Qarabağda müsbət hadisələr olacaq - Polkovnikdən müjdə

"Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin ikinci dəfə bağlanması, həmçinin Azərbaycan tərəfinin İran yük maşınlarını və onların sərnişinlərini yoxlamaq hadisəsi artıq bir reallıqdır”.  Bu açıqlamanı Metbuat.az-a Azərbaycanın ehtiyatda olan polkovniki, hərbi ekspert Ədalət Verdiyev edib. Ekspert deyir ki, sosial mediada yayılan İran yük maşınlarının yoxlanması ilə bağlı qəbz məsələsini təsdiqləmək bir az çətindir. Çünki, hələ də bu barədə rəsmi açıqlama yoxdur. Ədalət Verdiyev bildirdi ki, ola bilər ki, İran yük maşını Cənub Gömrük məntəqəsində yoxlamadan sonra özü ilə kağızı aparıb, ermənilər də bunu fərqli anlayıb paylaşıblar. Qeyd etdiyim kimi bu məsələ tam təsdiqini tapmayıb.  Ekspert bir neçə gündür, Laçında, iki qardaş ölkənin - Azərbaycan -Türkiyə xüsusi təyinatlılarının birgə təlim keçirməsi məsələsinə toxunaraq qeyd etdi ki, bu təlimlərin artıq müsbət tərəfi yaranmağa başlayıb, yaxın gələcəkdə biz bunları görəcəyik.  "Azərbaycana təyin olunan dörd türk generalının gəlişi də Şuşa Bəyannaməsinin şərtlərinin yerinə yetirildiyinin təsdiqidir. Bildiyiniz kimi, Türkiyə Azərbaycan ərazisində xüsusi komandanlıq yaradır. Orada bütün fəaliyyətlər iki ölkə arasında birgə razılaşdırılır. Məhz Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün generalların Bakıya təyinatı da gözlənilən idi”.  Ədalət Verdiyev bildirdi ki, Azərbaycan istənilən halda Qarabağda əldə etdiyi qələbənin nəticələrindən istifadə edərək düşmən üzərində hərbi təzyiqlərini artırmaqda davam edəcək.  "Azərbaycan və Türkiyə qonşuluq münasibətlərində ərazi iddiası olmayan dövlətlərə qarşı hərbi təzyiqlər heç vaxt yönəltməyib. Kimsə əgər bu fəaliyyətlərdən narazılıq edərsə görünən odur ki, həmin dövlətlər 44 günlük Zəfər müharibəsində qazanılan qələbəyə qısqanclıq edir. Bu dediklərim İran və Rusiya elitasına da aiddir”.

0
3161
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar