Gəncəli boksçu daha bir qələbəyə imza atıb

Gəncədən olan peşəkar boksçu Şahlar Nağıyev daha uğurlu bir qələbəyə imza atıb. Belə ki, o, Türkiyənin İstanbul şəhərində keçirilən Dünya kəməri uğrunda reytinq döyüşləri zamanı peşəkarlar arasında 76 kiloqram çəkidə rəqibi özbək boksçu Murot İsmatullayevə qalıb gəlib.

Bu Şahlar Nağıyevin peşəkarlar arasında keçirdiyi sayca 14-cü döyüşüdür.

Qeyd edək ki, Şahlar Nağıyev erkən yaşlarından boksla məşğul olur. O dəfələrlə Azərbaycan çempionu, Avropanın bürünc mükafatçısı, Dünya kuboku mükafatçısı və peşəkarlar arasında Dünya WBCA kəmərinin sahibidir.

Mənbə:
0
205
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar