"Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır" - MN


Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab verib.

Nazirlikdən verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

"Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - Müdafiə nazirliyindən bildirilib.

Mənbə:
0
116
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar