Britni Spirs bu dəfə köməkçisini döydü

39 yaşlı Britni Spirsin həyatındakı qalmaqallar bitmək bilmir.

101.az xarici mediaya istinadən xəbər verir ki, ifaçı ilə bağlı növbəti qalmaqal yaşanıb. Bu dəfə Britni evdə çalışan işçisinə hücum etməkdə günahlandırılır.

Mübahisəyə səbəb ifaçının iti olub. Köməkçisi Spirsin itlərini həkimə aparıb, onlarla yaxşı rəftar olunmamasından gileylənib. Evə qayıdanda müğənni ilə aralarında mübahisə başlayıb.

Köməkçi bildirib ki, Britni əlindəki telefonu ona tərəf atıb və onu vurub. Bundan sonra zərər çəkən qadın polisə zəng edib. İfaçının meneceri isə belə bir mübahisənin olmadığını iddia edib. Vəkil isə bunun sadə bir mübahisə olduğunu deyib. O bildirib ki, Spirs qadına heç bir xəsarət yetirməyib.

Mənbə:
0
419
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar