Şair: "Möhtərəm Prezidentlə dialoqum oldu və bu məni yaşadır"

"Adam inana bilmir ki, indi Şuşadadır. Burdakı jurnalist dostlara sual verib deyirəm ki, keçən ilin bu vaxtı ağlına gələrdi ki, gələn il Şuşada olacaqsan? Deyirlər ki, Vahid müəllim, yox”

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. V.Əziz Şuşa səfəriylə bağlı öz xoş təəssüratlarını bizimlə bölüşüb:

"İnanın ki, hər şey adama yuxu kimi gəlir. Burda hava təmizdir, yorğun olursan yatırsan. Ömrümün nə əvvəlində və nə də bundan sonrakı günlərində belə xoş günüm ola bilməz. Möhtərəm Prezidentlə dialoqum oldu və bu məni yaşadır. Mən vaxtilə 1982-ci ildə nümayəndə heyətinin tərkibində Şuşada olmuşam və sonra da 1989-cu ildə Şuşada olmuşdum. Ölkə başçısının adamla dialoqa girməsi onun sadəliyindən xəbər verir, insanı bu yaşadır. Bu ədəbiyyata, şairə, vətəndaşa hörmətdir. Çox möhtəşəm bir görüş oldu. Hətta bir şeir yazmışam və adı da belədir ki, "İki fateh var, birisi Ərdoğandır, birisi İlham”. Mənə prezident təqaüdü verəndə təşəkkür məktubun arasında bu şeiri də prezidentə göndərmişdim. O şeirdən yəni ki, prezidentin də xəbəri var”.

Mənbə:
0
255
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar