Qazaxda şəhid həkimin doğum günündə adını əbədiləşdirən bulaq-abidə kompleksinin və barelyefinin açılışı olub

2020-ci ilin 27 sentyabr tarixi Qarabağ adlı haqq savaşımıza çıxdığımız gündür. O gün ki, yaddaşlara bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. 44 gün davam edən həmin savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Uzun illərin ayrılığından sonra işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Və 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi həkk olundu.

Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Bu gün 26 yaşını qeyd etdiyimiz şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu da Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdandır.

Avqustun 12-də igid Vətən oğlunun doğum günündə şəhərin mərkəzində, Rayon Mərkəzi Xəstəxanasının qarşısında adını əbədiləşdirən bulaq-abidə kompleksinin və yaşadığı evin önündə barelyefinin açılışı olub.

Mediaxeberleri.az-ın yerli bürosu xəbər verir ki, açılış tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədov, birliyin üzvlərindən Həsrət Pirməmmədov, Zaməddin Ziyadoğlu, Səbinə Yusif, Ələddin KəsəmənliTƏBİB-in əməkaşları Kəmalə Ağayeva, Fatma Sönmeziç, Rəna Hüseynova, Rövşən Tahir, Rayon Mərkəzi Xəstəxanasının həkimləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, şəhidimizin vaxtilə təhsil aldığı məktəbin müəllim və şagirdləri, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin üzvləri, şəhidimizin döyüş yoldaşları, tələbə yoldaşları, ailə üzvləri, yaxınları, doğmaları, rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə igid Vətən oğlunun şəhər qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Qəhrəman şəhidimizin xalqımızın və qazaxlıların qəlbində əbədi yaşayacağı vurğulanıb.
Sonra Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında şəhdimizin adına tikilmiş bulaq-abidə kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin məzarı başında və bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək Adil Əfəndiyev kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Adilin xatirəsinin daim əziz tutulacağını bildirib. İcra başçısı 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın, eləcə də Adilin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb.
25 yaşında Şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidimizin döyüş meydanında göstərdiyi fədakarlıqdan danışan icra başçısı Adilin qısa ömrünə yüz illərin qəhrəmanlığını sığdırdığını bildirib. Hər kəsə nümunə olacaq qəhrəmanlığı ilə adını tarixə yazdırdığını söyləyib. Rayon rəhbəri onun bu şücaətinin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, Adil Əfəndiyevin ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasını şəhidimizə verilən ən böyük dəyər kimi qiymətləndirib.
Rayon rəhbəri şəhidin adına tikilmiş bulaq-abidə kompleksinin inşa olunaraq sakinlərin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulaqların inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olur.
“Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Şəhidimizin ailəsi bizim hər birimizin ailəsi, ailə üzvü, doğmasıdır. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim” – deyən icra başçısı şəhidimizin hər zaman hörmət və ehtiramla anılacağını bir daha dilə gətirib.
Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tez zamanda şəfa tapmalarını arzulayıb. Öz başlanğıcını 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərindən götürən 44 günlük Vətən müharibəsindən söz açan İ.Pirməmmədov həmin müharibədə hər günün xüsusilə hesablandığını, bütün döyüş planlarının şəxsən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən icra edildiyini qeyd edib. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun 44 gün davam edən savaşda Qələbə qazanacağının, tarixi zəfərin bizim olacağı günün hər kəsə gün kimi aydın olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində torpaq uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin sayəsində böyük Qələbənin əldə olunduğunu bildirib. Tarixi qalibiyyətimizə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Adil Əfəndiyev kimi oğullarımıza borclu olduğumuzu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açan İ.Pirməmmədov həmin qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən olduğu kimi icra edildiyini qeyd edərək bunu yüksək qiymətləndirib.
Tədbirdə iştirak edən qonaqlardan TƏBİB-də stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, rəhbərlik adından səmimi ürək sözlərini çatdırıb. Vaxtilə Azərbaycan Tibb Universitetində dərs dediyi igid bir oğulun adına təşkil olunmuş tədbirdə iştirak etdiyi üçün qürur duyduğunu bildirib. K.Ağayeva istər COVID-19 pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsində həkimlərimizin böyük fədakarlıq göstərdiyini qeyd edib. Həkimlərimizin döyüş meydanında göstərdikləri fədakarlıqdan söz açan K.Ağayeva bunun bariz nümunəsi olaraq doğum gününə toplaşdığımız Adil Əfəndiyevin döyüş yolunu, göstərdiyi igidliyi, qəhrəmanlığı göstərib. Adilin həkim kimi öz andına sadiq qalaraq peşəsini layiqincə yerinə yetirdiyini, döyüş meydanında ondan kömək istəyən yoldaşlarının, hərbçilərimizin həyatını xilas etdiyini bildirib. Döyüş meydanında qəhrəmancasına şəhid olan Adil tək oğullarla hər birimizin fəxr etdiyini bildirib. Adil kimi qəhrəman övlad böyütdükləri üçün ata və anası qarşısında baş əydiyini, şəhidlərimizin ailələrinə borclu olduğumuzu söyləyib.
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək həkim şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 25 yaşında gənc həkim kimi vəzifə borcunu layiqincə yerinə yetirərək uca zirvəyə Şəhidlik zirvəsinə yüksələn Adil Əfəndiyevin göstərdiyi şücaətin bütün həkimlərimizə, xüsusilə də gənc həkimlərimizə nümunə və örnək olduğunu bildirib. Adilin qısa bir ömür yaşamasına baxmayaraq, həmin ömrə yüz illərin işini sığdırdığını, öz igidliyi, qəhrəmanlığı ilə şərəfli bir iz qoyduğunu vurğulayıb. Adil kimi qəhrəman oğullarımızla hər zaman fəxr etdiyini, onların əziz xatirələrini daim yaşatmaq üçün səhiyyə işçiləri olaraq bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək şəhid həkimimizin əziz xatirəsini ehtiramla yad edib. Şəhidimizin keçdiyi döyüş yolunun, göstərdiyi qəhrəmanlığın yetişməkdə olan gənc nəsil üçün əsl məktəb, örnək olduğunu söyləyib. Vətənə, torpağa sevginin öncə ailədən, sonra isə məktəbdən başladığını qeyd edən N.Babanlı Adilin ziyalı ailəsində vətənpərvər ruhda böyüdüyünü bildirib. Təhsil işçiləri olaraq şəhidlərimizin xatirəsini daim əziz tutmağı, gələcək nəsillərə tanıtdırmağı ən ümdə iş bildiklərini qeyd edib.
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev çıxış edərək 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəni şəhidlərimizin canı, qanı bahasına qazandığımızı bildirib. Bizə tarixi Qələbəni bəxş edən şəhidlərimizin, onların ailələrinin qarşısında baş əydiyini söyləyib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək şəhidlərimizi böyüdən valideynlərin övladları kimi qəhrəman olduqlarını diqqətə çatdırıb. Bu cür oğullar böyüdən şəhid atalarının, analarının hər birimizin əzizi, doğması olduğunu söyləyib. Ölkə başçısının tövsiyəsi əsasında şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının Qazaxda olduğu kimi hiss edildiyini, həmin diqqət və qayğının rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə icra olunduğunu qeyd edib. Qəhrəman şəhidimizə yazdığı “Adil bulağı” adlı şeirini söyləyən B.Vüsal şəhidimizin əziz xatirəsini ehtiramla yad edib.
Şəhidmizin vaxtilə təhsil aldığı Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək bugünkü günün məktəb kollektivi üçün həm kədərli, həm də qürurverici bir gün olduğunu qeyd edib. Məktəb kollektivi olaraq şagirdləri olmuş qəhrəman, igid Adillə hər zaman fəxr edəcəklərini dilə gətirib. “Adil babasının həbçi olmaq, nənəsinin həkim görmək arzusunu çin etmişdi. İkisinin arzusunu yerinə yetirərək hərbi həkim olmuşdu”, – deyən məktəb direktoru onun öz arzusuna çatmaq üçün səylə çalışdığını, hər zaman məktəbdə nümunəvi şagird olduğunu bildirib. Adilin məktəb illərindən seçildiyini, Şəhidlik zirvəsinə yüksəlməklə də bunu bir daha sübut etdiyini vurğulayıb.
Şəhidimizin ibtidai sinif müəllimi Xatirə Mustafayeva da şəhid şagirdi haqqında xatirələrini bölüşüb. O, Adilin Vətən, torpaq sevdalı olduğunu, yalnız bu amal üçün yaşadığını bildirib.
Şəhidimizin döyüş yoldaşları adından çıxış edən kapitan Rəhman Muradov şəhidmizin ailəsinə başsağlığı verərək bugünükü tədbirdə iştirak etməyi özlərinə borc bildiklərini qeyd edib. Döyüş yoldaşaları kimi hər zaman Adilin ailəsinin, eləcə də digər şəhid yoldaşlarının ailələrinin yanında olacaqlarını söyləyib. Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında bundan sonra da birləşməyə, onun “İrəli!” əmrini yerinə yetirməyə hazır olduqlarını qeyd edib.
Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubov çıxış edərək övladı Mayis, Xüsusi Təyinatlı Qüvvələrdə onunla bir yerdə xidmət etmiş Adil kimi qəhrəman oğullarımızla fəxr etdiyini bildirib. Qəhrəman şəhidlərimiz haqqında danışmağın kədərli olduğu qədər də qürurverici olduğunu qeyd edən şəhid atası şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını söyləyib.
“Torpaqlarımızın düşmən işğalından azad olunması, övladımın, eləcə də bütün şəhidlərimizin qisasının alınması ən böyük təsəllim idi. Adil kimi igid oğullarımızın sayəsində bu gün biz şəhid analarının arzuları çin oldu. Həmin oğullarımız şəhid qardaşlarının qisaslarını alaraq torpaqlarımızı yağı düşməndən azad etdilər”, – deyən şəhid Şahin Süleymanovun anası Tamella Süleymanova bütün şəhidlərimizə borclu olduğumuzu bildirib.
Şəhid gizir Niyazi Mustafayevin həyat yoldaşı Kifayət Mustafayeva çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib. Qəhrəman oğulların anaları, həyat yoldaşları kimi hər zaman başlarını dik tutduqlarını, qürur duyduqlarını dilə gətirib.
Məktəblilər də qəhrəman şəhidimizə olan ehtiramlarını bildiriblər. Şəhidin yaxın qohumları Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin VII A sinif şagirdi Selcan Carçıyeva, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin VIII A sinif şagirdi Fərid Əliyev, şəhidmizin təhsil aldığı Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin VIII sinif şagirdləri Nuray Xasməmmədova, Əzizə Əmiraslanova, IV sinif şagirdi Elgün Comərdli şəhid həkimə həsr olunmuş şeiri səsləndirərək qəhrəman şəhidimizin xatirəsini yad ediblər.
Şəhid atası Qədir Əfəndiyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı Adil və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin Adil və onun kimi qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.

 

Mənbə:
0
417
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar