Prezidentin bu gün yüksək vəzifə verdiyi ŞƏXS GÖRÜN KİM İMİŞ - FOTO

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olmuşdur.

  • 1978 — SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirmişdir
  • 1986 — Filoloji elmlər namizədidir
  • 1991 — APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb
  • 1992 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi
  • 1993–1995 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri
  • 1995–2004 — Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
  • 1998–2004 — Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
  • 2001–2004 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
  • 2004–2010, 29 oktyabr — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini
  • 2010 oktyabr — 2016 — Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri.[3]

Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.

Evlidir. İki övlad atasıdır.

Vaqif Sadıqov Azərbaycanın Belçikada səfiri təyin edilib

0
1657
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar