• Şikayət et

Lənkəranda güclü sel bir sıra problemlər yaradıb

Lənkəranda güclü yağışlar nəticəsində gələn sel suları bir sıra problemlər yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, 3 gündür yağan yağış sakinlərin gediş-gəlişi üçün bir sıra çətinliklərə səbəb olub.

Əsasən şəhərin 1 və  2-ci mikrorayon ərazilərində yaşayış binalarının qarşısında, Hənifə Abdullayev, Böyük Bazar küçələrində yağış suları həyətlərə dolub.

Eləcə də məktəbin qarşısına da yağış suları yığıldığından şagirdlərin məktəbə girişində problemlər yaranıb.

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov bildirib ki, şəhər ərazisində sel sularından yaranmış problemləri aradan qaldırmaq üçün Fövqəladə hallar komissiyası tərəfindən qruplar yaradılıb. 

Qeyd edək ki, Lənkərana leysan xarakterli  yağan yağış davam edir.

Mənbə:
0
386
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar