOCAR - 14,35 faiz, NICO - 10 faiz və SGC - 6,67 faiz.
Milli.Az
Rusiyada göl qəfil şəkildə bütövlükdə yoxa çıxıb. Söhbət Yakutiyada, Çerkex kəndi yaxınlığında olan göldən gedir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artıq rusiyalı alimlər bu fenomeni araşdırmaq üçün ekspedisiya təşkil ediblər.
Onlar baş verənlərin səbəbləri barədə danışmağın hələ tez olduğunu və tədqiqatların ilkin nəticələrinin fevralın 6-dan sonra məlum olacağını deyiblər. Bununla belə mütəxəssislər son vaxtlar belə hadisələrin sayının çoxaldığını vurğulayıblar.
Yeri gəlmişkən, bəzi ekspertlər düşünürlər ki, gölün yoxa çıxması ilə dekabrda Xanqalas rayonu ərazisində qəfildən peyda olan çay arasında əlaqə var. Məlumata görə, həmin çayın suyu hətta 40 dərəcə şaxtada belə donmur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Hazırda Şuşada olan xarici qonaqlar yerli uşaqlara hədiyyələr veriblər.
Qalaya səfər zamanı qonaqlara şəhərin zəngin tarixi haqqında məlumat verilib.
Nümayəndə heyəti həmçinin Şuşada aparılan tikinti-yenidənqurma işləri ilə tanış olub.
Beynəlxalq səyahətçilər bugün Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvlərinin nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, məşhur Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu şəhərin mərkəzi meydanında şəkillər çəkdiriblər.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
"Bizdə şou-biznes əhli bir-biri ilə dost olurlar, sonra da düşmənə çevrilirlər".
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri prodüser Anar Mədətov qonaq olduğu "7 özəl" verilişində deyib.
Anar şou əhlinin paxırını açıb, onların əslində bir-birinə qarşı düşmən mövqeyində olduğunu bildirib.
"Şou əhli şou-biznesi kənara qoyub, ailə problemlərinə canfəşanlıq edirlər. Canfəşanlıq edir, ailəvi dosta çevrilir, bir-birilərinin zibillərini biləndən sonra isə başlayırlar onları mediaya yaymağa. Hər zaman demişəm, iş iş olmalıdır, lap müğənni ilə də işləsən, vacib deyil ki, onunla dostluq edəsən. Kənarda olanda, heç kim sənə iş barəsində o sualları verməyəcək. Belə olanda baş-beynin də getmir".
Milli.Az
Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi üçün yeni cərimələr müəyyənləşir.
Dəyişikliyə əsasən, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə ediləcək.
Yuxarıda qeyd edilmiş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər səkkiz yüz manat məbləğdə, vəzifəli şəxslər iki min manat məbləğdə, hüquqi şəxslər dörd min manat məbləğdə cərimə ediləcək.
Milli.Az
Qarabağ inanılmaz dərəcədə gözəl regiondur.
"Bu mənim təkcə Qarabağa deyil, həm də Azərbaycana ilk səfərimdir. Bura inanılmaz dərəcədə gözəl regiondur. Biz artıq Füzuli şəhərindəki yeni limanla tanış olmuşuq. Deməliyəm ki, bu, olduqca müasir infrastrukturdur. Həmçinin, gəldiyimiz yolların keyfiyyətini də qeyd etmək istərdim", - o deyib.
Vayts Şuşa şəhərinin yaxınlığındakı dinc etiraz aksiyasında onlara azad olunmuş ərazilərdəki mina təhlükəsindən bəhs olunduğunu vurğulayıb.
Səyahətçi Azərbaycan xalqını xüsusən istiqanlı və qonaqpərvər olduğuna görə sevdiyini qeyd edib.
Xatırladaq ki, fevralın 4-də beynəlxalq nümayəndəliyin işğaldan azad olunmuş Azərbaycan ərazisinə altıncı səfəri baş tutub.
Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.
Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.
Milli.Az
"Məndən tez-tez hansı Azərbaycan yeməyini xoşladığımı soruşurlar. Gözəl səhər yeməyi yanında qaymaq və bal ən çox sevdiyimdir".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz tviter hesabında yazıb.
Bu səhər iqlim dəyişmələri sahəsində Azərbaycanın iki mühüm eksperti ilə görüşdüyünü qeyd edən səfir, həmçinin səhər yeməyindən fotolar paylaşıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Prezident İlham Əliyev A.X.Rafailovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Milli.Az
Müğənni Nura Suri arxiv görüntüsünü paylaşıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, o, 2000-ci ildə Misirdə lentə alınan fotosunu instaqramın hekayə bölümündə yerləşdirib.
Nura həm də o dövrdə istifadə etdiyi brend geyim və aksesuarları şəkildə vurğulayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Türkiyənin TUSAŞ şirkəti HÜRJET təlim təyyarəsinin ilk prototipini anqardan çıxararaq mühərrikini işə salıb.
Milli.Az xəbər verir ki, bununla bağlı TUSAŞ şirkəti sosial şəbəkə hesablarında paylaşım edib.
TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan reaktiv mühərrikli HÜRJET təlim təyyarəsi ilk dəfə anqardan ötən ilin dekabrında çıxarılıb. Həmin vaxt təyyarə evakuatoru vasitəsi ilə anqardan çıxarılan birinci prototip eniş dəstləriylə təchiz edilsə də, mühərriki üzərinə inteqrasiya olunmamışdı.
Qeyd edək ki, TUSAŞ şirkəti HÜRJET-in ilk uçuşunu 18 mart 2023-cü ildə reallaşdırmağı planlaşdırır. (publika)
Milli.Az
Virusun biri bitir, digəri başlayır. Mövsümi qriplər, koronavirus və ona bənzər respirator viruslar uşaqlar arasında daha çox yayılıb. Bəs immuniteti qaldırmaq üçün nə edə bilərik? İnsanlar arasında zəncəfil-limon-bal qarışımı məşhurdur, lakin burada dozanı aşmamaq gərərkdir. Görkəmli şairimiz Nizami Gəncəvinin dediyi kimi, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd erir su da.
Milli.Az big.az-a istinadən bildirir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu qonaq olduğu verilişlərin birində insanlara immuniteti qaldıran təbii məcunun düzgün reseptini açıqlayıb.
O vurğulayıb ki, mədəsində xora olan insanlarda həddən artıq limon və bal qanaxmaya səbəb ola bilər.
Zəncəfilin miqdarı 20 qramı aşmamalıdır. Zənəfilin şirəsi (yaxud tozu) cökə balı və 0,5 çay qaşığı limon suyu ilə qarışdırılıb gün ərzində bir dəfə içilə bilər. Mədə problemi, qıcqırma, turşuluq varsa, yeməkdən iki saat sonra qəbul edilməlidir.
Həkim digər bir resepti də izləyicilərlə paylaşıb. Onun sözlərinə görə, sarıkök, zəncəfil, zəfəranın hərəsindən bir çimdik götürüb, 100 ml ilıq suda həll edərək gündə bir dəfə içmək faydalıdır. Bu, qanı durulaşdıracaq, immuniteti artıracaq, qan dövranını yaxşılaşdıracaq, baş-əzələ ağrılarını aradan qaldıracaq.
Milli.Az
"Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra münasibətlər həddindən artıq gərginləşdi. Azərbaycan səfirlik əməkdaşlarını təxliyə etdi, artıq bizim onlarla hər hansısa bir diplomatik münasibətimiz qalmadı. Amma hələlik Təbrizdəki baş konsulluğumuz fəaliyyətini davam etdirir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, son dövrlər İranın bizə qarşı artan təhdidləri, onların ayrı-ayrı vəzifəli şəxslərinin Azərbaycanı təhdid etməsi qırmızı xətti keçib: "Azərbaycan müstəqil olduqdan sonra İran daim bizə qarşı kəşfiyyat pozuçuluq işləri aparmış, Azərbaycanı özü kimi islam respublikası etməyə çalışıb, hətta Azərbaycanı İrana birləşdirmək yolunda da addımlara əl atıb. Lakin bütün bunların qarşısı vaxtaşırı alınıb. İran cəsusları həbs edilib və onların Azərbaycanda hansısa aksiya keçirmələrinin qarşısı alınıb.
Biz hər zaman İranla dinc qonşuluq şəraitində yaşamağa çalışmışıq. İran isə fars-molla rejimindən istifadə etməklə özlərinin pozuçuluq işlərini həyata keçiriblər. Biz güman edirik ki, xaricdən idarə olunan fars molla rejimi hakimiyyətdən gedəcək. Düşünürəm ki, bu proseslər yaxın zamanda həyata keçəcək. İran yeni bir dünyəvi dövlət olacaq, Azərbaycanla da sıx qonşuluq şəraitində yaşayacaqlar".
Milli.Az
Amerikalı aktyor və kinorejissor Silvestr Stallone ailəsinə həsr olunmuş realiti-şouda iştirak edəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyorun özünün, həyat yoldaşı Cennifer Flavin Stallone və üç qızı Sofiya, Sistina, Skarletin iştirak edəcəyi "The Family Stallone" layihəsini Paramount+ kinostudiyası hazırlayacaq.
"Kinematoqrafiya tarixinin ən simvolik personajlarından bəzilərini canlandırdıqdan sonra üçqat "Oskar" mükafatına namizəd Silvester Stallone kameralara həyatının ən böyük rolu hesab etdiyi ata rolunu təqdim etməyə hazırdır", - deyə press-relizdə bildirilir.
Realiti şou səkkiz seriyadan ibarət olacaq.
Layihənin premyerası bu ilin yazına planlaşdırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Avrasiya tunelindən keçən 100 milyonuncu avtomobilin sahibinə sürpriz edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazir Adil Karaismailoğlu Avrasiya tunelindən 100 milyonuncu avtomobilin keçməsi ilə əlaqədar tunel idarəetmə mərkəzində açıqlamalar verib. O xatırladıb ki, İstanbul Boğazının iki tərəfini dənizin altı ilə birləşdirmək istəyi 1860-cı ildə Sultan Abdülməcidin layihənin hazırlanmasına göstəriş verməsi ilə başlayıb.
Karaismailoğlu qeyd edib ki, o gündən sonra gerçəkləşməsi yuxu kimi gələn bu layihə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə reallığa çevrilib. Marmaray və Avrasiya Tunelinin iki qitənin bir-birinə birləşdiyini bildirən nazir vurğulayıb ki, hər iki tunel nəqliyyat sahəsində dünyanın ən mühüm və uğurlu mühəndislik layihələri kimi tarixdə öz yerini tutub.
"Bir daha vurğulamaq istərdim ki, Avrasiya Tuneli dünyanın ən uğurlu mühəndislik layihələrindən biridir. Bu, böyük və güclü Türkiyənin əsəridir", - deyə nazir qeyd edib.
Açıqlamalardan sonra nazir Karaismailoğlu və onu müşayiət edənlər Avrasiya Tunelinin Anadolu Yakasındakı girişində 100 milyonuncu avtomobilin keçməsini gözləyiblər.
Tuneldən keçən 100 milyonuncu avtomobil polis qrupları tərəfindən dayandırılıb. Avtomobilin sürücüsü ilə bir müddət söhbət edən Adil Karaismailoğlu ona çiçək və hədiyyələr verib.
Milli.Az
Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O, nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycan cəmiyyətində uşağa, qadına və ahıla hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının, dini etiqadının və mentalitetinin dərin qatlarına söykənir. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən, məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.
Son illərdə dövlətimizdə həyata keçirilən hüquqi islahatların təşəbbüskarı məhz dövlət başçısı cənab İlham Əliyev olmuşdur. Bu islahatlara cəza siyasətinin dekriminallaşdırılması, ədalət mühakiməsi sahəsində islahatların daha da dərinləşdirilməsi və s konseptual məsələlər aid olmuşdur. Lakin bir tərəfdən müəyyən sahədə, məsələn iqtisadi sahədə törədilən cinayətlər humanistləşsə də, digər tərəfdən cəmiyyət və milli mənəvi dəyərlər, xüsusilə uşaq hüquqlarının qorunması, onlara qarşı törədilə bilən cinayətlərə qarşı həm preventiv tədbirlərin, həm təqsiri olan şəxslərin ən ağır şəkildə cəzalanmasını nəzərdə tutan islahatlar daima cənab Prezidentin hüquq siyasətinin tərkib hissəsi olmuşdur. Belə ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə hazırlanan və yetkinlik yaşına çatmayan şəxslərin cinsi toxunulmazlığına və cinsi azadlığına qarşı cinayətlərin törədilməsinə görə cəzaları sərtləşdirən qanun layihəsi Milli Məclisin payız sessiyasının 27 dekabr 2022-ci il tarixli iclasında 3-cü oxunuşda qanun qəbul edildi. Bu Qanunda əsas məqamlardan biri bu əməllərdən zərər çəkən uşaqların yaş kateqoriyasına görə cəzaların sərtləşdirilməsi oldu. Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və parlamentin digər komitələrinin iclaslarında, eyni zamanda Milli Məclisin hər üç oxunuş iclaslarında qanun layihəsinin əhəmiyyəti və tez bir zamanda qəbul edilməsinin zəruriliyi tərəfimdən məruzə edilərək, nəticədə cənab Prezidentin bu təşəbbüsü Milli Məclisin rəhbərliyi və demək olar ki, bütün deputat həmkarlarım tərəfindən də dəstəkləndi.
Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.
Bir neçə gün əvvəl Bakının Sabunçu rayonu ərazisində 14 yaşlı uşağa qarşı ən ağır cinayət hesab edilən zorlama cinayətinin törədilməsi xəbərini hər birimiz hiddət və ürək ağrısı ilə öyrəndik... Bu qeyri-insani əməl həm də uşağın ölümünə də səbəb oldu.
Bildiyimiz kimi, cəza həm sosial ədalətin bərpası, cinayətkarın cəzalandırılması və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan, baş verən bu dəhşətli faciədə yeganə təsəllimiz artıq qanuni qüvvəyə minmiş qanundur. Bu iyrənc, xüsusilə ağır cinayət kateqoriyasına daxil olan bu əməlləri törədənlər bundan sonra on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Təcrübə göstərir ki, təcavüzkar insanlara qarşı nə qədər sərt cəza tətbiq edilsə, təcavüzlərin sayında bir o qədər azalma müşahidə ediləcək. Dünya praktikasında uşaqlara qarşı zorakılıq edən təcavüzkarlar ən sərt şəkildə cəza alırlar. Bura ölüm hökmü də daxil olmaqla ömürlük azadlıqdan məhrum etmələr aiddir. Təbii ki, cəzaların tətbiqi prosesində törədilən cinayətin dərəcəsi də nəzərə alınır.
Uşaqlar bizim gələcəyimizdir. Əgər bu gün uşaqlar sosial-psixoloji olaraq tam sağlam şəkildə böyüyürsə, bu, bizim gələcəyimizin sağlam olmasından xəbər verir. Cəmiyyət olaraq icazə verməməliyik ki, uşaqların təmiz, saf ruhları kimlərinsə mənfur əməlləri ilə çirklənsin.
Əminə Ağazadə,
Milli Məclisin deputatı