Bu gecə Bakıdan Alanyaya uçan təyyarə havaya qalxmadı - SƏBƏB

Bakı-Alanya istiqamətində uçuş yerinə yetirməyə hazırlaşan "Pegasus" şirkətinə məxsus təyyarə Antalyada baş verən meşə yanğınları səbəbindən havaya qalxmayıb.

Turizmplus.az Holidaynews.az-a istinadən xəbər verir ki, Bakı-Alanya 00:35 reysli təyyarənin necədə yolla düşəcəyi barədə hələ məlumat yoxdur. Hava Limanında qalan turistlər şirkət tərəfindən su və yeməklə təmin olunub. Bakıda qalan bütün sərnişinlər Sheraton Hotelində yerləşdirilib. Məlumatı "Pegasus" Bakı ofisi təsdiqləyib.

Onu da qeyd edək ki, Alanya-Bakı istiqamətində də qayıdan turistlər Qazipaşa Hava Limanında gözləmədədirlər.

 

Mənbə:
0
458
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar