• Şikayət et

Xəzərin sahilində aşkarlanan maddə təşvişə SƏBƏB OLDU - VİDEO

Bu gün səhər saatlarında Binəqədi rayonu, Goradil çimərliyi ərazisində mənşəyi məlum olmayan maddə aşkarlanıb. Ağ rəngli maddə bütün sahil boyu yayılıb, hətta dənizin üzərini də əhatə edib.

1 km-dən uzun məsafə mənşəyi məlum olmayan ağ maddə ilə örtülüb.

Sahildə geniş əraziyə səpələnən bu plastik hissəciklərin hansısa təhlükəyə səbəb olacağı ehtimalı ətrafda yaşayanları narahat edir.

Sakinlər deyirlər ki, bu maddələr əraziyə bu gün atılıb, əvvəlki günlərdə sahil təmiz olub.

Sahildə mənşəyi məlum olmayan bu maddələrlə yanaşı, müxtəlif heyvan leşlərinə də rast gəlinir. Bu isə heyvan ölümlərinin bu maddə ilə əlaqəsinin olub-olmadığı sualını ağıllara gətirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları da hadisə yerində olub, vəziyyəti yerində araşdırıblar. Baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib.

Mənbə:
0
298
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar