Ağdamda ekskavator minaya düşüb

Səhəri qanlı xəbərlə açdıq: Ermənilər...

Azərforum xəbər verir ki, bu gecə ermənilərin xain əməlləri nəticəsində daha bir bədbəxt hadisə baş verib.

Belə ki, Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

APA-nın əldə etdiyi məlumata görə, rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.

Partlayış zamanı yaralanan şəxs Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

0
6285
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar