Sayğacların MTK-lara, sonra da sakinlərə satılması araşdırılır - DÖVLƏT XİDMƏTİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri (MTK) tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb.

Dövlət Xidmətindən Marja-ya daxil olmuş məlumata görə, məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.

Xeber_metn_ichindeki_reklam_3_11

Araşdırmalar enerji təchizatı müəssisəsinin hesabına quraşdırılmalı olan sayğacların mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə sayğacların dəyərinin həmin binalarının sakinlərindən tələb edilməsi ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmalarına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə “Azərişıq” ASC tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən aparılır.

Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən məişət istehlakı üçün nəzərdə tutulan sayğaclar təchizatçı müəssisələrin hesabına quraşdırılmalıdır. Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, artıq bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılmasına dair tələb də əlavə olunub.

sayğaclar
Mənbə:
0
417
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar