• Şikayət et

Lənkəranda məktəbli döyülüb - VİDEO

Lənkəran rayonu, Viyən kəndində məktəbli döyülərək ağır vəziyyətə salınıb.

Xezerxeber.az-ın məlumatına görə, Viyən kənd tam orta məktəbinin  XI  sinif şagirdi axşam saatlarında kəndin ərazisində naməlum şəxs və ya şəxslər  tərəfindən döyülüb.  Xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Həkimlər şagirdin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Yaxınlarının sözlərinə görə, onun kənddə heç kimlə bir münaqişəsi olmayıb. Ozü də ali məktəbə hazırlaşır.

Şagirdin  ailəsi bu hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirildi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır. 

Mənbə:
0
280
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar