Ermənistan döyüş təlimlərinə başlayır – Bakıya təzyiq, yoxsa yeni müharibə planı?

Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbi qulluqçuları və əsgərləri döyüş təlimlərinə cəlb edir.

Qlobal.az erməni mediasına istinadən xəbər verir ki, təlimlər avqustun 25-dən noyabrın 25-dək davam edəcək. Təlimlərdə 2 min nəfərə yaxın ehtiyatda olan hərbi qulluqçu və əsgərin iştirak etməsi planlaşdırılır.

Erməni hərbi ekspertlərin fikrincə, təlimlər Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində yaranmış gərginliklə bağlıdır. Onlar hesab edir ki, rəsmi İrəvan bu yolla Azərbaycanı sərhəd məsələsindəki mövqeyindən geri çəkilməyə məcbur etmək niyyətindədir.

Bununla rəsmi Bakıya təsir etmək əlbəttə ki, mümkün deyil. Azərbaycan 44 günlük müharibədə hərbi üstünlüyünü lazımi səviyyədə göstərə bilib. Digər tərəfdən, sərhədlərin delimitasiyası və demarkasiyası bölgədə dayanıqlı sülhün bərpa olunması üçün zəruridir. Azərbaycan da prosesin hər hansı gərginlik baş vermədən həyata keçirilməsinə çalışır. Ermənistan isə bunun əksinə olaraq müxtəlif avantürist addımları ilə Azərbaycanı müharibəyə təhrik edir.

Siyasi analitiklərin fikrincə, Ermənistanın bu addımları rəsmi İrəvanın Qarabağda yeni eskalasiyaya hazırlığı kimi də dəyərləndirilə bilər. Ermənistan ordusunun yenidən qurulması, silah tədarükünə başlaması və hətta ehtiyatda olan hərbi qulluqçuları da prosesə cəlb etmək bu hazırlığın tərkib hissəsi sayıla bilər.

 

Mənbə:
0
411
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar