Ukraynalı hərbi ekspert Azərbaycanın Vətən müharibəsindəki qələbəsini şərh etdi

0:00
0:00

Unudulmaz bir tarix - işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə başa çatan Vətən müharibəsinin başladığı 27 sentyabr yaxınlaşır. Bu müharibədən hələ də danışılır, döyüş fəaliyyətlərinin gedişatı təhlil edilir.

Ukraynanın Regionlararası Xüsusi Təyinatlı Veteranlar Birliyi Şurasının üzvü, hərbi ekspert Andrey Kornitski də Oxu.Az-a keçən ilki müharibədə ən çox yaddaqalanları barədə danışıb.

Onun sözlərinə görə, bu müharibə əsasən müasir xüsusi texnikaların (dronlar, rabitə sistemləri və sair) istifadəsi ilə yadında qalıb.

“Bütün bunlardan çox geniş istifadə edildi. Nəticədə isə, məsələn, Ermənistan qoşunlarının mühasirəsini müşahidə etdik”, - deyə ekspert bildirib.

A.Kornitski vurğulayıb ki, yüksək dəqiqlikli və yüksək texnologiyalı silahlardan istifadə, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə peşəkar komandanlıq Azərbaycanın zəfəri ilə nəticələndi.

Mənbə:
0
1439
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar