• Şikayət et

SOCAR-ın benzini yoxlanılacaq - Dövlət Xidməti hərəkətə keçdi

SOCAR yanacaqdoldurma məntəqələrində yoxlamalara başlanacaq.

Yoxlamaları "SOCAR Petroleum" QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aparacaq.

Bəzi sürücülər iddia edirlər ki, SOCAR yanacaqdoldurma məntəqələrindəki "Aİ -92" markalı benzinin keyfiyyətində problemlər var. Bəzi vaxtlarda isə satılan benzin çənə əskik vurulur.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirildi ki, satılan yanacağın keyfiyyət və həcm normativlərinə əməl edilməsi üzrə SOCAR yanacaqdoldurma məntəqələrində nəzarət tədbirlərinə başlanıb. Həmçinin satış zamanı istismar olunan ölçmə vasitələrinin metroloji yoxlanması və digər müvafiq fəaliyyətlərin icra olunması planlaşdırılır.

Bununla bağlı SOCAR-a sorğu göndərdik. Amma qurumdan məsələyə münasibət bildirilmədi.

Mənbə:
0
384
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar