• Şikayət et

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ + VİDEO

Bu günlərdə payız mövsümündə yaz havasını müşahidə edilir.

Havanın temperaturu bəzən günorta saatlarında 20 dərəcəyədək yüksəlir. Hazırda havanın temperaturu iqlim normasından 7 dərəcə yüksəkdir.

Havaların mülayim keçməsinin səbəbi isə ölkə ərazisində cənub-şərq küləyinin üstün olmasıdır.

Amma hidrometeoroloqlar noyabrın 27-dən havanın temperaturunun tədricən düşəcəyini, hətta qar yağacağını proqnozlaşdırırlar.

Bölgələrdə də sabah şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə isə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Noyabrın 29-u axşamdan dekabrın 2-dək yağıntıların bir qədər də intensivləşəcəyi proqnozlaşdırılır.

Mənbə:
0
291
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar