• Şikayət et

"Qara cümə" endirimləri: Vətəndaşlar endirimlərin reallığına inanırmı? - VİDEO

Dünyada "Qara cümə" ilin ən unudulmaz və parlaq günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. bakıda da bu gün münasibətilə 30- 50 faiz endirim elanlarını görmək mümkündür.

Hazırda mağazalarda olan "Qara  cümə" və ya "Xoşbəxt cümə" sloqanı ilə yazılar insanları endirim fürsətlərindən yararlanmağa cəlb etsə də, bəziləri bu endirimlərin reallığına inanmır.

Əsasən 1 gün tətbiq edilən bu endirim bayramını ölkəmizdə mağzalar əsasən 3-4 gün müddətinə tətbiq edirlər. Xaric ölkələrdəki kimi endirim fazilərinin daha böyük olmamasını isə satıcılar özünəməxsus şəkildə izah edirlər.

Mütəxəssislər isə bildirir ki, bu endirimləri tətbiq edərkən əslində sahibkar istər yeni mövsüm, istərsə də köhnə sezon mallarında heç bir itki vermir. Çünki bütün endirimlərdə öz qazancını qoruyaraq bunu tətbiq edir.

İdxalçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elxan Mərdanlı bildirib ki, digər ölkələrdə böyük endirimlərdə sahibkar gəlir əldə etsə də, bizdə bunun tam əksi olur. Bunun isə bir çox səbəbləri var.

Onun sözlərinə görə, ölkəmizdə "Qara cümə" günlərində müştərilərə heç bir aldatma və ya neqativ hadisələr yaşanmır. Əgər müştərilər belə hallarla üzləşirlərsə, o zaman aidiyyəti qurumlara bununla bağlı faktlar göstərməklə məlumat verilməlidir. Bundan sonra həmin mağazalar haqqında tədbir görülə bilər.

Mənbə:
0
360
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar