Rusiya sülhməramlıları Qarabağdan çıxır? - Jirinovskidən GİZLİ MESAJ

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski sensasion açıqlama verib.

 

Azerforum.com Musavat.com-a istinadən məlumat verir ki, LDPR sədri Jirinovski ermənilərə Azərbaycana qarşı edilən yardımların kəsilməli olduğunu deyib.

 

Bu açıqlama erməni Teleqram kanallarında sürətlə yayılmaqda və həmin kanalların oxucuları tərəfindən ən müxtəlif məzmunlu tənqidlərə məruz qalmaqdadır. LDPR sədri həmçinin qeyd edib ki, Rusiya xarici dövlətlərə yardımları dayandırmalıdır.

 

Sitat:

 

"Hazırda biz Ermənistana Azərbaycana qarşı yardım edirik. Artıq Əfqanıstanda aclıq çəkənlər üçün təyyarələr formalaşıb-qruplaşır. LDPR bunlara qarşıdır. Biz daim bunlara qarşı olacağıq. Bir qram da olsun ərzaq heç bir xarici dövlətə verilməməlidir. Heç bir ölkəyə heç bir qəpik, heç bir əsgər göndərilməməlidir. Biz öz vətəndaşlarımıza kömək etməliyik. Bu, ən doğru addımdır".

 

Burada xüsusilə heç bir dövlətə əsgər göndərilməməsi ilə bağlı fikir heyrət doğurmaya bilməz. Çünki Vladimir Jirinovski bir müddət əvvəl bunun tamamilə əksi olan açıqlamalar vermişdi. Hazırda isə Rusiyanın xarici ölkələrdə əsgərləri Ukrayna, Suriya və Azərbaycandadır. Belə aydın olur ki, Jirinovski Qarabağdan Rusiya sülhməramlılarının çıxacağı ilə bağlı informasiyaya malikdir və bu cür açıqlamalar verir.

 

Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlıları 5 il müddətinə bölgədə fəaliyyət göstərəcəklər. 5 ilin tamamında tərəflərdən hansı etiraz etsə, sülhməramlılar həmin ərazidən çıxmalıdır.

0
1845
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar